Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Qarabağdakı sonrakı proseslər -Azərbaycanın qətiyyəti həlledici olacaq

 

Yenixeber.org: Noyabrın 10-dan bəri Azərbaycan tərəfi humanizm nümayiş etdirərək Qarabağın bəzi ərazilərindəki “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaratsa da, erməni yaraqlıları silahı yerə qoyub sülh şəraitində ərazini tərk etmək əvəzində orada möhkəmləyə çalışıblar.

Bu müddət ərzində Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları nəinki Azərbaycan Ordusunun əsgərlərinə, həm də mülki şəxslərə qarşı hücumlar törədib. Həmin silahlı dəstələrin davamlı terror hücumları nəticəsində ölən və yaralananlar olub. Bununla bağlı rəsmi Bakı Qarabağda yerləşdirilən Rusiya kontingentinin rəhbərliyi ilə əlaqə yaradaraq məsələnin ciddiliyini onların diqqətinə çatdırıb və bundan sonra antiterror əməliyyatı keçirərək əraziləri terrorçulardan təmizləyib.

 

Dekabrın 13-də Qarabağdakı Rusiya kontingenti tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilib. Belə ki, Rusiya Müdafiə Nazirliyinin gündəlik dərc etdiyi xəritədə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Köhnə Tağlar, Çaylaqqala kəndləri və onun ətraf ərazilər Rusiya qoşunlarının nəzarəti altında olduğu yerlər kimi öz əksini tapıb. Xəritədə Rusiya hərbçilərinin nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə düzgün deyildi. Əlbəttə, heç bir dövlət və ya beynəlxalq təşkilatlar qarşısında hesabat öhdəliyi olmaması, BMT, ATƏT kimi heç bir beynəlxalq təşkilatdan mandat almaması da Rusiya hərbi kontingentinin bu cür özbaşına hərəkətlərə yol verməsinə şərait yaradır. Həmçinin Rusiyanın Azərbaycan üçün neytral ölkə olmaması, daha doğrusu, rəsmi formada Ermənistanın müttəfiqi olması da unudulmamalıdır. Belə ki, bu ölkələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir və Rusiyanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliyi mövcuddur.

Rusiyanın bəyanatdankənar hərəkətləri - “xəritə oyunu” bütün hədləri aşıb və Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub.

 

Yalnız ictimaiyyətin və rəsmi şəxslərin etirazlarından sonra dekabrın 14-də Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib.

Beləliklə, Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək.

Rusiya da öz növbəsində üzərinə sülhməramlılıq missiyasını götürübsə, hər iki tərəflə eyni məsafədə olmalı, bölgədən sülhün təmin olunması, terror yuvalarının təsbit edilərək zərərsizləşdirilməsi ilə məşğul olmalı, Ermənistanın təxribatlarından, xüsusilə Azərbaycanda "terrorçuluq" maddəsi ilə cinayət işi açılan Araik Arutyunyan ilə görüşlərdən çəkinməlidir. Əks halda Rusiyanın sülhməramlı missiyası ATƏT-in vasitəçilik missiyası kimi problemin həlli yox, problemin özünə çevriləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam