Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan beynəlxalq dəstəyi itirib-ANALİZ

 

                    Ölkədə siyasi böhran və hakimiyyət dəyişikliyi qaçılmaz görünür

Yenixeber.org: Ermənistan rəhbərliyi çıxış yolu tapmaq üçün vurnuxur. Prezident Armen Sarkisyanın Avropa turnesi uğursuzluqla başa çatdı. Fransa rəhbərliyi ilə keçirilən görüşdən də məyus ayrılan prezidentə ancaq yaralılar üçün dava-dərman söz veriblər.

Bundan əvvəl NATO-un Baş katibi Yens Stoltenberq Ermənistan liderini əliboş yola salmışdı. Sarkisyanın məqsədi ən azı hərbi ittifaqın Türkiyəyə müəyyən təzyiqlər göstərməsinə nail olmaq idi. Çünki İrəvanda hesab edirlər ki, Azərbaycan Ordusunun ciddi hərbi uğurları Ankaranın verdiyi müasir silahlar sayəsində mümkün olur. Amma Stoltenberq Sarkisyana bildirib ki, NATO münaqişədən kənarda dayanır və Türkiyə də bu təşkilatın mühüm üzvüdür. Yəni, biz sizə görə Türkiyəyə hansısa irad tutmaq niyyətində deyilik.

Bundan bir gün əvvəl ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisonun Qarabağ müharibəsi ilə bağlı verdiyi bəyanat Ermənistanda xəyal qırıqlığı yaratmışdı. Səfir Ermənistana tövsiyə edib ki, əgər münaqişənin dayanmasını istəyirlərsə, Azərbaycanın suveren əraziləri daxilində yaşamağa razı olmalıdırlar. Bu zaman hərbi əməliyyatlar başa çatacaq.

Bu gün – 23 oktyabrda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşürlər. Bu görüşdən də ciddi nəticələr gözləməyə dəyməz. Çünki iki gün əvvəl dövlət katibi nazirlərə nə deyəcəyini açıqlayıb:

“Bölgədə vəziyyət mürəkkəbdir. Bu, mürəkkəb bir diplomatik vəziyyətdir. Və biz Avropanın əksər ölkələri kimi, irəliyə doğru yolun münaqişəyə son qoymaqdan ibarət olduğuna inanırıq. Onlara gərginliyin azaldılmasının vacib olduğu, heç bir ölkənin müdaxilə etməməli, bu münaqişəni alovlandırmamalı olduğu, heç bir silah sistemi və dəstəyin verilməməli olduğu deyiləcək. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan diplomatik bir həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım bunlardır. Mən səbirsizliklə onların bölgədə gördüklərini bölüşəcəyini və təkcə ABŞ-ın deyil, ölkələrin hər birinin maraqlarına uyğun olduğuna inandığımız məqama necə yaxınlaşa biləcəyimizi eşidəcəyimi gözləyirəm”.

Konkret desək, Pompeo əvvəlcə Ceyhin Bayramovu və Zöhrab Mnatsakanyanı dinləyəcək və onlara müharibəni dayandırıb, diplomatik yolla həll variantı axtarmağı tövsiyə edəcək. ABŞ rəsmilərinin ritorikasında təzyiq elementləri yoxdur. “Karnegi” Fondunun təhlilçisi Tomas de Vaal Vaşinqonun münaqişə ilə bağlı hazırki mövqeyini belə ifadə etmişdi: “ABŞ münaqişədən o qədər uzaqlaşıb ki, onun prosesə müdaxiləsi faktiki, qeyri-mümkün görünür…”

Əlbəttə, bunlar Ermənistan rəhbərliyi üçün hədsiz məyusedici mövqelərdir. Amma Rusiya prezidenti Vladimir Putinin Valday konfransında səsləndirdiyi fikirlər birbaşqa təsir – evin üstünə top mərmisi düşməsi effektini yaradıb. Putin Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyub, Türkiyəni etibarlı tərəfdaş adlandırıb, onun Cənubi Qafqazdakı maraqlarına hörmət ifadə edib. Ən əsası, Azərbaycan ərazilərinin uzun müddət işğalda qalmasının mümkün olmadığını söyləyib. Üstəlik, prezident Rusiyanın münaqişəyə müdaxiləsi ilə bağlı spekulyasiyaları inkar edərək Moskvanın belə bir niyyəti olmadığını ifadə edib. Bundan başqa, Moskva Ankaranın münaqişənin həllində vasitəçiliyinə qarşı olmadığını ifadə edib.

Doğrudur, Putin Ermənistanı qəzəbləndirən fikirlərini müəyyən qədər kompensasiya edəcək sözlər də deyib. Məsələn, ermənilərin Sumqayıtda və Dağlıq Qarabağda dəhşətli faciə ilə üzləşdiyini vurğulayıb. Amma hazırkı məqamda onların gözləntilərinə uyğun hər hansı praktik addımlar atılacağını deməyib.

Beləliklə, Ermənistanın uzun illər Minsk Qrupu həmsədrlərindən aldığı dəstək dayanıb. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində güc yolu ilə işğalda olan əraziləri azad etməsi tamamilə yeni situasiya yaradıb. Döyüşlərdə böyük uğursuzluqla üzləşən Paşinyan hakimiyyəti daxili siyasi böhranın kəskinləşdiyi bir vaxtda beynəlxalq dəstəkdən də məhrum olub ki, bu da onun iflasını sürətləndirir. Artıq müxalif siyasi qüvvələr, hərbi elita ciddi məsləhətləşmələr aparır. Ehtimal ki, yaxın günlərdə Paşinyan komandası devriləcək. Obrazlı desək, baş nazir top mərmisinin düşdüyü evin altında sağ çıxa bilməyəcək…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam