Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Leninin saxta şənliyi, Stalinin qadağası, Xruşovun izni, Brejnevin “vurhavur”u – SSRİ-də Yeni il şənliyi

 

 

Yenixeber.org: Yeni il şənlikləri dünyanın əksər ölkələrində digər bayramlardan fərqli olaraq daha şən və daha maraqlı keçirilir. Bəzi ölkələrdə yerli televiziya kanalları ilə dövlət başçılarının bayram tədbirlərində iştirakı canlı yayımlanır. Bununla yanaşı, dekabrın 31-də, yeni təqvim ilinə keçidə bir neçə dəqiqə qalmış dövlət başçıları xalqa bayram müraciəti edir. Bu müraciətlərin bəziləri qısa və konkret bayram təbriki olsa da, bəziləri illik hesabat xarakteri daşıyır.

Yeni il münasibətilə dövlət başçılarının xalqa müraciəti ənənəsi SSRİ-də yaranıb. İlk dəfə 1970-ci il dekabrın 31-də Leonid İliç Brejnev mərkəzi televiziya vasitəsi ilə SSRİ vətəndaşlarını təbrik edib.

Ümumiyyətlə, SSRİ-də də Yeni il bayramı böyük təmtəraqla keçirilib. 1930-cu ilə qədər yanvar ayının 1-i qeyri iş günü sayılaraq Yeni il rəsmi bayramlar sırasına daxil edilib. Sonradan İosif Stalinin göstərişi ilə 1930-cu ildən 1947-ci ilə qədər bayramla bağlı istirahət günləri ləğv edilib. Yeni il bayramı adi iş günlərinin birinə çevrilsə də, sovet vətəndaşları bu bayramı böyük həvəslə qeyd ediblər.

219395386.jpg (128 KB)

Sovet-alman müharibəsi zamanı Stalinin rəsmi əmri ilə hətta uşaq müəssisələrində şənliklərin keçirilməsi və “yolka”ların qurulması qadağan edilib. Yalnız arxa cəbhədə olan hərbi hissələrdə və və bəzi səhra hərbi hissələrində “yolka”lar bəzədilib və məhdud şəkildə şənliklərə icazə verilib.

Alman faşizmi üzərində qələbədən sonra Yeni il bayramının rəsmi bayramlar sırasına salınması, qeyri-iş günü olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu cür təkliflə ilk olaraq Kiyev vilayət partiya komitəsinin birinci katibi Postışev çıxış edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1947-ci il tarixli qərarı ilə yanvar ayının 1-n qeyri iş günü olaraq bayram günü sayılıb.
Rəsmi qərarlara, sənədlərə baxmayaraq sovet liderləri Yeni il bayramana laqeyd olmayıblar.

Lenin1.jpg (112 KB)

Lenin partiya yığıncıqlarında daha çox işləməyin vacibliyini vurğulayaraq hətta bayram günlərindən də səmərəli istifadə etməyin zəruriliyi bildirib. O, Yeni il bayramını ailə əhatəsində qeyd edib. Bayram günü Leninin uşaqlara sovqat paylaması isə süni şəkildə yaradılıb, seçilmiş uşaqlar onun yanına dəvət olunub, Lenin onlara hədiyyə paylayıb, əvəzində isə uşaqların söylədikləri şeirləri dinləyib. Bu süni səhnə ilə Lenin xeyirxah, mərhəmətli, uşaqlar tərəfindən də sevilən kommunist obrazını nümayiş etdirib.

219392732.jpg (175 KB)

Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Devyatov öz araşdırmaları zamanı Stalinin yeni il bayramını necə keçirməsi haqqında bir sıra faktlar əldə edib. Stalin Yeni il bayramını rəsmi bayramlar sırasından çıxarsa da, bu qərar Kreml ərazisində “qüvvədə” olmayıb. Belə ki, 1930-cu illərin ortalarından başlayaraq Kremlin Georgiyevski zalında bayram ziyafətləri təşkil olunub. Siyasi elita ilə yanaşı, tədbirə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də dəvət olunub. Dəvət siyahısında Stalinin sevimli artistləri ön sırada yer alıb. Həmçinin Stalinin Kremldəki mənzilində, sonralar isə bağ evində böyük “yolka” qurulub. Moskva şüşə zavodunda Stalinin “yolka”sı üçün xüsusi oyuncaqlar da hazırlanıb. Düzdür, Stalin təmtərağı sevən bir şəxs olmayıb, amma bu təmtəraqdan da imtina etməyib.

219393805.jpg (107 KB)

Nikita Xruşov hakimiyyətə gəldikdən sonra bir neçə il ərzində Kremldə ziyafətlərə fasilə verilib. 1957-ci ildən isə ənənə davm etdirilib. Fərq yalnız bayram süfrələrinin zənginliyində və qonaqların sayının artmasında olub. Sözsüz ki, bir də bayram ziyafətində Xruşovun daha uzun “çıxış”larında.

219393639.jpg (51 KB)

Leonid İliç Brejnev isə sözün əsl mənasında bayram təntənəsi yaradıb. Mağazaların piştaxtaları boş olsa da, sovet vətəndaşlarının bayram tədbirləri yanvarın 13-ə, “köhnə yeni il”ə qədər davam etdirilib. Statistik göstəricilərə görə, bu günlər ərzində işə gecikmələr, iş gününü buraxmalarının sayı daha çox olub. Bayram ərəfəsində Brejnev üçün xüsusi tədbirlər planı hazırlanıb. Bu planda Kremldə ziyafət, televiziya ilə xalqa təbrik-müraciət, ova getmək, bağ evində Siyasi Büronun üzvləri ilə məclis və digər tədbirlər öz əksini tapıb.

Yuri Andropov səsli-küylü məclisləri sevmədiyindən Yeni ili mənzilində öz ailəsi ilə keçirib.

13 ay hakimiyyətdə olan Konstantin Çernenko isə Yeni ili xəstəxanada qarşılayıb. Mərkəzi qəzetlərdə onun adından xalqa təbrik məktubu dərc edilib.

Qalmaqallı Mixail Qorbaçovun dövründə siyasi proseslər Yeni il tədbirlərini arxa plana salıb. Amma Qorbaçov zəngin süfrə arxasında yeni ili qeyd etməyi təxirə salmayıb. Bu cür tədbirlərdə onun qonaqları əsasən xarici dövlətlərdən gələn siyasətçilər olub.

219396386.jpg (148 KB)

Bəli, istənilən bayramı qeyd etmək hər bir kəsin haqqıdır və əsl bayramları, həmçinin təqvim ilinin dəyişməsini də ləğv etmək mümkün deyil. Amma müəyyən məqamlarda bayram təntənəsindən geri çəkilmək mümkündür və lazımdır. 1941-ci ildə Stalinin bayram qadağaları kimi. Həmin qadağaları tətbiq edərkən Stalinin Vyaçeslav Molotova söylədiyi belə bir fikir olub: “Minlərlə ailənin “qara kağız” aldığı vaxtda bayram şənliyi etmək yolverilməzdir...”

2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi həkk olundu. Bu, sözlə ifadə olunmayacaq qədər qürurludur. Amma bütün bunlara rəğmən bayram keçirmək haqqı olan Azərbaycan Böyük Qələbəni bizlərə bəxş edən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq təntənəli şənliklərdən imtina etdi. Bu da bir tarixdir...

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam