Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Paşinyan danışıqlardan niyə imtina edir?-ŞƏRH

 

                            "Razılaşacağımız şərtləri Azərbaycan artıq qəbul etmir..."

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan bu gün özünün “Facebook” səhifəsində canlı yayımda bildirib ki, hazırki mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli mümkün deyil. “Qarabağ probleminin heç olmasa, bu mərhələdə, diplomatik yolla həll edilə bilməyəcəyini anlamalıyıq” – deyə o, vurğulayıb.

Paşinyan bu bəyanatı xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvada həmkarı Sergey Lavrovla görüşündən az sonra verib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bu gün Lavrovla ikitərəfli görüş keçirib. Görüş barədə Rusiya XİN-in yaydığı rəsmi məlumatda deyilir:

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”.

Mətndən göründüyü kimi, müzakirələrin yekununda hər hansı məsələnin razılaşdırılması ifadə olunmayıb.

Oktyabrın 23-də isə nazirlərin Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə ikitərəfli görüşləri gözlənilir. Müşahidəçilərin qənaətinə görə, ABŞ münaqişə tərəflərini davamlı atəşkəs razılaşmasının vacibliyinə və substantiv danışıqların başlamasına inandırmağa çalışacaq. Amma görünür, Ermənistan rəhbərliyinin nə Moskva, nə də Vaşinqton təmaslarına ümidi yoxdur.

Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti dəfələrlə məsələni qarşılıqlı kompromislər əsasında həll etməyə hazır olduğunu bildirib: “Ancaq təcrübə göstərdi ki, bu məntiq erməni tərəfi üçün məqbul, Azərbaycan tərəfi üçün qəbuledilməzdir. Bakının bütün diplomatik taktikaları və strategiyası dəyişməz olaraq qalır. Bizim razı olduğumuz və ya razılaşacağımız şərtləri Azərbaycan artıq qəbul etmir”. Onun fikrincə, bu mərhələdə hər hansı bir diplomatik həll barədə danışmaq mənasızdır.

Bu arada, Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə səfər edib. Onun NATO və Avropa İttifaqının rəhbərləri ilə görüşlər keçirərək Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti müzakirə edəcəyi xəbər verilir.

Proseslərin gedişi göstərir ki, Ermənistan Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməyə hazır deyil. Daxildən Paşinyana çox ciddi təzyiq var, müxalifət və ölkənin keçmiş liderləri hakimiyyətin atacağı addımların məsuliyyətini bölüşmək istəmirlər. Qəti mövqe bundan ibarətdir ki, böyük itkilərə rəğmən, iqtidar hərbi əməliyyatları axıra qədər davam etdirməlidir. Paşinyan bu yolun kifayət qədər məhrumiyyətli olduğunu bilir, çünki hər gün artan hərbi itkilər cəmiyyətdə narazılığı yüksəldir. Geri çəkilmək siyasi müxalifətin və hərbi elitanın bu narazılığı dərhal təşkilatlandıraraq onun üzərinə yönəldəcəyi deməkdir. Ona görə də Paşinyan barışmaz ritorikanı saxlamaqla bərabər, Azərbaycana maksimum beynəlxalq təzyiqlər yaratmaqla, müharibəni dayandırmağa nail olmaq istəyir. Hazırda Azərbaycan əsas diqqəti hərbi əməliyyatlarda qırılmaz uğur seriyasını davam etdirməyə cəmləyib, eyni zamanda, danışıqlar üçün qapıları açıq qoyub: əgər Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razı olarsa, substantiv danışıqlar başlayacaq.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam