Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin müsahibəsi –dəyişməyən münasibət

Putinin müsahibəsi – dəyişməyən münasibət

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin açarının Rusiyada olduğun deyənlər haqsız deyilmiş.

Yenixeber.org: Düzdür, 44 günlük döyüşlər bu açarın Azərbaycanın əlində olduğunu da göstərdi. Ancaq problemin yaranma tarixinə nəzər yetirsək, onun müəlifinin daha çox çar Rusiyası, keçmiş SSRİ və Rusiya olduğu da sirr deyil. Bu baxımdan sentyabrın 27-də başlayan döyüşlərə və onadan sonrakı prosesdə Kremlin mövqeyi böyük əhəmiyyət kəsb edir. Son hadisələr zamanı ABŞ az qala susmuşdu. Fransa Ermənistana hər cür yardımlar etməklə yanaşı onlara siyasi dəstək də verirdi. Rusiyadan da işğalçılara yardımlar axın edirdi. Hətta, Moskvanın müttəfiqi İran İslam Respblikasının da Ermənistana dəstək verdiyinə dair məlumatlar yayılırdı. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi orta hesabla Ermənistanın xeyirinə idi.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəslə bağlı imzalanan üçtərəfli bəyanatdan sonra tərəflərin siyasi mövqeyində dəyişiklik baş verməyib.

Azərbaycan Prezidenti işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zaman bir daha bəyan edib: “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb".

Prezident işğaldan azad olunan rayonlardakı bəyanatları ilə Azərbaycanın mövqeyini bir daha dostlarına və düşmənlərinə açıqladı. Dövlət başçısı bayraqları sancmaqla Qarabağın əsl sahibini Azərbaycan düşmənlərinə və bölgədə maraqları olanlara nümayiş etdirdi.

Ermənistanın hökumət başçısı Nikol Paşinyan və başqaları aldıqları zərbədən nəticə çıxarmayıb. Onlar yenə əvvəlki bayatı təkrarlayırlar. Belə danışmaq üçün onları ruhlandıranlar da məlumdur. Həmin qüvvələr 44 günlük savaşda minlərlə erməni gəncinin özgə torpaqlarda işğalçı kimi ölməsinin baisidir.

Təəssüf ki, bu dövlətlərdən biri həmsədr Fransadır.

Atəşkəsdən sonra Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibə verib. O, ölkəsinin münaqişənin həllində oynadığı rolu gizlətməyib. Bununla belə Azərbaycanın ərazi bütövlüyünə toxunaraq deyib: “Beynəlxalq hüquqa əsasən, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) döyüşlər zaman tutduğu mövqedən danışan Rusiya prezidenti deyib: “Ermənistana heç kim hücum etmədiyindən KTMT bu döyüşlərə müdaxilə edə bilməzdi”.

Ermənistanın işğal altında olan torpaqlardan çıxması hələ münaqişənin tam həll edilməsi demək deyil.

O, Türkiyənin döyüşlərdən sonrakı rolundan danışıb. Putinin sözlərinə görə, Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək. Vladimir Putin Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübələrinin olduğunu yada salıb: “Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, pilotsuz uçuş aparatlarından istifadə edə biləcək birgə mərkəz yaradaq”.

Rusiya lideri Dağlıq Qarabağ münaqişəsində Türkiyənin roluna da qiymət verib: “Müxtəlif rəylər olsa da, münaqişənin həllində Türkiyəni beynəlxalq hüququ pozmaqda ittiham etmək çətindir”.

Qeyd edək ki, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə parlamentində təsdiqlənib. Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək.

Putin mərkəzin yerinin Azərbaycanın təyin edəcəyini də bildirib.

O, Ermənistanın bəyanata imza atmaqdan başqa yolunun olmadığına işarə edərək deyib: “Bu, intihar olardı. Baş nazir Nikol Paşinyan üçün, əlbəttə ki, çətin idi, ancaq üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir”.

Kreml rəhbəri eyni zamanda qeyd edib ki, müqavilələrə riayət etmək və ya yerinə yetirməmək hər bir ölkənin öz işidir, lakin öhdəlikləri yerinə yetirməmək böyük səhv olardı.

Rusiya prezidenti beynəlxalq ictimaiyyətə Azərbaycan ərazisinə daxil olan sülhməramlı hərbçilərinin önəmini açıqlayıb. Vladimir Putin bir daha sübut edib ki, dünya ermənilərinin nicatı Rusiyadadır. Rəsmi Yerevanın bəyanata imza atmasına nail olan Rusiya erməniləri dəstəklədiyini gizlətməyib. 1990-cı ilin 19-20 yanvarında sovet qoşunu Bakıya və Azərbaycanın başqa rayonlarına yeridiləndə də ermənilərin təhlükəsizliyi əsas götürülmüşdü.

Ötən 27 il ərzində işğalçının Azərbaycan torpaqlarından çıxması üçün əməli heç bir addım atılmayıb. Azərbaycan işğalçını öz torpaqlarından çıxarıb, münaqişənin hərb yolu ilə həllini başa çatdırmağa yaxın olanda onun qarşısı alındı. Bu məqsədlə Qarabağa sülhməramlı hərbçilər yerləşdirildi. Rusiya erməniləri müdafiə etdiyini gizlədə bilmədi.

Yeri gəlmişkən, Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılmış ermənilərin Azərbaycan mədəniyyətini talan etməsinin və yanğınların qarşısını sülhməramlılar almayıb. Bu kimi neqativ halların qarşısının alınması isə sülhməramlılara etimadı artıra bilər.

O bununla həm də Azərbaycanın güclü olduğunu və problemi hərb yolu ilə həll etmək gücündə olduğunu dolayı yolla etiraf edib.

Vladimir Putin müsahibəsində ATƏT-in Minsk qrupunun o biri iki həmsədrinə, beynəlxalq ictimaiyyətə Qarabağda vəziyyətə nəzarət etdiyini çatdırıb. Kreml sübut etməyə çalışır ki, keçmiş müttəfiq respublikalarındakı münaqişələrin hamısının açarı Rusiyadadır. Krım adasının ilhaqı, Ukraynanın şərqində iki qondarma qurumun yaradılması, Gürcüstanın iki muxtar respublikasında separatçıların müdafiə edilməsi, Moldovada Dnestrayanı bölgədəki vəziyyət bunu təsdiqləyir. Həmin dövlətlərin ərazi bütövlüyünün təmin ilə bağlı beynəlxalq vasitəçilərin cəhdləri hələ ki heç bir nəticə verməyib. Moldova, Gürcüstan və Azərbaycandakı münaqişə zonalarında isə Rusiya sülhməramlı hərbçilərini yerləşdirib. Ukraynada isə Rusiyanın döyüşdüyü inkaredilməzdir. Bütün hallarda Rusiya da bəhs etdiyimiz problemləri təkbaşına həll edə bilməyib. Münaqişələrin həllində beynəlxalq vasitəçilərin fəaliyyətisizliyi ilə Rusiyanın fəaliyyəti nəticəsizdir. Münaqişələrin həllində vasitəçilik edən, sülhməramlılar yeridən Rusiya isə sadaladığımız problemləri həll etmək gücündə deyil. Moskvanın sülhməramlıları isə vəziyyətin qeyri-müəyyən müddətə dondurulmasına xidmət edir. Vladimir Putinin müsahibəsində də yeni təklif olmadı. Vəziyyət isə dəyişib. Qarabağda artıq işğalçı Ermənistan hərbçiləri yoxdur. Rusiya sülhməramlılarının isə onları əvəz edəcəyi ağlabatan görünmür. report


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam