Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Makron və Şampan erməniləri Paşinyandan çox istəyir?-ŞƏRH

 

 Yenixeber.org: Qarabağın işğaldan azad edilməsi uğrunda Azərbaycan ordusunun apardığı 44 günlük döyüşlər bir çoxlarını ifşa etdi, maskaları cırdı. Dünyanın sayılıb seçilən, “Böyük-7”liyin üzvü olan iki dövlət – Kanada və Fransa da Ermənistanı müdafiə etməklə ədalətli olmadıqlarını göstərdilər.

Bu həm də onların gələcəkdə münaqişəli məsələlərin həllində iştirakına problem yaradır, tərəfsizlik imicinə kölgə salır.

Kanadanın baş naziri Castin Tryudo və Fransa prezidenti Emmanuel Makron son telefon danışıqlarında Qarabağdakı hadisələri müzakirə ediblər.

Noyabrın 10-da əldə edilən məlum üçtərəfli bəyanata münasibət bildirən Fransa prezidenti Emmanuel Makron Türkiyəni “ittiham” edərək ermənilərin qayıtması üçün hər cür şəraitin yaradılmasını istəyib.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. İndiyədək Makron da daxil olmaqla bu dövlətin heç bir başçısı azərbaycanlı qaçqınların öz yurd-yuvalarına qayıtmasından bəhs etməyib. İndi erməni qaçqınlardan danışmaqla Fransa lideri ölkəsini “insansevər” kimi gözə soxmağa çalışır.

 

İndi ermənisevərliyin pikində olan Fransa və Kanadanın liderləri və rəsmiləri işğal altında olan zaman Qarabağın təbii yeraltı və yerüstü sərvətlərinin talan edilməsinə qarşı bir ifadə belə işlətməmişdilər. Halbuki bu ölkələrin vətəndaşları Azərbaycanın işğal altında olan torpaqlarının təbii sərvətlərinin talanması ilə illər uzunu məşğul olublar.

İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağının Kanada, Fransa və İsveçrə dövlətlərinn vətəndaşları tərəfindən talanması faktını göstərmək kifayətdir.

Ermənistanın genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilmişdi. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. O, keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunmuş və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilmişdi.

Kanada və Fransadan olan parlament üzvləri indi də olmayan bir bölgənin “tanınması” istiqamətində çıxışlar edirlər.

Bu, həmsədr ölkənin münaqişənin qızışdırmağa, etnik zəmində iğtişaş yaratmağa cəhdidir. Bu sayaq çıxışlar Fransada yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmaya zəmin hazırlayır.

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın tutduğu bu qanunazidd mövqeyinə belə münasibət bildirib: “Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.

Nikol Paşinyanın bəyanata imza atması Ermənistanın təslim olmasıdır. Belə çıxır Fransa Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından çıxmasına qarşıdır. Bu həm də başqa bir mətləbi də ifşa etdi. Belə ehtimal etmək olar ki, Fransa Qarabağda döyüşən ermənilər üçün göndərdiyi hərbi texnika və maşınların, onların yardımı ilə tikilən istehkamların, sığınaq yerlərinin Azərbaycan ordusu tərəfindən dağılmasını həzm edə bilmir. Rəsmi Parisin davranışı və çıxışlarından belə çıxır ki, bu təkcə Ermənstan hakimiyyətinin deyil, həm də Fransa liderlərinin məğlubiyyətidir. Onların fiziki, mənəvi və siyasi cəhətdən işğal altında saxladıqları Azərbaycan torpaqlarından qovulmasıdır.

 

Kanada da döyüşlər zamanı və ondan sonra Ermənistanı və işğalı bütün vasitələrlə dəstəkləyib. Kanada xarici işlər naziri Frans Filip Şampan Qarabağda davam edən döyüşlərdə istifadə edilən bəzi texnologiya məhsullarının Türkiyəyə ixracının müvəqqəti olaraq dayandırdıqlarını açıqlamışdı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Frans Filip Şampanın son bəyanatına dair açıqlamasında bildirib ki, nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.

Kanada və Fransa Cənub Qafqazdan xeyli uzaqda yerləşir. Bölgədə ədalətli vasitəçilik kimi missiyanı onların daşıması da mümkünsüzdür. Onlar bu kimi məsələlərə erməni diasporu və lobbsinin təsir ilə münasibət bildirirlər. Bu təsir nəticəsində isə Kanada və Fransa rəsmiləri ermənilərdən də çox ermənilik edirlər. Belə çıxır Şampan və Makron erməniləri Paşinyandan çox istəyir. Nikol kapituliyasiyaya imza atır, Fransa prezdenti və Kanada naziri qeyzlənir...(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam