Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın seçim zamanıdır-Ya işğalçı, ya sülsevər tərəf

 

 

Seçim Rusiyanındır: kimin tərəfindəsən, beynəlxalq hüquqa tüpürən, faşist, işğalçı, qaniçən, dönük və satqın Ermənistanınmı, yoxsa beynəlxalq hüquqa uyğun olaraq öz döğma torpaqlarını azad etmək istəyən sülhsevər, sözü bütöv və güclü Azərbaycanınmı?

Yenixeber.org: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun öz doğma torpaqlarının yağı düşməndən azad edilməsi üçün apardığı azadlıq müharibəsinə ilk günlər "müharibənin Azərbaycan torpaqlarında getdiyini" əsas götürərək "qarışmayan" Rusiya bu mövqeyi ilə "öz istədiyinə" nail olmayacağnı başa düşərək hərəkətə keçib. Azərbaycan torpaqlarının erməni faşistləri tərəfindən işğal edilməsinə və 30 il ərzində işğal altında saxlanılmasına daim hərbi-siyasi-iqtisadi dəstək verən Rusiyanın bu addımı ilk baxışda "başadüşüləndir". Aydındır ki, Rusiya müharibənin ilk günlərindən belə mövqe sərgiləməklə sorosçu Paşinyanın "burnunu ovacağını" və onun qərbyönümlü siyasətdən vaz keçərək yenə də Rusiya orbitinə qayıdacağına nail olacağını düşünürdü. Amma bu baş vermədi, Rusiya təkcə Paşinyanın deyil, 7-dən 77-yə qədər erməni "xalqının" faşist, qaniçən, satqın, dönük, qəsbkar təbiətə malik olduğunu nəzərdən qaçırdı. Rusiya əmin oldu ki, hərbi-siyasi dəstək istəyi ilə ilk növbədə Rusiyaya yalvaran, V. Putinin ayaqlarını yalayan Paşinyana etibar etmək olmaz və Ermənistan, eləcə də, Azərbaycan üzərində basqı imkanlarını saxlamaq, Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün Ermənistana "öz ənənəvi dəstəyini verməlidir". Hümanitar məqsədlərlə atəşin dayandırılması haqqında məhz Rusiyanın təhriki və təzyiqi ilə əldə edilmiş atəşkəs razılığını bu istiqamətdə atılmış ilk addım hesab etmək olar. Hər şeydən göründüyü kimi, Rusiya belə bir addım atmaqla Ermənistanı qarşılaşdığı məğlub vəziyyətindən qurtarmaq, ona itirdiyi mövqeləri və döyüş sursatlarını bərpa etmək üçün vaxt qazandırmaq məqsədi güdür. Və bu istiqamətdə Rusiya (Eləcə də, ermənipərəst Fransa, Belçika, Polşa və bəzi Avropa dövlətləri) "təxirəsalınmaz tədbirlər" görməkdədir. Rusiya başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hərb yolu ilə həll ediləcəyi təqdirdə Ermənistandan, deməli bütünlüklə Cənubi Qafqazdan qovulacaqdır və ona görə də öz məkrli məqsədləri üçün Ermənistanı "müdafiə etmək məcburiyyətindədir". Ancaq Rusiya unutmamalıdır ki, miskin, dilənçi, satqın, dönük, faşistpərəst Ermənistanı dəstəkləməklə öz sərhədlərində daim ona isti münasibət bəsləyən, öz doğma torpaqlarını azad etmək istəyən və buna qadir olan Azərbaycanı, eləcə də, nəinki regionda, həm də, dünyada söz sahibi olan, Rusiya ilə geniş iqtisadi əlaqələrə malik Türkiyəni həmişəlik itirə bilər. Rusiya unutmasın ki, Azərbaycan xalqı heç bir təzyiqə, hədələrə bağmayaraq, şanlı silahlı qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi, ilə öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və buna nail olacaqdır! Seçim Rusiyanındır: kimin tərəfindəsən, beynəlxalq hüquqa tüpürən, faşist, işğalçı, qaniçən, dönük və satqın Ermənistanınmı, yoxsa, beynəlxalq hüquqa uyğun olaraq öz döğma torpaqlarını azad etmək istəyən sülhsevər, sözü bütöv və güclü Azərbaycanınmı? Və unutmasın: QARABAĞ AZƏRBAYCANDIR!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam