Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

XAİN PAŞİNYAN YENİ YALANLAR UYDURUR... - Rusiya sülhməramlıları isə Qarabağda silahlı erməniləri himayə edir

 

 Rusiya KİV-i feyk ənənəsinə sadiq qalaraq, dekabrın 13-də xəbər verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan Slahlı Qüvvələrinin (SQ) mövqeləri Türkiyə xüsusi təyinalılarının iştirakı ilə Azərbaycan qüvvələri tərəfindən hücuma məruz qalıb. 

Yenixeber.org: Bu barədə Ermənistanın Baş nazii Nikol Paşinyan bəyan edib.

«Xtsaberd, Köhnə Tağlar kəndləri istiqamətində bizim mövqelərimiz dünən Azərbaycan ordu bölmələrinin hücumuna məruz qalıb. Bəzi məlumatlara görə, hücumda Türkiyə xüsusi təyinatlı dəstələri iştirak ediblər» - Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında bildirib.

Onun özlərinə görə, hücum bu ərazidə Rusiya sülhməramlılarının yerləşmədiyi bir vaxtda baş verib. O, qeyd edib ki, döyüş nəticəsində erməni tərəfdən 6 nəfər yaralanıb.

«Hərbi əməliyyatlar başlayandan sonra, Rusiya sülhməramlılarının kiçik qrupu əraziyə gəlib. Bundan sonra, döyüş dayanıb, ancaq sözügedən kəndlərin bəzi hissləri Azərbaycan ordusunun nəzarəti altına keçib. Bu gün səhərdən Rusiya sülhməramlılarının daha iri qüvvələri əraziyə girib, hazırda vəziyyət nisbətən sakitdir» - deyə, Nikol qeyd edib.

Onun sözlərinə görə, Qarabağ üzrə üçtərəfli bəyanata uyğun olaraq, sözügedən kəndlər Ermənistanın nəzarəti altında qalmalıdır (bu dığa yalan söyləməkdən usanmadı!).

Artıq məlumdur ki, rəsmi Bakı Aərbaycanın bu ərazidə toplaşmış terrorçulara qarşı xüsusi əməliyyat keçirdiyini bəyan edib. Məsələ burasındadır ki, məlum atəşkəs sazişinə görə, erməni silahlı qüvvələri Azərbaycan ərazisini dekabrın 1-ə qədər tərk etməli idi.

Amma «naməlum» səbəbdən, Rusiya «sülhməramlıları» bu «gecikmə»nin səbəbini Paşinyandan soruşmaq istəmir. Bunun əvəzində isə erməni məkrini ört-basdır etmək məqsədilə, öz səlahiyyətlərini aşaraq, saxta xəritələr çap etməyə girişiblər.

Paşinyanın «şübhələnməsi»nə gəlincə isə, rəzil erməninin sayqlamasına bir atalar məsəli ilə cavab vermək doğru olardı: «Xain - xoflu olar…».

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam