ABŞ-dan Rusiyaya "tərs şillə"–Suriya yeni qlobal qarşıdurma meydanına çevrilir
ABŞ-ın dünən Suriya-İraq sərhəd bölgəsində keçirdiyi hava hücumu Rusiyada ciddi narazılığa səbəb olub.
Yenixeber.org: Hava hücumundan dərhal sonra Rusiya prezidenti Vladimir Putin Milli Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.
Toplantıda nələrin müzakirə edildiyi açıqlanmasa da, bəzi ekspertlər ABŞ-ın dünənki hücumunun Kreml tərəfindən regionda yeni hərbi-strateji siyasətin başlanğıcının ilk sıqnalı kimi dərk olunduğuna inanırlar. İddialara inansaq, Rusiya Milli Təhlükəsizlik Şurasında məhz yaxın perspektivdə Moskva-Vaşinqton arasındakı bütün toqquşma zonalarında vəziyyətin daha da gərginləşəcəyi ehtimalı masaya yatırılıb.
Dünən Rusiya rəsmilərinin hücumla bağlı açıqlamalarında dilə gətirdiyi bəzi fikirlər də bu ehtimalı qüvvətləndirir. Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrov son vaxtlar fərqli mənbələrdən ziddiyyətli məlumatlar eşitdiklərini bildirsə də iddiaların doğruluğunu hələ təsdiqlənmədiyi qeyd edib. Nazir bəhs etdiyi ziddiyyətli məlumatların nədən ibarət olduğuna bu cür aydınlıq gətirib: “Bu məsələ ilə bağlı amerikalılardan birbaşa soruşmaq istərdik. Bu məlumatlar Suriyanın tamamən çökməsinə səbəb olsa da, ABŞ-ın ölkədən heç vaxt çəkilməməyə qərar verdiklərini yönündədir”.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya prezidentinin çağırdığı Milli Təhlükəsizlik Şurasının iclası barədə konkret heç bir söz söyləməsə də, toplantıda taleyüklü beynəlxalq məsələlərin müzakirə olunacağını gizlətməyib. O, media açıqlamasında bildirib ki, Putin “beynəlxalq əhəmiyyətli bir telefon görüşməsi keçirəcək və bir neçə qapalı görüşdə iştirak edəcək”. Bu dinamizmin birbaşa Suriyadakı inkişaflarla əlaqəli olub olmadığını şərh etməyən Kreml sözçüsü deyib ki, "Moskva ABŞ-ın Suriyanın şərqində İraq sərhədindəki Elbu Kamal bölgəsinə hava zərbələri ilə əlaqədar vəziyyəti yaxından izləyir".
Peskov Vaşinqtonun hücumlardan əvvəl Moskvanı xəbərdar edib etmədiyi sualına cavab verə bilməyəcəyini söylədi. Maraqlıdır ki, Peskovun qaçmağa çalışdığı bu suala Lavrov cavab verib. Xarici İşlər nazirinin sözlərinə görə, ABŞ hücumdan cəmi 4-5 dəqiqə əvvəl hücumla bağlı olaraq Rusiyanı xəbərdar edib. Lavrovun fikrincə, bu, əslində xəbərdarlığa dəyməyəcək qədər az müddətdir: "Rusiya ilə ABŞ ordusu arasındakı münasibətlərdə mümkün qarşıdurmaların qarşısını almaq üçün tədbirlərdən danışsaq da, hücumların başlaması ilə eyni vaxtda gələn belə bir xəbərdarlıq mesajı heç bir fayda vermir."
Rusiyanı narahat edən təkcə ABŞ-ın Yaxın Şərqdə onu sıxışdırması da deyil. ABŞ eyni zamanda Qara dənizdə və ətrafında fəallaşmağa çalışır. Təsadüfi deyil ki, ABŞ-ın Aralıq dənizindəki hərbi donanması tez-tez Qara dənizə daxil olur, NATO müttəfiqləri və tərəfdaşları ilə manevrlər keçirir. Yanvarın 23-də bölgəyə gələn USS Porter” və "USS Donald Cook" hərbi gəmiləri 17 gün ərzində Qara dəniz sahillərində yerləşən bir sıra NATO ölkələri ilə birgə manevr keçirib, daha sonra Türkiyə sahillərində qardaş ölkənin "TCG Turgutreis" və "TCG Oruçreis" freqatları ilə təntənəli keçid mərasimində iştirak etmişdi. Rusiyanın Vaşinqtondakı səfirliyi bu hadisəni ABŞ-ın “özgə sahədə qılıncoynatması” kimi dəyərləndirmiş və onu bu cür məsələlərdə diqqətli olmağa çağırmışdı. Maraqlıdır ki, həmin 17 günlük manevrlər çərçivəsində ABŞ gəmiləri fevralın 1-də NATO üzvü olmayan Ukraynanı da ziyarət etmişdi. Görünür, Moskvanı da ən çox qıcıqlandıran bu hadisə olmuşdu.
Ümumiyyətlə, Qara dəniz hövzəsində Rusiya-ABŞ ziddiyyətlərinin mərkəzi nöqtəsi ola biləcək ölkə Ukraynadır. Kiyev bir çox sahələrdə Moskvanın əl-ayağına dolaşır və əsas dəstəyini də Vaşinqtondan alır. Son zamanlar Ukrayna ordusunun həm Donbass və Luqanski, həm də Krım ətrafında hərbi manevrlər keçirməsi, “Şimal axını-2” layihəsinin çəkilməsində əngəlləyici faktora çevrilməsi Kremlin baş ağrısına çevrilib. Dünən ABŞ-ın yeni prezidenti Cozef Baydenin Krım uğrunda mübarizədə Vaşinqtonun da Kiyevlə bir yerdə olacağını açıq-aşkar dilə gətirməsi də od üstünə yağ tökür. Ziddiyyətlərin getdikcə böyüməsi və qarşılıqlı ittihamların sərtləşməsi Rusiya ilə Ukrayna arasında hər an hərbi qarşıdurmaların ortaya çıxmasına şərait yaradır. Hətta bəzi rus hərbi ekspertlər gözlənilən müharibənin vaxtını da proqnozlaşdırırlar. Təxminlərə görə, Ukraynanın işğal olunmuş ərazilərində mart ayında ciddi qarşıdurmalar baş verə və NATO vəziyyətdən faydalanıb öz hərbi qüvvələrini bu ölkə ilə yanaşı Moldova və Gürcüstana yeridə bilər.
Görünür, Rusiya bu ehtimalın qarşısını almaq üçün indidən bölgədəki əli çatan ölkələrdə mövqelərini möhkəmlətməyə çalışır. Son zamanlar Gürcüstanda və Ermənistanda baş verən hadisələr, həmçinin 44 günlük müharibədən sonra rus “sülhməramlı”larının Dağlıq Qarabağda yerləşdirilməsi Kremlin Qara dəniz ətrafında və Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişmək səylərinin nəticəsi təsiri bağışlayır. Bu baxımdan ABŞ ordusunun dünən Suriyada hava hücumuna başlamasının əks-sədasının yaxın zamanlarda bizim coğrafiyamıza sıçraması ehtimalı istisna edilmir.