Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hərbi əsirlərin taleyi, güzəranı –sovet düşərgələrində cəza çəkən almanların bir qismi SSRİ-də qalıb

 


 

Yenixeber.org: Bütün müharibələrdən sonra əsirlərin saxlanılması, dəyişdirilməsi, yaxud da öz ölkələrinə təhvil verilməsi tərəflər üçün ən aktual müzakirə mövzularindan biri sayılıb. O cümlədən sovet-alman müharibəsindən sonra da əsirlərlə bağlı bir sıra qərarlar qəbul edilib.

Müharibənin sonunda SSRİ-də 2 milyondan artıq alman əsiri olub. Hələ 1942-ci ildən başlayaraq əsirlərin əsas hissəsindən işçi qüvvəsi kimi istifadə edilib. Həmin ərəfədə bu, çox da nəzərəçarpacaq rəqəm sayılmayıb. 1944-1945-ci illərdən sonra isə alman əsirlərindən işçi qüvvəsi kimi istifadə olunması daha geniş miqyas alaraq daha böyük rəqəmlərlə müşayiət olunub. Belə ki, təkcə 1944-1950-ci illərdə 1 milyon 200 min nəfərdən artıq alman əsiri əməyə cəlb edilib, onlar gördükləri işin müqabilində 16 milyon 800 min rubl əmək haqqı alıblar, gördükləri işin həcmi isə 50 milyard rubla yaxın olub.

1511254006183558585.jpg (84 KB)

Əsirlərdən adətən tikinti, bərpa, dəmiryolu xətlərinin çəkilməsi, meşə sənayesi, uran, dəmir filizi, daş kömür yataqlarında istifadə olunub.

Alman əsirlərinin çox kiçik bir qismi SSRİ Nazirlər Sovetinin 18 iyun 1946-cı il tarixli 1263 nömrəli qərarı ilə öz ölkələrinə təhvil verilib. Qərara əsasən səhhətində ciddi problem olanlar və iş qabiliyyətini 70 faiz itirənlər Almaniyaya repatriasiya olunublar.

unnamed.jpg (127 KB)

1947-ci ilin aprel ayında Moskvada SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konfransda hərbi əsirlərin 31 dekabr 1948-ci ilə qədər repatriasiya olunması qərara alınıb. Amma bu məsələ 1950-ci ilə qədər uzanıb.
Qəbul olunmuş qərar hərbi cinayət törətmiş hərbi əsirlərə şamil edilməyib. Yalnız 1955-ci ildə Almaniya (AFR) kansleri Konrad Adenauerin Moskvaya rəsmi səfərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin hərbi cinayət törətmiş əsirlərin vaxtından əvvəl öz ölkələrinə repatriasiya olunması haqqında qərarı olub. Bu qərarla 14 min hərbi cinayət törətmiş alman əsiri Almaniyaya təhvil verilib.

Ümumilikdə SSRİ-dən Almaniyaya 2 milyona yaxın əsir təhvil verilib. Əsirlik müddətində ölən alman əsirlərinin sayı isə 357 min nəfərə çatıb.

Əsirlərin saxlanılma şəraiti əraziyə görə fərqli olub. Daha ucqar ərazilərdəki düşərgələrdə məişət şəraiti qənaətbəxş sayılmayıb, mərkəzə yaxın olan düşərgələr isə məişət şəraiti baxımından fərqlənib.

204255.jpg (91 KB)

Şəraitlərin fərqli olmasına baxmayaraq, düşərgələrdə eyni rejim qaydaları hökm sürüb. Bütün düşərgələrdə sovet ideologiyası ciddi təbliğ olunub, antifaşist təbliğatı isə düşərgə ideologiyasının ana xəttini təşkil edib.

Əsirlərin asudə vaxtı, istirahəti və əyləncəsi üçün düşərgələrdə xüsusi tədbirlər planı işlənilib. Alman əsirləri 20-30-dan 22-30-a qədər klublarda sovet filmlərini seyr ediblər, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil ediblər, kitabxanalar onların ixtiyarına verilib. Bunlarla yanaşı, düşərgələrdə dil öyrənmək, müxtəlif peşələrə yiyələnmək üçün kurslar da təşkil olunub.
Alman əsirləri ətraf qəsəbə və kəndlərdəki yerli qadınlara meyl göstərsələr də, əlaqələrdən mümkün qədər çəkiniblər. Yerli qadınlarla intim əlaqə əsirlər üçün cinayət əməli sayılıb. Buna baxmayaraq, əsirlərə asudə vaxtlarında qəsəbələrə getməyə, yerli sakinlərə isə düşərgə şəhərciklərinin ərtrafında dolaşmağa qadağa qoyulmayıb. Hətta bəzi bayram günlərində yerli sakinlərlə alman əsirləri birgə şənliklər də təşkil ediblər.

Alman əsirlərindən repatriasiyadan sonra könüllü olaraq SSRİ-də qalanlar da olub. Onlar ailə quraraq həyatlarını SSRİ-nin ayrı-ayrı bölgələrində davam etdiriblər.

4-32.jpg (112 KB)

Əsirlərə öz doğmaları ilə məktublaşmaq icazəsi də verilib. Onların yazdıqları məktublar yalnız xüsusi nəzarətçilər tərəfindən oxunduqdan sonra ünvanlarına göndərilib.

Həmçinin əsirlərin öz doğmalarından bağlamalar almaq və onlara bağlamalar göndərmək hüququ da olub.
Nasist düşərgələrindən fərqli olaraq SSRİ-dəki əsir düşərgələrində tibb xidməti, hüquqi məsləhətxana, camaşırxana, bərbərxana, yeməkxana və s. normal fəaliyyət göstərib. Xüsusilə 1946-cı ildən sonra əsirlərə qarşı işgəncələr tətbiq etmək nəzarətçilərə ciddi şəkildə qadağan edilib.

unnamed (1).jpg (83 KB)

Əsirlər gördükləri iş müqabilində aldıqları əmək haqqını sərbəst şəkildə sərf etmək hüququna da malik olublar. Rejim qaydalarında göstərilən “qadağan olunmuş əşya və məhsullar”dan başqa əsirlər sovet mağazalarından istədiklərini ala biliblər. Hətta bayram və qeyri-iş günlərində alman əsirlərinə müəyyən olunmuş normada alkoqollu içkilər almağa da icazə veriblər.

Bütövlükdə dövrün beynəlxalq təşkilatları 1945-ci ildən sonra SSRİ-də saxlanılan alman əsirlərinin şəraitləri haqqında müsbət fikirlər söyləyiblər. Elə alman əsirlərinin özləri də öz ölkələrinə döndükdən sonra kommunistlərdən narazılıqlarını bildirməyiblər, əksinə, əsirlik günləri ilə bağlı maraqlı xatirələrini də bölüşüblər. Bu “məmnunluğun” nə qədər səmimi, yaxud da qeyri-səmimi olduğunu isə bu gün demək çətindir. Hər halda bütün variantlarda əsirlik həyatı ilə bağlı xoş xatirələr söyləmək heç də ağlabatan deyil.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam