Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Ermənistan prezidenti ilə baş nazir arasında -gərginlik davam edir

Ermənistan prezidenti ilə baş nazir arasında gərginlik davam edir

Ermənistanın baş naziri Nikol Paşinyanla ölkə prezidenti Armen Sarkisyan arasında gərginlik qalmaqdadır.

Yenixeber.org: Bununla bağlı “Qraparak” qəzeti yanvarın 13-də məqalə dərc edib.

“2020-ci il dekabrın 24-də Nikol Paşinyanın prezident Armen Sarkisyanla görüşünə dair məlumat yayılmışdı. Sarkisyan Paşinyanın və hökumət üzvlərinin istefasını tələb etdiyi üçün onda bu xəbər cəmiyyətdə müəyyən anlaşılmazlıq yaratmışdı. Bizə həmin görüşün xoş ovqatda keçmədiyini bildirmişdilər. Görüşün təşəbbüskarı Paşinyan olub. O, Sarkisyandan ölkədəki vəziyyəti müzakirə etmək üçün onunla görüşmək istədiyini bildirib. Halbuki əvvəllər əksinə idi. Onda Paşinyan Sarskisyanı boykot edirdi. Baş nazir onu Təhlükəsizlik Şurasının toplantılarına dəvət etməz, prezident ziyafətlərdə nadir hallarda görünərdi. Görüş neytral yerdə keçirilib. Armen Sarkisyan Nikol Paşinyanı öz iqamətgahında qəbul etməyib və hökumət binasına da getməyib”, - qəzet yazıb.

“Qraparak” bildirib ki, 30 dəqiqə sürən görüş bir fincan çayla başa çatıb. Paşinyanın nahar dəvətindən Sarkisyan imtina edib. Məlumata görə, onar arasında ciddi müzakirə baş verməyib. Sarkisyan yenə də bildirib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Paşinyanın və Nazirlər Kabinetinin istefasında, müvəqqəti milli barış hökumətinin formalaşdırılmasındadır.

Qeyd edək ki, Armen Sarkisyan hazırda Böyük Britaniyada koronavirusdan müalicə olunur. Onun səhhətinin ağır olduğu bildirilib. Bu təhlilin Paşinyanın Moskva səfərindən sonra yayılması isə ölkədəki Rusiyayönlü müxalifətə və Sarkisyanın təmsil etdiyi siyasi qüvvəyə ismarış sayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam