Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Muxtar Babayevin nəzərinə: Mingəçevir –Bəhrəmtəpə magistiralı təhlükədə –SƏBƏB süni yaradılmış Göldür

  

Yenixeber.org: Azərbaycanın beynəlxalq əhəmiyyətli əsas tranzit avtomagistrallarından biri olan Bakı-Qazax yolu “əsaslı şəkildə yenidən qurulduqdan” cəmi bir neçə il sonra sıradan çıxmağa başlayıb. Həmin yoldan tez-tez istifadə edən sürücülər deyirlər ki, Bakının Qaradağ rayonundan başlayaraq Bakı-Qazax magistralının demək olar Gəncəyə qədər hissəsinin sağ zolağında asfalt örtüyü sıradan çıxmaq üzrədir. Həmin zolaqda sürücülərin jarqonu ilə desək “qarmoşkalar” meydana gəlib, bəzi hissələrdə, magistralın xüsusən Hacıqabul rayonuna qədər olan hissəsində asfalt örtüyünün sıradan çıxması daha çox müşahidə olunur. Hətta yolun asfalt örtüyündəki qabarmalar və çöküntülər ciddi qəza riski yaradır.

Biz isə “həyəcan təbili” döyürük ki, yolları sıradan çıxaran korruptiv amillərə “əhəmiyyət donu” geyindirilərək dövlət rəhbərliyinə və ictimai rəyə sırışdırılması kimi yeni bir mənfi tendensiya yaranmaqdadır.

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, saytımızda hələ 2017-ci ilin noyabr ayının 18-də “Polat Yol Yapı” türk inşaat şirkətinin Ağcabədi rayonunda yerli qurumları “ələ alaraq” Qarqar çayı ətrafında yeraltı sərvətlərimizi talaması barədə tənqidi məqalə getmişdi. O vaxt Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkətininçay yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsinə aidiyyatı qurumlar nədənsə susdular. Ağcabədi rayon sakinlərinin saytımıza verdiyi məlumatlarda qeyd edilirdi ki, şirkət Ağcabədi İcra Hakimiyyətini “ələ alaraq” Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını talayır. Sakinlər şirkət traktorlarından qazdıqları dərin quyulara görə mal-qaralarını Qarqar çayında suvara bilmədiklərini deyirdilər. Şirkətin Qarqar çayının ətrafında istismar etdiyi ərazi ilə bağlı hər hansı bir sənədinin olmadığı bildilirdi.

11 Dekabr 2017-ci il tarixli “Polat Yol Yapı” yeyintidə ittiham olunur “ adlı sonrakı yazımızda Mingəçevir-Bəhramtəpə yolununun inşasını həyata keçirən “Polat Yol Yapı” şirkətinin yol çəkilişi zamanı mövcud layihədən kənara çıxması, işləri keyfiyyətsiz aparması və yolun çəkilişi zamanı ətraf mühitə ziyan vurulması barədə məlumat vermişdik. Bildirmişdik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri heç də keyfiyyətli və real faktorlara uyğun aparılmır. Əsas hissəsi Yuxarı Qarabağ kanalının alt hissəsini təşkil edən yolda yolaltı su xəttləri yalnız yolun asfalt örtüyünün, ən yaxşı halda isə yolun çiyinləri enində inşa edilib. Yolda inşa edilən su xəttlərinin diametrləri 40-50 il əvvəl yüz min hektarlarla münbit torpaqların suvarılması üçün istismara verilmiş Yuxarı Qarabağ kanalının su xəttlərinin diametri ilə uyğun gəlməməklə yanaşı, beton divarları da paralellik təşkil etmir.

“Polat Yol Yapı” şirkəti təbiətimizə də vandalcasına yanaşaraq, Yuxarı Qarabağ kanalının sol qoruyucu bəndinin daha da keyfiyyətli və uzunömürlü olması üçün burada 30-40 il əvvəl dövlət tərəfindən salınan kol və meşə zolağı da “Polat Yol Yapı”nın texnikaları tərəfindən məhv etmişdi.

Nə isə… “Polat” şirkətinin qanunsuzluqlarını və onlara rəvac verən yerli məmurlarla bağlı araşdırmalarımızı davam etdirərək dəqiqləşdirmişik ki, yolun Ağcabədi – Zərdab nahiyəsinin inşasında “Polat” şirkətinə qeyri-qanuni tərəf müqabili kimi çıxış edən, Qarqar çayı üzərində fəaliyyət göstərən karxana Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədovun qardaşına məxsusdur. Aşkar olunmuşdur ki, karyerin arxasında, gözə görünməyən tərəfdə icazəsiz olaraq dövlət fondu torpaqlarına da əl uzadılıb.

Muxtar Babayevin bu Göldən xəbəri varmı?

Yadınızdadırsa, Beyləqan rayonunun Binnətli kəndi ərazisində fəaliyyət göstərdiyi zaman “Polat” şirkəti pay torpaqlarını əhalidən satın alaraq, inşaat işlərini xammalla təmin etmək üçün qanunsuz qazıntılar apardı. İndi gölə çevrilən, 15 hektar təşkil edən həmin sahəni dəmir torla hasarlayıblar. Hələ Hüseynqulu Bağırov ETSN rəhbəri olduğu o dönəmdə bu barədə saytımız yazmış, nazirliyə məktubla müraciət etmişdik. Faydası olmamışdı. Rəsmi icazə, müvafiq rəy olmadan, heç bir vergi ödəmədən həyata keçirilən həmin qanunsuz istismar işlərinə göz yumuldu. Şirkət işini görüb gedəndən sonra strateji əhəmiyyətli yolun bir neçə metrliyindən başlayan qazılmış yerlər doldurulmadı, nəticədə gölə çevrilərək yolun özü üçün təhlükə kəsb etdi. İndi həmin qanunsuzluqları ört-basdır etmək üçün əndrəbadi varianta əl atıblar. Belə ki, süni yaradılmış gölü guya balıqçılığın inkişafına yararlı hesab olunan mənbə kimi təsdiqləyiblər. Bununla da, gölün doldurulması məsuliyyətindən yayınmağa çalışıblar və onu hansısa məmurun yaxın adamı olan vətəgəçi sahibkarın şəxsi qoruğuna çeviriblər. Həm də bu boyda yalanı dövlət başçısının balıqyetişdirmə təsərrüfatlarının inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarının icrası kimi təqdim edirlər.

Xeyr cənablar, dövlət başçısı deməyib ki, beş-on balıq yetişdirilsin deyə büdcəyə milyardlarla ziyan vurulsun! Prezident tapşırıq verməyib ki, sizlər çapıb – talayaraq səfa sürəsiniz, cəfasını xalq çəksin,  sizlər qazıb daşıyasınız, yerini vicdanlı vergi ödəyiciləri doldursun.(realmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam