Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Çin nədən ehtiyat edir?-ŞƏRH

 

“BBC”nin məlumatına görə, Uhan şəhərində “COVID-19"un mənşəyini araşdırmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid qrupun Çinə girişinə qadağa qoyulub.
Yenixeber.org: Təşkilatla Pekin arasında uzun müddət idi səfərlə bağlı danışıqlar gedirdi. Çində araşdırma aparacaq heyətə 10 mütəxəssis daxil idi. ÜST rəhbərliyi səfərin gecikməsinin əvvəlcə viza problemi ilə bağlı olduğunu deyirdi. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus viza ilə bağlı yüksək səviyyəli Çin rəsmiləri ilə yaxın təmasda olduğunu bildirmişdi. Baş direktor viza verilməsi prosesinin sürətləndiriləcəyi ilə bağlı əminliyini ifadə etmişdi.

Ancaq Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq jurnalistlərə açıqlamasında səfərin yubanmasının yalnız viza ilə bağlı olmadığını vurğulayıb: “Tərəflər arasında ekspert qrupunun səfərinin konkret tarixi və konkret tənzimlənməsi mövzusunda danışıqlar hələ davam edir. Virusun mənşəyinin araşdırılması inanılmaz dərəcədə mürəkkəbdir. Çinə gələcək beynəlxalq ekspert qrupunun işinin rəvan getməsini təmin etmək üçün lazımi prosedurları və müvafiq tənzimləmələri aparmalıyıq. Çinə gələcək beynəlxalq ekspert qrupuna yaxşı şərait yaratmaq üçün əlimizdən gələni edirik”.

Bu cavab Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusu məyus etdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq isə “BBC”-yə açıqlamasında bir daha “bəzi anlaşılmazlıqlar ola bilər” ifadəsini işlətdi.

Pekin nədən məsələni uzadır? Əgər Çin rəsmilərinin iddia etdiyi kimi onlar ilkin yoluxma hallarını gizlətmədiklərini vurğulayırlarsa, nədən Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasını ləngidirlər? Demək gizlətməyə nəsə var.

Koronavirusun yayılmasından bir il keçdi. Ancaq hələ də virusun yayılmasının mənşəyi bilinmir, müxtəlif versiyalar səslənir. Buna son qoymağın yolu Ümumdünya Səhiyyə Təşkilatının Çinin Uhan şəhərində tədqiqatlara başlamasıdır. Ancaq buna da Pekin mane olur. Koronavirus pandemiyası ilə bağlı müstəqil təhqiqatın aparılması mövzusu az qala bir ildir müzakirə edilir. Bu mövzunu ilk dəfə Avstraliya gündəmə gətirmişdi. Daha sonra bu təklifə başqa dövlətlər, o cümlədən Çinin tərəfdaşı sayılan Rusiya da qoşuldu.

Epidemiyanın haradan qaynaqlandığı, Çinin, xüsusilə ilk günlərdə bununla bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələlər müstəqil təhqiqatın cavab tapmaq istədiyi suallardır. Çinin Uhan şəhərində xəstəliyin yayılması ilə bağlı dünyanı məlumatlandırmaq istəyən yerli elm adamlarını susdurduğu, epidemiyanı olduğundan daha əhəmiyyətsiz göstərdiyi faktdır. Maraqlıdır ki, virus yayıldığı ilk günlərdə Çin hökumətinin səhiyyə məsələləri üzrə sözçüsü Dr. Zhong Nanşan CNN-nə açıqlamasında yoluxma sayı barədə əllərindəki məlumatları paylaşmaq istəmədiyini söyləmişdi.

Buna baxmayaraq, ötən ilin yanvarında Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin kritik olduğunu bəyan etdi. Təşkilat yanvarın 22-də fövqəladə toplantı keçirdi. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaqdı. Sonrakı aylarda təhlükənin necə böyük miqyas aldığı aydın oldu.
 “Atlas” Araşdırmalar Mərkəzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam