Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Yens Stoltenberq: Brexit Avropada Alyansın rolunu möhkəmlədəcək

 

Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi (Brexit) NATO-nun Avropadakı rolunu möhkəmlədəcək, çünki Brüsseldən ayrılan Birləşmiş Krallıq alyansın tərkibində qalacaq.

Yenixeber.org: NATO-nun mətbuat xidmətinin məlumatına görə, bu fikri Yeni Zelandiyada səfərdə olan təşkilatın baş katibi Yens Stoltenberq səsləndirib.

NATO-nun rəhbəri tələbələr qarşısında çıxışında deyib: “Brexit sayəsində NATO Avropa ölkələrinin və Şimali Amerikanın birliyini qoruyub saxlamaq üçün daha mühüm platformaya çevriləcək. Çünki Böyük Britaniya və digər Avropa ölkələri əvvəlki kimi Alyansın tərkibində olacaqlar”.

Baş katib xatırladıb ki, Brexit Londonun NATO-da üzvlüyünə əngəl olmayacaq. O əlavə edib: “Brexitin hansı tarixdə olacağından asılı olmayaraq, Avropada ən böyük hərbi büdcəsi olan Böyük Britaniya Alyansın əsas və mühüm müttəfiqi olaraq qalacaq”.

Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-da Aİ-ni tərk etməli idi. Lakin Britaniya parlamenti sabiq Baş Nazir Tereza Meyin bu proseslə bağlı irəli sürdüyü sazişin layihəsini iki dəfə rədd edib və bundan sonra Brexitin tarixi oktyabrın 31-nə təyin edilib. Hazırkı Baş Nazir Boris Conson isə həmin tarixdə Birləşmiş Krallığın Aİ-ni sazişsiz tərk edə biləcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam