Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əsirlərin diri-diri yandırıldığı düşərgə -on minlərlə insanın həyatına son qoyulduğu Flossenburq

 


 Yenixeber.org: 1938-ci ilin may ayında Almaniyanın Çexiya ilə sərhədində yerləşən Flossenburq şəhəri yaxınlığında salınan həbs düşərgəsi əvvəlcə “sosial narazılar”ın saxlanılması üçün nəzərdə tutulsa da, İkinci Dünya müharibəsi başlanandan sonra bu düşərgə, sözün əsl mənasında ölüm düşərgəsinə çevrilib. Fəaliyyət göstərdiyi yeddi il ərzində Flossenburq düşərgəsində saxlanılan 96 min nəfərdən (bəzi mənbələrə görə 142 min nəfər) 40 min nəfərə yaxını işgəncələrdən, xəstəliklərdən, dözülməz şəraitdən həyatını itirib.
Flossenburq həbs düşərgəsi qısa müddətdən sonra böyük bir şəbəkəyə çevrilib.

1939-cu ilin sonlarından 1943-cü ilin yayına qədər düşərgənin 68 filiallı fəaliyyətə başlayıb. Şəbəkə Flossenburq düşərgəsindən idarə olunub.
Müharibə başlananda düşərgəyə ilk gətirilənlər Polşanın Müqavimət Hərəkatının üzvləri olub. Bir ay ərzində 1500 nəfər polşalıdan cəmisi 110 nəfəri sağ qalıb.

durchfahrt_todeszug_kralupy.jpg (115 KB)

1941-ci ilin oktyabr ayında düşərgə əsir düşmüş sovet hərbçilərini qəbul edib. Yük qatarları ilə düşərgəyə gətirilən ilk 1000 nəfər əsgər və zabit bir sutkanın içərisində məhv edilib. Donetsk motoatıcı diviziyasının komandiri general-mayor Vasili Proxorov da düşərgənin ilk “sakin”lərindən biri olub. Düşərgə nəzarətçiləri generalı işgəncələrlə məhv ediblər.

Flossenburq düşərgəsində sərt rejim qaydaları hökm sürüb. Nəzarətçilər tərəfindən 40 adda işgəncə növü tətbiq edilib. Bədənə elektrik cərəyanının ötürülməsi, xüsusi məngənə qurğuları ilə dırnaqların çıxarılması, isti buxar doldurulmuş kameralarda saxlanılma, yuxudan, qidadan və sudan məhrumetmə, orqanizmə zəhərli kimyəvi məhlulların yeridilməsi və s. kimi işgəncələrin verilməsi adi hala çevrilib.
Düşərgədə saxlanılanlardan qul əməyi kimi istifadə olunub. 18 saatlıq iş rejimində yalnız 4 dəfə 15 dəqiqəlik, bir dəfə isə 30 dəqiqəlik fasilə verilib. Rejim qaydalarına əməl etməyənlər isə daha ağır cəzaya, bir çox hallarda isə elə yerindəcə güllələnməyə məhkum ediliblər.

24440_original.jpg (89 KB)

Flossenburq düşərgəsinin ayrıca bir ərazisində krematoriya (meyitlərin yüksək temperaturda yandırıldığı yer) fəaliyyət göstərib. Bəzən krematoriyada “işin çoxluğundan” meyitlər kütləvi şəkildə ərazidə qazılmış quyuya atılıb, üzərinə benzin tökərək yandırılıb. Bəzən isə krematoriyada əsirləri diri-diri yandırıblar.
Əsirləri qorxu və xof işində saxlamaq üçün həftədə bir dəfə xüsusi tədbir keçirilib. Bu tədbirdə səhər tezdən bütün əsirləri sıraya düzüblər və onların gözləri qarşısında bir-neçə əsiri asıblar.
Flossenburq düşərgəsində qadın nəzarətçilər hazırlayan xüsusi təlim bazası da fəaliyyət göstərib. Bu bazada altı ay kurs keçən qadınlar həm Flossenburq düşərgəsində, həm də digər düşərgələrdə xidmətə başlayıblar.

