Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Səfəvilərin soy kökü:Türk, kürd, fars, yoxsa ərəb?

              Bizim müəlliflərin istinad etdikləri dörd məqamın heç biri yetərli faktlara söykənmir

 

Yenixeber.org: Zamanla Səfəvi dövlətinin yaradıcısı Şah I İsmayılın soy kökünün müxtəlif millətlərə bağlanılması haqqında uzun-uzadı məqalələr oxumuşuq. Bunlardan ən əsası onların yeddinci imam Musa Əl-Kazımın soyundan gəlməsi haqqındadır. Bu da artan sünni-şiə mübahisələrini daha da gücləndirərək, soy kökün araşdırılması məsələsini kölgədə qoyub.

 

Lakin bir neçə il öncə yazılmasına baxmayaraq, son dönəmlərdə Azərbaycan ictimaiyyətinin Səfəvilərlə bağlı bilgisinə səs-küylü bir əsər təsir etdi. Bu, türkiyəli tarixçi Farruk Sumerin “Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu” adlı kitabıdır. Kitabda müəllif Şah İsmayılın ulu babası Səfiəddin Ərdəbilinin soyunun kürdlərə bağlı olduğunu ifadə edir. O bildirir ki, xanədanın seyyidliklə bir əlaqəsi yoxdur. Eyni zamanda, Şeyx Səfiəddin İshaqın ulu babası Firuz (Piruz) Şahın Diyarbəkir ətrafından sincarlı bir kürd əşirətindən gəldiyini iddia edir.

Şah İsmayıl Səfəvi Xətai kim olub?

Bu isə oxucularda haqlı narahatlığa gətirib çıxarır və yeni mübahisələr yaradır. Oxucunun həqiqəti öyrənməyə haqqı var.

 

Sözügedən mövzu üçün kiçik bir araşdırma apardım, lakin Farruk Sumerin mövcud iddiasına Azərbaycanda cavab vermiş bir məqalə, yaxud da ciddi əsərə rast gəlmədim. Azərbaycanda yalnız Oktay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” əsərində sülalənin soy kökü haqqında müəlliflərin qeydləri yer alıb. Lakin Səfəvilərə sahib çıxmış bir dövlət kimi bizdə onların soyu barədə sistemləşdirilmiş sanballı əsərlər olmalıdır.

 

Səfəvilərin soy kökü ilə bağlı məqalələr yazanlar Səfəvilərin soyunun türk olduğunu qeyd etsələr də, əsaslı, ciddi faktlar ortaya qoymayıblar. Yalnız aşağıdakı faktları ümumiləşdirməklə və təkrar göstərməklə kifayətlənirlər:

 

1. Paytaxtın Təbriz olması;

2. Azərbaycan dilinin dövlət dili olması;

3. Dövlətin Azərbaycan ərazisində yaranması;

4. Səfəvi dövləti yaranarkən onların ətrafında türkmən ellərinin və tayfalarının birləşməsi sübut edir ki, bu dövlət Azərbaycan-türk dövlətidir.

 

Bu dörd faktla bağlı qısa mlumatlara nəzər salaq. Öncə qeyd edim ki, Təbrizi ilk dəfə paytaxt edən ərəb mənşəli Rəvvadiər dövləti olub. Yəni Səfəvilərdən 5 əsr əvvəl başqa millətin nümayəndələri Təbrizi paytaxt ediblər. Bu, dövlətin türk dövləti olması üçün əsaslı fakt deyil. İstənilən güclü xanədan orta əsrlərdə Təbrizi və digər şəhərləri paytaxt edə bilərdi.

 

Səfəvilərin dövlət dilinin Azərbaycan türkcəsi olması haqqında onu bildirim ki, Səfəvilərin dövlət dili fars dili idi. Yalnız saray dili, ordu və məişət dili türkcə idi. Dövlətin rəsmi sənədləri və diplomatik yazışmaları farsca həyata keçirilirdi. Lakin əyalətlərdə yaşayan farslar, kürdlər, taciklər və digər xalqlar öz dillərində danışırdılar. Dövlətin dili tamamilə türkcə deyildi. Türkcə olsaydı belə, yenə də bu, dövlətin türk dövləti olması üçün əsaslı fakt deyil. Bəs niyə dövlət dili farsca idi? Çünki qonşuluqda olan güclü Osmanlı, Məmlüklər və Şeybani dövlətlərində əsas dillər ərəb və fars dili idi. Ona görə də dövlətin rəsmi məktublaşması bu dillərdən biri ilə olmalı idi.

Üçüncü irəli sürülən iddia isə dövlətin Azərbaycan ərazisində yaranması ilə bağlıdır. Azərbaycan ərazisində ərəblərdən monqollara kimi bir çox xalqlar dövlət qurub. Bu da dövlətin türk dövləti olmasını isbatlamaq üçün yetərli fakt deyil.

 

Dördüncü fakta gəldikdə isə, bunu da əsaslı fakt saymaq olmaz. Çünki Səfəvilər hələ Şeyx Cüneydin dövründən özlərini seyyidliyə, yeddinci imam Musa Əl-Kazıma bağlamışdılar. Hətta, İsmayıl Mirzə dövlət yaradanda da özlərinin imam Musa Əl-Kazımın soyuna bağlı olduğunu və şahı olaraq Hz. Əlini örnək aldığını açıq şəkildə bildirmişdi. Buna baxmayaraq, türkmənlər yenə də onun ətrafında sıx birləşdilər və onu özlərinə təriqət varisi şeyx, sonra isə şah qəbul etdilər.

 

Oxucuya maraqlı gəlir, bəs bu faktlar yetərincə deyilsə, o zaman Səfəvilər kim idilər? Onların soy kökü haqqında dəqiq necə öyrənə bilərik?

 

                                                Elmi məşğul edən əsər

 

Səfəvilərin bizə məlum olan Ərdəbil hakimliyi, ordeni XIII əsrdən başlayır. Hakimliyin rəhbəri ruhani alimi Şeyx Səfiəddin İshaq oğlu Ərdəbili idi. Onun haqqında ilk dolğun məlumat verən Təvəkkül İbn İsmayıl İbn Bəzzazın yazdığı “Səfvət əs-səfa” (Saflığın saflığı) əsərindəki qeydlərdir. Bu əsəri Səfiəddin Ərdəbilinin oğlu və xələfi Şeyx Sədrəddin atasının ölmündən 24 il sonra yazdırmışdı.

 

Müəllifin qeyd etdiyinə görə, Şeyx Sədrəddin ona atası barədə bir çox məlumatlar verib. Onlardan biri də atasının bir türk kəndindən olması idi və ona müridləri arasında “Piri-türk” (Türk piri, ağsaqqalı, böyüyü) deməsi haqqındadır. Eyni zamanda müəllif Şeyx Sədrəddindən də əsərində “Piri türk” deyərək bəhs edir.

 

Əhməd Kəsrəvi, Zəki Vəlidi Toğan və digər müəlliflər də bu əsərə istinad edərək, onların soyunun kürd, fars və ərəb olduğunu iddia edirlər. Z.Toğan, hətta bu kürd soyunun XVI əsrə kimi türkləşdiyini də “ciddi” şəkildə izah edir.

 

Gəldiyim qənaət budur ki, araşdırmaçıları çaşdıran məhz “Səfvət əs-səfa” kitabının müxtəlif illərdə yazılan variantları və onlara edilən əlavələrdir. Yuxarıda da qeyd etdiyim kimi kitabın əsli, ilki Şeyx Sədrəddinin İbn Bəzzaza yazdırdığı kitabdır. Lakin sonralar - 1491, 1543 və 1614-cü illərdə yenilənib və əlavələr edilib.

 

1491-ci il variantında Şeyx Səfiəddin İshaqın 5-ci babası Firuz şahın kürd olduğu iddia edilib. Burada Piruz şahın Diyarbəkir yaxınlığındakı Sincar bölgəsindən İndiki Ərdəbil ətrafına köç etdiyi bildirilir. Lakin o dövrlərdə Diyarbəkiri tərif etmiş müəlliflər Təbəri, Yaqut Əl-Həməvi, Yaqubi və Bəlazurinin əsərlərinə baxdığımızda Sincar və Səncar adının keçmədiyini görürük. 1491-ci ilə aid olan “Səfvət əs-səfa” kitabı hazırda Ayasofya muzeyində saxlanılır.

 

Kitabın 1543-cü il variantı isə Şah I Təhmasibin istəyi ilə yazılıb. Burada daha fərqli əlavələr edilib və Səfiəddin İshaqın soyunun seyyidlərə məhz Musa əl-Kazıma dayandığı qətiyyətlə bildirilib. Bundan sonra bir neçə dəfə dəyişikliyə məruz qalan əsərdə müxtəlif əlavələr edilib və səfəvilərin soyu fars, ərəb, kürd kimi təqdim edilib. Onlardan biri də 1614 və digər əlavələrdir.

 

Bartold və Petruşevski kimi tarixçilər də öz araşdırmalarında Səfəvilərin türk kökənli olduğunu bildiriblər.

 

 

                                 Firuz (Piruz) Şahdan Səfiəddin Ərdəbiliyə kimi…

 

Firuz Şahın yaşadığı dövrün alimlər IX-X əsrlərə təsadüf etdiyini bildirirlər. Onun Sincar (Səncar) deyil, Səncanda doğulduğu bəzi mənbələrdə öz əksini tapır. Səncan adı isə o dövrdə üç yerdə təsadüf edilməkdədir. Dəmir Qapı Dərbənddə kənd, Maku yaxınlığında kənd və Xorasan yaxınlığında kənd. Firuz Şahın bunların hansından olması dəqiq bilinmir. Diyarbəkir yaxınlığındakı Sincar, yaxud da Səncarın isə mənbələrdə adı XII əsrdən etibarən keçməkdədir. O da buraya gələn bir kürd əşirətinin tarixi ilə bağlıdır.

Şeyx Səfiəddin türbəsi - Uşaq Bilik Portalı

Mənbələrin məlumatına görə, əşirət başçısı ərazini Abbasilərdən iqta olaraq almışdı. Üstəlik, Əməvi xəlifələri Müaviyə və Yezidə olan sevgilərindən dolayı əşirətlərinə sonralar “yezidi kürdləri” adı verilmişdi. Göründüyü kimi ərəbcə yazılan mətnlərdə Səncan və Səncar adı qarışdırılıb. Səncan adı Səfiəddin Ərdəbilinin kürd deyilən ulu babası Firuz şahın dövründə mövcud olan üç ərazi kimi mövcuddur. Diyarbəkir yaxınlığından gəldiyi iddia edilən Sincar, yaxud da Səncar adı isə XII əsrdən bir kürd əşirətinin tarixi ilə başlayır.

 

Daha maraqlı bir fakt da var ki, Səfiəddin Ərdəbilinin mürşidi-şeyxi olan Şeyx Zahid Gilaninin də əsli Səncandandır. Lakin ona kürd deyilmir.

 

Şeyx Səfiəddinin bizə məlum olan soy ağacı:

 

- Firuz Şah;

- Oğlu Əvəz Şah;

- Əvəz şahın oğlu Məhəmməd Hafiz;

- Məhəmməd Hafizin oğlu Səlahəddin Rəşid;

- Səlahəddin Rəşidin oğlu Qütbəddin Əbubəkir; 

- Qütbəddin Əbubəkirin oğlu Əminiddün Cəbrayıl;

- Əminiddün Cəbrayılın oğlu İshaq;

- Və İshaqın oğlu - Şeyx Səfiəddinin özü.

 

(Ardı var)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam