Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İdarəolunan gərginlik və Kremlin hədəfləri-ŞƏRH

Ermənistan hərbçilərinin yenidən Qarabağa keçməsinə şərait yaradılması xoş niyyətdən xəbər vermir

Yenixeber.org: Ermənistanda siyasi böhran davam edir. Paytaxt İrəvanda müxalifətin keçirdiyi aksiyalar zorakılıq mərhələsinə keçib. Əlində daş, dəyənək, dəmir parçaları olan bir qrup etirazçı hökumət binasına soxulub. Baş nazir Nikol Paşinyan 1 mart, axşam saatlarına təyin etdiyi mitinqdən əvvəl ölkədə yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib. Şura prezident Armen Sarkisyandan qiyamçı general – Baş Qərərgah rəsi Onik Qasparyanın istefaya göndərilməsini tələb edib. Prezident hökumət başçısının bu barədə müraciətini təmin etməkdən yayınır.

Müharibəki ağır məğlubiyyətdən sonra Ermənistanda siyasi böhranın yaranması təbii idi. Müharibə nəticəsində yalnız Rusiyanın fövqəladə səyləri ilə Dağlıq Qarabağ tamamilə Bakının nəzarətinə keçmədi. Əslində həmin ərazi Ermənistanın da nəzarətindən faktiki olaraq çıxarıldı və Rusiyanın postsovet məkanında yaratdığı və nəzarət etdiyi postkonflikt zonalarından birinə çevrildi. Bu hadisə Moskvanın Cənubi Qafqaz strategiyasının tərkib hissəidir. Kremlin planları bununla yekunlaşmır, daha geniş və çoxşaxəlidir.

Ermənistanda cərəyan edən siyasi böhranın Rusiyadan idarə olunduğu şübhə doğurmur. Qərbyönlü Paşinyan hökumətini bütün vasitələrlə yıxmağa çalışan müxalif qüvvələr Rusiyaya “dərin inteqrasiya” təşəbbüsü ilə çıxış edirlər. Bu qüvvələri pərdə arxasından Rusiya siyasi və hərbi dairələrinə bağlı olan eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan yönləndirir. Onların nəzarətində olan media, maliyyə, inzibati və siyasi resurslar hakimiyyətin devrilməsi üçün səfərbər edilib. Rusiya mediası, ekspertləri də bu işə cəlb edilib. Rusiya dövlətinin rəsmi media orqanı olan “Sputnik-Armeniya” açıq şəkildə müxalifəti dəstəkləyir və Paşinyan əleyhinə informasiya müharibəsinin önündə gedir.

Bütün imnkanların səfərbər edilməsinə baxmayaraq, erməni cəmiyyətində populyarlığını müəyyən qədər saxlayan Paşinyan hökumətinə qarşı böyük ictimai təzyiq yaratmaq mümkün olmayıb. 16 siyasi partiya ən yaxşı halda meydanlara 6-7 min adam toplaya bilib ki, bu da müxalifətin ictimai dayaqlarının zəif olduğunu göstərir. Paşinyan isə reytinqi azalsa da, bütün rəy sorğularında ermənilərin hələ də ən çox etimad bəslədiyi lider olaraq qalır. Ermənistanda hərbi qiyam ssenarisinin işə salınması da siyasi təzyiq imkanlarının yetərsizliyindən qaynaqlanır. Amma hələlik görünən odur ki, bu planın baş tutması da ciddi sual altındadır. Paşinyan nəzarətindəki hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin, o cümlədən parlamentin effektiv koordinasiyasına nail olaraq çevriliş cəhdlərinə müqavimət göstərir. Bu günə olan nəticə ondan ibarətdir ki, baş nazir Rusiya maraqlarına xidmət edən rəqiblərini anti-konstitusion məcraya çəkərək onların mübarizəsinin legitimliyini kölgələyə bilib.

Rusiya proseslərin gedişatından narahatdır, hiss olunur ki, İrəvanda siyasi qarşıdurmanın zorakılıq müstəvisinə transfer olunması bu tələskənliklə əlaqəlidir. Paşinyanın növbəti dəfə daxili siyasi mübarizədən qalib çıxması heç bir halda Kremlin planlarına uyğun deyil. Onlar hesab edirlər ki, qərbyönlü Paşinyan müharibədəki məğlubiyyətin səbəbkarı kimi iqtidardan getməli, onu köhnə elita – Moskvanın adamları əvəz etməlidir.

Bu gərginlik getdikcə Dağlıq Qarabağa və Azərbaycanla münasibətlərə də sirayət edir. Əslində Moskva yaranan gərginliyi Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməkdə maraqlıdır. Söhbət nədən gedir?

Fevralın sonunda İrəvanda əsgər valdeynlərinin keçirdiyi etiraz aksiyalarından məlum oldu ki, Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçini Qarabağa göndərib, Rusiya sülhməramlıları da onların Laçın dəhlizindən keçməsini təşkil etməklə təyinat üzrə hərbi hissəyə yola salıblar. Azərbaycan bu hadisəyə etiraz edib. Xaric İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistana növbəti xəbərdarlıq edilməklə yanaşı, sülhməramlıların faəliyyətindən də narazılıq ifadə edilib: “Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur”.

Əlbəttə, Rusiya bir tərəfdən 10 noyabrda imzalanmış üçtərəfli sənəd üzrə öhdəliklərin icrasında maraqlıdır. O, çalışır ki, stabillik pozulmasın və onun maraqlarından irəli gələn məsələlərin həyata keçirilməsinə maneçilik törədilməsin. Amma Kreml idarəolunan gərginliyin də yaranmasında maraqlı görünür. Çünki regionda Rusiyanın dayaqlarını qorumaq, münaqişə tərəflərinə təzyiq rıçaqlarını möhkəmləndirmək başlıca məqsəddir. Azərbaycanın icazəsi olmadan erməni hərbçilərinin bölgəyə keçidinə şərait yaradılması da bu maraqlardan irəli gəlir. Məlumdur ki, müharibədən sonra əsgər anaları və atalarının təzyiqi altında Paşinyan Ermənistan əsgərlərinin Qarabağda xidmət keçməsini məhdudlaşdırmışdı. Ancaq Moskva maraqlıdır ki, bölgədə müəyyən sayda erməni hərbçilərinin qalması təmin edilsin. İrəvanın öz hərbçilərini yenidən Qarabağa göndərməyə başlaması və onların Laçından maneəsiz keçməsi şübhəsiz ki, Moskvanın bu işdə marağını təsdiqləyən faktdır.

Mümkündür ki, Azərbaycan da Qarabağda və ölkənin digər yerlərində Rusiyanın müxtəlif provokasiyaları ilə üzləşsin. Çünki prezident İlham Əliyevin sülhməramlılarla bağlı dedikləri, XİN-in açıqlaması göstərir ki, Bakı bütün ipləri Moskvaya verməkdə maraqlı deyil, mümkün qədər manevr imkanlarını saxlamağa çalışır. Bu siyasət Putin rejiminin planları ilə ziddiyyət təşkil edir. Məsələn, Kremldən qidalanan media artıq Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının zəruriliyi barədə təbliğata start verib. Bu niyyəti həyata keçirmək üçün müxtəlif gərginlik mənbələri yaradıb, onları idarə etməklə Bakını ram etmək lazımdır…(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam