Yenixeber.org: Ölkəmizin yol infrastuktukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulmasına həm dövlət büdcəsindən həm də Dünya İnkişaf Bankı xətti ilə hər il külli miqdar vəsaitlər xərclənir. Amma yollların çəkilməsinə xaricdən dəvət edilən şirkət və mütəxəssilərin işlərinə nəzarət edilməsinə nədənsə göz yumulur.
Gördüyü işlərin keyfiyyəti gözdən yayınan şirkətlərdən biri qardaş Türkiyəyə məxsus “Özgün” şirkətidir. Aldığımız məlumata görə, şirkət hazırda yeni 4 zolaqlı Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilməsi layinəsində əsas podratçı kimi tanınır.
“Özgün” şirkəti tərəfindən Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişi zamanı tələb edilən materialların aidiyyatı üzrə düzgün seçilməməsi barədə dəfələrlə araşdırma aparıb müvafiq orqanların diqqətinə çatdırmışdıq.Belə ki, yolun çəkilişi zamanı şirkət tərəfindən Şəmkir çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar edilməsi,talanması bildirilir.Sözügedən məlumatlarda qeyd olunur ki “Özgün Yapı” şirkəti dövlət qurumları ilə bağladığı müqavilənin şərtlərinə uyğun iş görmək əvəzinə yerli İcra Hakimiyyətinin rəhbəri ilə əlbir olaraq qeyri-qanuni yollarla Şəmkirdə Azərbaycan xalqının mili sərvətini talan etməkdədir.Belə ki, Gəncə-Qazax-Gürcüstan yolunun tikintisini davam etdirən “Özgün Yapı” şirkəti, tikinti üçün istifadə edilən qum, çınqıl materillarını Şəmkir çayından daşımaqla həll edib ki,bu da yol çəkilməsi üçün nəzərdə tutulan çınqıl və quma ayrılan vəsaitlərin mənimsənilməsinə gətirib çıxarıb.”Özgün Yapı A.Ş” şirkətinə Azərbaycanda bu kimi qanunsuzluqlar törətməsinə kimlər şərait yaradır?Azərbaycanda yol verdiyi qanun pozuntularını Türkiyədə edərsə,”görəsən “Özgün Yapı ” şirkətinin aqibəti necə olar?
Yaxud da Azərbaycanda çəkdiyi yolları Türkiyədə, öz sözləri ilə desək yaparlarsa bu şirkətin aqibəti necə olar? Ümumiyyətlə bu şirkətin Azərbaycana gəlməsində və burada iri infrasruktur layihələrinin iştirakçısına çevrilməsində kimlərin rolu var?
17 oktyabr 2019-cu il tarixdə Prezident İlham Əliyev yolların çəkilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən yalan danışıb.
Prezident İlham Əliyev: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi nə yerdədir?
Saleh Məmmədov: Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır. Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik.
“Büdcəni talayanlara “gözün üstə qaşın var” deyən olmur”
Ölkəmizin yol infrastuktukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulmasına həm dövlət büdcəsindən həm də Dünya İnkişaf Bankı xətti ilə hər il külli miqdar vəsaitlər xərclənir. Amma yollların çəkilməsinə xaricdən dəvət edilən şirkət və mütəxəssilərinə eləcədə yerli işçilərə rəsmi və qeyri-rəsmi olatraq iki cür maaş verilir.Belə şirkətlərdən biri Gəncə-Qazax-Gürcüstan avtomobil yolunu çəkən “Özgün Yapı Sənaye”şirkətidir.Sözügedən şirkətdə 500 -dən çox işçinin çalışmasını nəzərə aldıqda bu külli miqdar vergidən yayınma deməkdir.
Bu haqda Dünyanınsəsi.Az-a göndərilmiş əməkhaqqı cədvəllərindən aydın olur ki, rəsmi olaraq kartla 500 manat qeyri-rəsmi olaraq əllə 1500 manat verilir.Cədvəllərdə açıq aydın görmək olur ki, rəhbər vəzifələrdə işləyən mütəxəssislər yüksək və fəhlə digər kateqoriyadan olan işçilər isə az maaşla göstərilib.Bu cür maxinasiyaların rəsmiləşdirlməsinin müəllifi şirkətin baş mühasibi Binyamin adlı Türk vətəndaşının olduğu deyilir.
“Özgün Yapı Sənaye” şirkətində “Burda mənəm, Bağdadda kor xəlifə” deyənlərdə var. Onlar öz xidməti vəzifələrini ancaq “it” gəzdirmək və yemləməklə keçirirlər.
Onlar “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun nəzarətçi qrupunu təmsil edirlər. Biri inspektor Toğrul Rzayev digəri isə material mühəndisi Ayxan Ağaliyevdir. Bu qəhrəmanlarımız AAYDA-nın İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlının yaxın dostlarıdır. Toxunulmaz olan bu şəxslərin vəzifələri şirkətin gördüyü işlərə nəzarət etməkdən ibarət olsada ancaq günlərini belə şeylərlə keçirirlər. Əgər bu belə olmasaydı heç bir təcürbəsi olmayan Ayxan Ağalıyev material mühəndisi kimi işə qəbul edilə bilməzdi. Nəticədə “Özgün Yapı Sənaye” şirkətinin çəkmiş olduğu yollar isə bu cür bərbad olmazdı.
(AAYDA) sədri Saleh Məmmədov yəqin ki, bu cür hadsisələrdən xəbərdardır. Qaldı ki, əmək haqlarıınn rəsmi və qeyri-rəsmi hissələrlə verilməsinə bu hal birbaşa cinayətdir. Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki, vergi cinayətləri azalmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta, Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir.Müharibə şəraitində olan ölkənin büdcəsinə ödənilməli olan vəsaitlərin həzmraberdən keçirlməsi bir başa xəyanətdir.İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Özgün Yapı Sənaye” şirkətinin fəaliyyəti yoxlanılacaq.(elchi.az)