Flossenburq düşərgəsində saxlanılan rus əsiri Zoya Klavdiyeva həmin bazada bir-neçə ay təmizlik işləri aparıb, xidmətçi kimi işlədilib. O, sonralar verdiyi açıqlamalarda bazada gördüklərini belə xatırlayıb:
“Əslində, bazada təlim keçən qadınları qadın adlandırmaq düzgün olmaz. Cəllad donunda olan bu qadınlardakı amansızlığı, vəhşiliyi sözlə ifadə etmək çətindir. Mən dörd aya yaxın həmin bazanın təmizlik işlərinə baxmışam. Heç bir bəhanə olmadan, heç bir səbəb söylənilmədən bu ərəfədə hər gün təhqir olunurdum, döyülürdüm. Bəzən isə mənim üzərimdə sınaq keçirilirdi. 1942-ci il dekabr ayının 31-də üç nəfər təlim keçən qadına belə bir tapşırıq verildi ki, guya mən, düşərgədə saxlanılan rus qadını yeni il gecəsi haradansa içki tapıb, içmişəm və qaçmağa cəhd etmişəm, məni saxlayıblar, cəza verməlidirlər. Mən ilk 15-20 dəqiqəni xatırlayıram, sonrası isə yadıma gəlmir, gözlərimi açanda cəza kamerasındakı betonun üstündə idim. Bədənimin hansı rəngdə olduğunu seçmək mümkün deyildi. Yalnız iki həftədən sonra mən özümə gəlib, yenidən bu vəhşi qadınların tör-töküntülərini yığıdırmağa davam etdi. Beləliklə, mən 1942-ci ilin son gününü belə yola saldım...”

essensappell-im-steinbruch.jpg (104 KB)

1944-cü ilin mayın 1-də Flossenburq düşərgəsində əsir düşən sovet hərbçiləri qiyam ediblər. Bir neçə nəzarətçi əsirlər tərəfindən öldürüldükdən sonra kütləvi qaçışa cəhd olunub. Cəhdin qarşısı silahlı müqavimətlə alınıb. Qarşıdurma zamanı 200-dən artıq əsir öldürülüb.
Almaniyanın məğlubiyyətə doğru getdiyi 1944-cü ildə və 1945-ci ilin əvvəllərində Flossenburq düşərgəsində əsirlərin öldürülməsi daha kütləvi şəkildə həyata keçirilib. Digər düşərgələrdən bu düşərgəyə əlavə qüvvələr cəlb olunub. Amma proses uzun çəkməyib.

1945-ci ilin aprelində ABŞ-ın 97-ci diviziyası düşərgəni ələ keçirib. Düşərgə ələ keçirilərkən kameralarda ölümcül vəziyyətdə olan, hərəkət edə bilməyən 1600 əsir aşkar edilib.
Nrünberq məhkəməsində Flossenburq düşərgəsinin fəaliyyəti hərbi cinayət kimi qiymətləndirilib. Düşərgənin ələ keçən 46 əməkdaşı məhkəmə prosesinə cəlb olunub. Onlardan 15 nəfəri güllələnmə hökmünə, 11 nəfəri ömürlük azadlıqdan məhrumetmə, qalanları isə 1 ildən 30 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. O cümlədən düşərgənin komendantı Otto Maks Kegel də güllələnənlərin sırasında dayanıb.

Sonralar Flossenburq düşərgəsinin ərazisində muzey və xatirə kompleksi yaradılıb.
Flossenburq düşərgəsi haqqında düşərgədə vaxtı ilə əsir olan şahidlərin iştirakı ilə “Biz yaşadıq, onlar qaldılar” adlı film də çəkilib.(musavat)
İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam