Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Özünü fürer adlandıran və psixoloji durumu ilə şübhələr yaradan Hitler...” -Bu sözü Stalin deyib

 


Müharibə aparan tərəflərin liderləri bir-biri haqqında məlumat toplamaq üçün bütün mümkün olan məxfi və açıq mənbələrdən istifadə ediblər. Əldə olunan məlumatlara əsasən liderlər zaman-zaman qarşı tərəf haqqında açıqlamalar verərək, ictimaiyyətdə rəy fomalaşdırmağa cəhd ediblər.

Yenixeber.org: II dünya müharibəsində də tərəflərin və müttəfiqlərin başçıları bir-biri haqqında maraqlı açıqlamalarla çıxış ediblər.
İosif Stalini özünə bir nömrəli düşmən sayan Adolf Hitlerin rəqibi haqqında açıqlamaları da maraqlı və fərqli olub. 1944-cü ildə Vermaxt generalları fürerə sui-qəsd cəhdi edəndə Hitler Stalini “dahi” adlandırıb:

“Bütün bu hadisələrdən sonra mən Stalini dahi adlandırmağa məcburam. O, öz generallarının yarıdan çoxunu özü məhv edib. Mən bunu mənə sui-qəsd cəhdi hazılanandan sonra başa düşmüşəm və mən öz generallarıma yeni vəzifələr və səlahiyyətlər verməkdə böyük yanlışlığa yol vermişəm. Mərhəmətli olmaqdansa, Stalin kimi amansız olmaq lazımdır...”

pic_b89a30c990e7358823020ac78633c7ee.jpg (95 KB)

Hitlerin Stalin haqqında digər bir açıqlaması da maraqla qarşılanıb:
“Stalin, çoxlarının düşündüyü kimi, heç də ucqar bir əyalətdən çıxmış sadəlövh şəxs deyil. O, yoxsul və heç bir iqtisadi inkişafı olmayan SSRİ-nin rəhbərliyinə gələndə ölkəsi iflic vəziyyətdə idi. Stalin Amerika Birləşmiş Ştatlarından, İngiltərədən, o cümlədən Almaniyadan dəzgahlar, texniki qurğular almağa başladı. Sonra onlarda kiçik bir dəyişiklik etməklə özününküləşdirdi, istehsalı genişləndirdi və sənayeyə, kənd təsərrüfatına tətbiq etməyə başladı. Məhz bu hiyləgərliyinin sayəsində o, ölkədə dinamik iqtisadi inkişafa nail oldu...”

Hitler 1933-cü ildə hakimiyyətə gələndə 44, həmin dövrdə isə Stalinin 55 yaşı olub. Onlar 12 il ərzində eyni vaxtda öz ölkələrinə rəhbərlik ediblər. Bu dövrdə tərəflər açıq və qapalı müstəvidə bir-birlərinə rəqib mövqedə dayanıblar.
Sovet-alman müharibəsinin ilk illərində Stalin heç vaxt Hitler haqqında geniş açıqlamalar verməyib. İlk dəfə 1943-cü ildə Stalin xalqa müraciətində Hitler haqqında bu ifadələri işlədib:
“Özünü fürer adlandıran və psixoloji durumu ilə şübhələr yaradan Hitlerə sübut edəcəyik ki, faşizm prinsipləri ilə təcavüzkar siyasət yürüdən Almaniya məhvə məhkumdur. Bununla biz dünyada faşizm cərəyanının kökünü kəsəcəyik. Almaniya ilə müttəfiq olanlar da bunu dərk etməlidirlər və dünya bizim apardığımız haqq müharibəsindən böyük nəticələr çıxaracaq...”
Stalin alman faşizminin və şəxsən Hitlerin xislətini dünyaya tanıtmaq üçün qələbədən sonra daha çox işlər görüb. Nürnberq məhkəməsi, beynəlxalq konfranslar, xarici dövlətlərlə qarşılıqlı siyasi əlaqələr zamanı Kremlin diplomatiyasında alman faşizminin ən kiçik detalları belə açıqlanıb.

bd6dd8fd.jpg (101 KB)

 II dünya müharibəsində SSRİ-nin müttəfiqləri əks qütbdən olsa da, həm Britaniyanın baş naziri Çörçill, həm də ABŞ prezidenti Ruzvelt Stalin haqqında yüksək fikirlər söyləyiblər.

Ruzveltin Stalinə münasibəti əvvəllər birmənalı olmasa da, sonralar SSRİ rəhbəri haqqında fikirlərini dəyişib. Ağ Evdə əyləşən və Stalinin kriminal keçmişi haqqında məlumatı olan məmurlar sovet liderini öz aristokrat səviyyələrinə uyğunlaşdıra bilməyiblər. Hətta bir dəfə Ruzveltin müşaviri öz fikrini prezidentə açıq şəkildə bildirib:

- Stalinin keçmişi bizi o qənaətə gətirir ki, o banditdir. Banditlə centlmen kimi danışmaq mümkün deyil.

Amerika prezitenti müşvirinə təmkinlə cavab verib:

- O banditdirsə, biz onunla centlmen kimi danışacağıq və o banditliyini tərgidəcək. Stalinlə centlmen kimi danışmaq lazımdır.
1943-cü ildə Stalinlə Tehran konfransında görüşdükdən sonra isə Ruzvelt onun haqqında öz fikirlərini belə bölüşüb:

“Stalin fəaliyyət göstərməyi, təsir etməyi bacaran insandır. Onunla danışmaqdan, iş görməkdən yalnız və yalnız zövq almaq olar. O, alçaq tonla və çox sakit danışır. Bununla da özünə inandığını göstərir. Bir sözlə, insanda cox gözəl təəssürat yaradır...”

130523070031_stalinchurchill_464x261_getty.jpg (65 KB)

Çörcill isə Stalinə olan heyranlığını gizlədə bilməyib:

“Mən bu şəxs haqqında heyranlıqla deyə bilərəm ki, Stalin sülh şəraitində öz ölkəsini bütün gücü ilə idarə etməyi bacaran, müharibə şəraitində isə qalib müdafiəçi kimi fərqlənən böyük şəxsiyyətdir və o, sözün əsl mənasında xalqın atası adına layiq dövlət başçısıdır...”

Təbii ki, siyasi liderlərin bir-birləri haqqında söylədiyi fikirlər düşünlmüş ifadələr olub. Bu ifadələr dünya ictimaiyyətində kifayət qədər ciddi rəy də formalaşdırıb.

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin dünyanın tanınmış kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdəki açıqlamalarda dünya ictimaiyyətində Ermənistan haqqında yeni rəy formalaşmaqdadır. Artıq bu müsahibələrin sayəsində dünyanın tanınmış siyasətçiləri, media nümayəndələri Ermənistan, onun baş naziri Nikol Paşinyan haqqında bir-birinin ardınca sərt mövqe sərgiləyirlər. Bəli, haqq gec-tez öz yerini tutur...

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam