Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Makron İsrailə çağırış etdi

 

Fransa Prezidenti Emmanuel Makron İsraili Fələstin torpaqlarının ilhaqı üzrə planlarından imtina etməyə çağırıb.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bu barədə Emmanuel Makronla İsrailin Baş Naziri Binyamin Netanyahu arasında baş tutan telefon danışığından sonra Yelisey sarayı məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunur ki, telefon danışığı zamanı Fransa lideri ölkəsinin Yaxın Şərqdə sülh tərəfdarı olduğunu xatırladıb və İsraili Fələstin ərazisinin ilhaqına yönəlmiş hər hansı addımdan çəkinməyə çağırıb. İlhaq tədbirlərinin beynəlxalq hüquqa zidd olduğu və Yaxın Şərq böhranının iki dövlət yaradılması əsasında həllini təhlükə altında qoya biləcəyi vurğulanıb.

Prezident bir daha bəyan edib ki, Fransa İsrailin təhlükəsizliyini dəstəkləyir və onun Yaxın Şərqdə gərginliyin azaldılması üzrə cəhdlərini alqışlayır. Emmanuel Makron, həmçinin Fransa və İsrail arasında dostluğa və etimada sadiq qaldığını da bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam