Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan Avrasiya layihəsinə qoşulacaqmı?-ŞƏRH

Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını, Türkiyənin də Qərbdən uzaqlaşıb, bu birliyə yaxınlaşmasını istəyir

Yenixeber.org: Rusiya və Azərbaycan arasında münasibətlərdə hiss olunan soyuqluğun müxtəlif səbəbləri var. Başılıca amil Kremlin Cənubi Qafqazda yürütdüyü siyasət və rəsmi Bakının bir çox hallarda onunla razılaşmamasıdır.

Məlumdur ki, Azərbaycan rəhbərliyi rəsmi ritorikada səsləndirməsə də, Dağlıq Qarabağda Rusiyanın fəaliyyətindən narazıdır. Çünki Kreml müharibədə ağır zərbə almış separatçı rejimin yenidən təşkilatlanmasına kömək edir, onun problemlərini həll edir, sülhməramlıların cavabdehlik zonasında Azərbaycanın suverenliyini hələ ki tanımır. Laçın dəhlizinin Ermənistanla sərhəd zonasında Azərbaycan sərhədçiləri yoxdur, gediş-gəlişi Rusiya sülhməramlıları təmin edir. Habelə, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılacağına, azərbaycanlı qaçqınların ermənilər kimi geri qaytarılacağına da hələlik bir işarə yoxdur. Əksinə, separatçılar və Ermənistan ordusu yenidən komplektləşdirilir, qondarma “parlament” rus dilini “ikinci rəsmi dil” kimi qəbul edir. Erməni ordusunun hissələri də hələ bölgəni tərk etməyib. Bunlarla yanaşı, Xankəndinə gələn Rusiya rəsmiləri artıq Azərbaycanı məlumatlandırmağı özlərinə borc bilmirlər.

Hazırda Qərblə geosiyasi qarşıdurmada olan Rusiya öz sərhədlərinin ətrafında, bir növ, bufer zonası yaratmağa çalışır. Cənubi Qafqaz bu kontekstdə “seysmik zona” hesab edilə bilər: Gürcüstan Qərbin yaxın tərəfdaşıdır və NATO-ya can atır; Ermənistanda Paşinyan hökuməti bu gün olmasa belə, gələcəkdə Rusiyadan uzaqlaşmağa tərəfdardır; Azərbaycan isə balanslı siyasət yürüdir, Rusiyanın maraqlarını nəzərə alır, amma strateji müttəfiqi Türkiyə ilə hərbi-siyasi əlaqələrini dərinləşdirir. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan ordusunda aparılan islahatlarda əsas hədəf onu Türkiyə modeli əsasında modernləşdirməkdir. Bu işdə türk hərbi mütəxəssislərinin köməyindən istifadə olunur, habelə qardaş ölkənin hərbi sənaye məhsullarının əsas alıcılarından biri Azərbaycandır.

Əlbəttə, bu tendensiya Rusiya hərbi-siyasi elitasının diqqətindən qaçmır. Kreml rəsmi Bakıya tədricən təzyiqi gücləndirib, onun mövqeyini öz xarici siyasət maraqlarına uyğunlaşdırmaq cəhdlərini davam etdirir. Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasında maraqlıdır. Artıq bu məsələ gündəmə gətirilib. Qarabağda güc nümayişi də Azərbaycanı öz xarici siyasət prioritetlərinə yenidən baxmağa vadar etmək niyyəti güdür. Müharibədən sonra Moskva Türkiyənin Azərbaycanda daimi hərbi baza yaratmasını əngəllədi. 10 noyabr bəyanatı ilə Türkiyəyə məhdud imkanlarla müşahidəçi rolu verilib. Türkiyə hərbçiləri ruslarla bərabər Ağdamda qurulan Montorinq Mərkəzində xidmət aparırlar. Bu mərkəzin əsas işi atəşkəs rejiminə nəzarət etməkdir, başqa heç bir səlahiyyəti yoxdur.

Amma  Azərbaycan ictimaiyyəti bir neçə ay qabaq Türkiyənin bölgədəki fəaliyyətini başqa cür təsəvvür edirdi. Ölkə ərazisində hərbi bazaların qurulması, Şuşada və işğaldan azad edilən başqa ərazilərdə Türkiyə hərbçilərinin yerləşdirilməsi və sair addımlar gözlənilirdi. Lakin belə görünür ki, məhz Rusiya faktoruna görə Azərbaycan hakimiyyəti bu qərarları qəbul edə bilmədi.

Amma bu, o demək deyil ki, Türkiyə və Azərbaycan arasında hərbi-siyasi əlaqələr inkişaf etmir.  Əksinə, müdafiə və təhlükəsizlik sahəsində münasibətlər yüksələn xətt üzrə davam edir. Azərbaycan Ordusu Türkiyə hərbçiləri ilə birgə mütəmadı olaraq hərbi təlimlər keçirir, silahlı qüvvələr yendən təşkil olunur, onun arsenalı müasir silahlarla zənginləşdirilir. Nəticə etibarilə Türkiyə hərbçiləri Azərbaycanda hərbi baza statusunda, daimi əsasda yerləşdirilməsələr də, Ankaranın dəstəyi ilə Rusiyanın nəzarətindən tamamilə kənar olacaq silahlı qüvvələr formalaşır. Gözlənilir ki, silahlı qüvvələrin rəhbərliyində aparılacaq kadr dəyişikliklərindən sonra Azərbaycan ordusu sovet hərbi məktəbinin məzunlarından təmizlənəcək, bu məktəbin ənənələri ilə vidalaşacaq.

Siyasi, iqtisadi müstəvidə də Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu ayın əvvəlində pasportsuz gediş-gəliş qüvvəyə minib, iqtisadi əlaqələr dirçəlib. Statistik məlumatlara görə, Azərbaycanın bu ölkəyə ixracı kəskin artıb. Hər iki ölkənin mərkəzində durduğu Türk Şurasının fəaliyyəti də genişləndirilir. Ötən həftə prezident Ərdoğan bəyan etdi ki, təşkilata üzvlüklə bağlı çoxsaylı müraciətləri nəzərə alıb, onun adını və statusunu dəyişdirmək hədəfləri var. Yəni Türk Şurası regional müstəvidə yaxşı əməkdaşlıq platformasına çevriləcək.

Postsovet məkanında Türkiyənin fəallaşması, Azərbaycanın onunla birgə hərəkət etməsi Rusiyanın maraqlarına uyğun deyil. Əlbəttə, söhbət Türkiyə və Azərbaycanın Rusiyanın təşəbbüslərindən kənar, ayrıca tərəfdaşlığından gedir. Əgər Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulacaqsa, Türkiyə də Qərbdən uzaqlaşıb, bu birliyə hansısa formada yaxınlaşacaqsa, Moskva bundan yalnız məmnun qala bilər.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam