Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

DTK sədri ilə birinci katibin yumruq davası –Gevorkovun “milli qeyrəti”, Yüzbaşyanın müəmmalı qətli...

 


Yenixeber.org: Yersiz ərazi iddiaları ermənilər üçün həmişə problem yaradıb. Ayrı-ayrı dövrlərdə özgəsinin torpağına göz dikməklə bu toplumun “lider”ləri özlərini acınacaqlı duruma salıblar. Sovet dövründə bu cür hallara daha çox rast gəlinib. 

Məsələn, 1936-cı ildə Ermənistanın birinci katibi Ağasi Xanciyan həmin dövrdə Zaqafqaziya Birləşmiş Respublikalarının birinci katibi vəzifəsində işləyən Lavrenti Beriyaya müraciət edərək Gürcüstanın ərazisində olan Cavaxetiyanın Ermənistanın tabeliyinə verilməsini xahiş edib. Bu yersiz müraciətə görə Beriya Xanciyanı elə birbaşa kabinetində güllələyib.

1945-ci ilin oktyabr ayında Ermənistanın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi ilə bağlı Stalinlə görüşü olub. Bu dəfə də erməniləri pərt vəziyyətə salaraq arzularını ürəklərində qoyublar. 1960-cı ildə Anastas Mikoyan Nikita Xruşovla aralarında olan xoş münasibətdən istifadə edərək Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsini qaldıranda baş katib birinci dəfə bu məsələyə sakit şəkildə “yox” cavabını bildirib. Ancaq 1964-cü Mikoyanın Dağlıq Qarabağla bağlı növbəti müraciəti Xruşovun qəzəbinə səbəb olub və o, öz qətiyyətini nümayiş etdirib: “Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz...”

Ermənistanın digər birinci katiblərinin də, Zorabyanın, Koçinyanın, Dəmirçiyanın Dağlıq Qarabağ iddialarına görə sərt təpkilər aldığı hamıya yaxşı məlumdur.

Bəli, yersiz iddialılıq erməni toplumu üçün xroniki bir xəstəliyə çevrilib. Amma bir məsələ də var ki, ermənilərin bu xəstəliyi təkcə torpaq iddiaları ilə yekunlaşmayıb. Müxtəlif dövrlərdə ayrı-ayrı ermənilər statuslarından asılı olmayaraq böyük iddialara düşüblər. Onlardan biri də on il ərzində, 1978-ci ildən 1988-ci ilə qədər Ermənistan Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etmiş Marius Yüzbaşyan olub.

загружено.jpg (30 KB)

Marius Yüzbaşyan 1924-cü ildə Batumidə anadan olub. 1940-cı ildə ailə Tiflisə köçüb. Orta təhsilini başa vurduqdan sonra Yüzbaşyan Tiflisdə “NKVD” məktəbində təhsil alıb. Daha sonra təhsilini Moskvada ali kəşfiyyat məktəbində davam etdirib. 1978-ci ilə qədər Marius Yüzbaşyan Ukraynada, Almaniyada, Moskvada xüsusi xidmət orqanlarında xidmət edib. 1978-ci ildə isə o, Ermənistan DTK-nın sədri vəzifəsinə təyin olunub.

Son dərəcə hiyləgər, təhlükəli, istənilən vəziyyətdə simasını dəyişməyi bacaran Yüzbaşyan həm də hədsiz iddialı bir şəxs olub. Ermənistan DTK-sına rəhbər təyin edildikdən sonra o, bütün hərəkətləri, davranışı ilə respublika rəhbərlərinə xüsusi statusda olduğunu sübut etməyə calışıb. Bunlarla yanaşı, Yüzbaşyan qatı millətçi kimi də tanınıb.

Dövrün mövcud təlimatlarına görə, müttəfiq respublikaların DTK sədrləri respublika ərazisini tərk edərkən Moskvaya məlumat verməli olduqları halda Yüzbaşyan buna əməl etməyib və onun əsas səfər məkanlarından biri də Dağlıq Qarabağ olub. Amma Yüzbaşyanın Dağlıq Qarabağa səfərləri həmişə xoş sonluqla bitməyib. Bu səfərlərin birində Yüzbaşyanla Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov yumruq davasına çıxıblar. Sonralar bu hadisə haqqında 1973-1992-ci illərdə vilayətdə yüksək vəzifələrdə işləyən Vladimir Tovmasyan erməni jurnalistlərinə açıqlamalar verib.

Борис_Кеворков (1).png (80 KB)

Belə ki, Yüzbaşyan Dağlıq Qarabağa növbəti səfərlərinin birində həmişə olduğu kimi, yenə də Boris Gevorkovla görüşüb. Ayaqüstü görüşdən sonra Yüzbaşyan üçün təbiət qoynunda süfrə hazırlanıb. Məclisdə Gevorkovla birlikdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi Dubrovin də iştirak edib. Bir-iki qədəhdən sonra Yüzbaşyan tost söyləyib və hər şey də bu tostdan sonra başlayıb. Yüzbaşyan qədəhləri ermənilərə “məxsus” olan Qarabağın və ermənilərin sağlığına qaldırıb. Amma o, kiçik bir haşiyə çıxaraq qeyd edib ki, bu tost xaricdə yaşayan daşnak ermənilərə şamil olunmur.

Əslində Yüzbaşyan bu “qeyd”i Dubrovinin məclisdə iştirak etdiyinə görə edib. Çünki o yaxş bilib ki, Dubrovin birbaşa Moskvaya işləyir və onu da yaxşı bilib ki, onun bütün danışdıqlarını Dubrovin Moskvaya çatdıracaq. Bir məsələni də qeyd edək ki, SSRİ DTK-sında Yüzbaşyan millətçi kimi tanınıb və buna görə o, vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. Elə bu səbəbdən də Yüzbaşyan Dubrovinin yanında daşnakların əleyhinə fikir söyləyib. İçkinin təsirindən cürətlənən Gevorkov Yüzbaşyanın tostu ilə razılmayıb və o, qəti şəkildə iradını bildirib: “Mən bu tostla qəti şəkildə razı deyiləm. Sənin ixtiyarın yoxdur ki, xalqı ayrı-ayrı hissələrə böləsən. Biz bir millətik, harada və hansı işlə məşğul olmağımızdan asılı olmayaraq...”
Bu iraddan sonra qızğın mübahisə başlayıb və o dərəcəyə çatıb ki, Yüzbaşyanla Gevorkov mübahisəni ayaqüstə davam etdiriblər. Sonda isə mübahisə yumruq davasına çevrilib, kiminin köynəyinin düymələri, kimininsə qalstuku ayaq altında qalıb.

Vladimir Tovmasyan bu hadisəni açıqlamaqla hərdən Gevorkovun “milli qeyrətə” gəlməsini vurğulamaq istəyib.

armenia_01.jpg (122 KB)

Bu hadisədən sonra DTK sədri ilə birinci katib arasında soyuq münasibətlər hökm sürüb və çox keçməmiş hər ikisi vəzifədən kənarlaşdırılıb.

1988-ci ilin avqust ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Geni Aqeyevin Ermənistana əvvəlcədən planladırılmamış səfəri Marius Yüzbaşyanın karyerasına son qoyub. Onun haqqında irəli sürülən ittihamların sırasında millətçilik, Dağlıq Qarabağda milli münaqişələrə zəmin yaratmaq, Moskvadakı mafioz qruplaşmalarla gizli əlaqələr xüsusi yer alıb və Yüzbaşyan vəzifəsindən azad edilib.

DTK orqanlarından uzaqlaşdırıldıqdan sonra Yüzbaşyan bir müddət İrəvan merinin müşaviri vəzifəsində işləyib. Bu ərəfədə də o, millətçilik əməllərindən əl çəkməyib. Ancaq Yüzbaşyanın bu çirkin əməlləri uzun çəkməyib. 21 iyul 1993-cü ildə səhər saatlarında Yüzbaşyan parkda idmanla məşğul olan zaman odlu silahla qətlə yetirilib. Müxtəlif versiyalar səsləndirilsə də, qətlin hansı səbəbdən törədildiyi və sifarişçinin kim olduğu sirr olaraq qalıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam