Redaktor seçimi
TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... -
UNUDULMUŞ QARALOV... – 
Fazil Məmmədovun kürəkəninin Londondakı yeni mülkləri -
Azad Rəhimov milyonları belə xərcləyib-
Sahil Babayev qəsdən vətəndaşları dövlətdən narazı salır-
“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?-
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ SƏDRİNİN 1-Cİ MÜAVİNİ HƏMİD BAĞIROVUN 600 MİN DOLLARI NECƏ BATIRILIB?-
Gözdən əlillərin pensiyası niyə kəsilir?-
Günün xəbəri

Paşinyanla prezident Sarkisyan arasında gərginlik –Araik Arutyunyan vasitəçilik edir

Ermənistan prezidenti Armen Sarkisyan artıq ikinci gündür ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifini təsdiq etmir.

Yenixeber.org: Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib.

Baş Qərargah Ermənistan baş naziri Nikol Paşinyanın hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını bildirərək onun istefasını tələb etmişdi.

Öz növbəsində Paşinyan bu bəyanatı hərbi çevriliş cəhdi adlandırmış və Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi. Amma konstitusiyaya görə belə qərarları prezident təsdiqləməlidir.

Bundan əvvəl Ermənistan prezidenti aparatından verilən bəyanatda deyilirdi ki, Armen Sarkisyan baş qərargah rəisinin vəzifədən çıxaırlmasını adi kadr yerdəyişməsi kimi qəbul edə bilməz: “Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxslərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz...”

Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır: “Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.

Fevralın 26-da xəbər verilib ki, prezident Armen Sarkisyan ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylər göstərir.

Məlumatda deyilir ki, Sarkisyan artıq Milli Məclisdəki partiya fraksiyalarının üzvləri, Baş Qərargahın rəisi Onik Qasparyan, habelə “Vətənin xilası” hərəkatının təmsilçiləri ilə görüş keçirib. Bunların hamısı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, bu arada Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Ermənistanda yaranmış böhranın çözülməsi üçün vasitəçilik missiyasını davam etdirir. Lakin Arutyunyanın konkret olaraq kimlərlə görüşdüyü bildirilmir.

Fevralın 25-də Araik Arutyunyan baş nazir Nikol Paşinyan və Silahlı Qüvvələr Baş Qərargahının rəisi Onik Qasparyanla görüşdüyünü bildirmişdi. Xəbər verilir ki, Arutyunyanın Baş Qərargah rəisi ilə görüşündə habelə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da iştirak edib.

“azpolitika”

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}