Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rusiya Suriyadakı hava məkanını bağlayır

Rusiya Suriyadakı hava məkanını bağlayır

Suriyaya veriləcək “S-300” raketdən müdafiə sistemləri sayəsində Rusiya Suriyanın lazım olan bölgələrindəki hava məkanını bağlaya biləcək.
 Yenixeber.org: Bu barədə Rusiya XİN-in nüvə silahlarının yayılmasının qarşısının alınması və silahlara nəzarət departamentinin rəhbəri Vladimir Yermakov “RİA Novosti”yə verdiyi müsahibədə deyib. Bildirib ki, “S-300”lərin Suriyaya verilməməsi üçün əvvəllər Moskva qarşısında qoyulan tələblər artıq təsirsizdir. 

Yermakov həmçinin, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun “S-300”ləri Suriyaya verməklə Rusiyanın regionda gərginliyi artırdığına dair bəyanatını da şərh edib. 

““S-300”lər tamamilə müdafiə məqsədlidir. Moskvanın bu qərarı əksinə, regiondakı vəziyyətin sabitləşməsinə və rus hərbçilərin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib. ABŞ-ın məsələ ilə bağlı açıqlamalarını şişirdilmiş və əsassız hesab edirik. Rusiya öz müttəfiqlərinə müdafiə sahəsində dəstək vermək haqqına sahibdir. Dəməşqə verəcəyimiz “S-300” raketdən müdafiə sistemləri sayəsində Suriyadakı hava məkanı lazımi bölgələrdə bağlanacaq.”, – deyə Yermakov vurğulayıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2 həftə ərzində Suriyaya “S-300”lərin veriləcəyini bəyan edib. O, Moskvanın bu addımını İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində Suriyada Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulması və 15 rus hərbi qulluqçusunun ölümündən sonra Suriyadakı rus hərbçilərin təhlükəsizliyinin təmini ilə əlaqələndirib. 

Xatırladaq ki, Rusiya 2013-cü ildə məhz İsrailin xahişi ilə Dəməşqə “S-300”lərin verilməsindən vaz keçmişdi. Son olaraq Suriyaya “S-300”lərin verilməsi məsələsi 2018-ci ilin aprelində ABŞ, Fransa və İngiltərənin Bəşər Əsədin guya kimyəvi silah tətbiq etdiyi iddiası ilə Suriyaya raket zərbələri endirmələrindən sonra yenidən gündəmə gəlmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam