Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müharibə regionu necə dəyişir?-ŞƏRH

 

            Azərbaycan və Türkiyə yüksəlişə, Ermənistan-Rusiya ittifaqı tənəzzülə doğru irəliləyir

Yenixeber.org: Azərbaycan və Ermənistan arasında müharibə cəmi üç həftədir davam etsə də, artıq mühüm hərbi və siyasi nəticələri var. İki ölkədə daxili situasiya 27 sentyabrdan əvvəlki dövrlə müqayisədə kəskin fərqlənir, habelə regionda marağı olan xarici güclərin siyasətində xeyli ziddiyyətlər ortaya çıxıb. Qərb və Avropa üçün gözlənilməz olan hərbi əməliyyatlar onların da Cənubi Qafqaza təsri imkanları barədə spekulyasiyalarla reallıqlar arasında aydınlıq yaradıb. Əminliklə demək olar ki, müharibə bölgənin hərbi-siyasi mənzərəsini kökündən dəyişəcək, yeni qüvvələr balansı, onların müəyyən etdikləri siyasi atmosfer formalaşacaq. 

İlk növbədə hərbi əməliyyatların Azərbaycanda və Ermənistanda daxili situasiyaya necə təsir etdiyini aydınlaşdırmağa çalışaq. 

Son 30 ildə Azərbaycanda müşahidə olunmamış milli birlik, həmrəylik yaranıb. Əhalinin mütləq əksəriyyəti müharibənin davam etdirilməsini, işğalda olan ərazilərin güc yolu ilə geri qaytarılmasını dəstəkləyir. Bütün siyasi qüvvələr bu məsələdə hakimiyyətlə həmrəydir, ənənəvi ziddiyyətlər, fikir ayrılıqları tamamilə arxa plana keçib. Döyüşən orduya cəmiyyətdən böyük dəstək var, ictimai fəallar, sadə vətəndaşlar hərbçilərin ehtiyaclarını qarşılamaq üçün səfərbər olublar. Əksəriyyət belə fikirdədir ki, hər kəs əlindən gələn nə isə edib, orduya dəstək olmalıdır. Şəhidlərin dəfn mərasimi izdihamlı yürüşlərlə müşayiət olunur, onların valideynləri, ailə üzvləri ictimai qayğı, sevgi ilə əhatə edilib. Cəmiyyətdə əminlik var ki, Azərbaycan müharibəni qəlbə ilə başa vuracaq. Türkiyənin birmənalı dəstək verməsi bu əminliyi möhkəmləndirən əsas faktordur.

30 ilə yaxın davam etmiş məğlubiyyət sindromunun ölkəyə ağır zərbələr vurduğu, toplumda psixoloji sarsıntılara səbəb olduğu məlumdur. Milyardlarla ölçülən itkilərin miqyası təxminən bəlli olsa da, siyasi inkişafın dayanmasından, natamamlıq kompleksindən ölkənin, xalqın nələr itirdiyini hesablamaq mümkün deyil. İşğala son qoyulması, məğlubiyyətin qələbə ilə əvəzlənməsi cəmiyyətin dirçəlməsinə və yeni inkişaf mərhələsinə qədər qoymasına böyük töhfə verə bilər. Ölkənin bir nömrəli probleminin həlli üçün ortaya qoyulan milli iradə digər çətinliklərin öhdəsindən asanlıqla gəlməyə də stimul verəcək.      

Ermənistanda isə tamamilə əks mənzərə hakimdir. Ordunun döyüşlərdə böyük itkilər verərək məğlub olması, əlindəki mühüm strateji mövqeləri itirməsi erməni toplumunda dərin məyusluq yaradıb. Əhalidən böyük dəstəyi olan Paşinyan iqtidarı bütün gücünü səbərbər edib, status-kvonu saxlamağa çalışsa da, Azərbaycanın cəbhədə yaratdığı böyük təzyiqin qarşısında duruş gətirə bilmir. Çünki resurslar qeyri-bərabərdir, ordunun döyüş əhval-ruhiyyəsi də paralel olaraq Azərbaycan Silahlı Qüvvələrindəki mənəvi-psixoloji durumla müqayisə olunmayacaq dərəcədədir. Erməni sosial şəbəkələrində cəmiyyətdəki ruh düşkünlüyü aşkar sezilir. Siyasətçilərin, ekspertlərin ritorikası da bədbin notlarla zəngindir. Şübhəsiz ki, cəbhədə məğlubiyyət davam etdikcə bu tendensiya hakimiyyətə qarşı inamsızlığı dərinləşdirəcək. 

Ermənistanda təsvir olunan durumun səbəbi həm də illər uzunu bəslənən ümidlərin puça çıxmasıdır. İlk növbədə 90-cı illərdə məğlub olmuş Azərbaycanın belə böyük qüvvə və əzmlə onların üzərinə gələcəyini proqnozlaşdıra bilməmişdilər. Türkiyənin birmənalı dəstəyi isə bu ölkədə “hər şeyin sonu” kimi qiymətləndirilir. Ankara Cənubi Qafqazda Azərbaycanı həmişə dəstəkləyib, amma işğalda olan torpaqların geri alınması üçün hərbi yolu indiki səviyyədə təbliğ etməyib. Erməni cəmiyyətini xəyal qırıqlığına uğradan başqa səbəblər Rusiyanın passiv qalması, erməni lobbisinin bir şey edə bilməməsi və ermənipərəst kimi tanınan ölkələrin neytral mövqeyə keçməsidir. Bir sözlə, böyük müharibə başlayıb, amma ermənilərin böyük gözləntilərinin heç biri özünü doğrultmayıb. Cəmiyyətdəki məğlubiyyət sindromu şübhəsiz ki, orduya da ciddi təsir göstərir. Bir-birinə ötürülən qarşılıqlı mənfi informasiyaların yaxın perspektivdə məntiqi nəticəsinə – kollapsa gətirib çıxaracağı şübhə doğurmur. 

Regionun hərbi-siyasi mənzərəsi də kəskin dəyişmək üzrədir. Türkiyə Azərbaycana böyük dəstək verməklə regionun əsas oyunçularından birinə çevrilib. Rusiya artıq Ankaranın regionda mövcudluğunu qəbul edir. Növbəti mərhələdə – Qarabağın statusu ilə bağlı sülh danışıqlarında Türkiyənin əsas vasitəçilərdən biri olacağı gözlənilir. Çox güman ki, Moskva bu barədə inkarçı mövqeyini dəyişmək məcburiyyətində qalacaq, çünki bunun əksi perspektivdə cənub sərhədlərində destabilzasiyanı sürətləndirən proseslərin qabarması ola bilər. 

Türkiyənin Cənubi Qafqazda mövcudluğu bütövlükdə postsovet məkanı üçün yeni inkişaf perspektivi müəyyən edir. Gürcüstanın və Azərbaycanın mütəqilliyinin möhkəmlənməsi bu ölkələrə Rusiyanın təzyiqinin azalmasına gətirib çıxaracaq ki, bu da nəticə etibarilə onların Qərbə inteqrasiyasını sürətləndirəcək. Türkiyə Qafqazdan bilavasitə Orta Asiyaya çıxış əldə edir və bu regiondakı türkdilli ölkələr Ankaranın potensial müttəfiqləridir. Onlarla iqtisadi, siyasi əlaqələrin dərinləşdirilməsi Türkiyə ilə bərabər, postovet ölkləri üçün də yeni üfüqlər açır. 

Türkiyənin bölgədəki nüfuzundan Rusiya ilə bərabər, İranın ciddi narahat olması təsadüfi deyil. Ankaranın varlığı, bölgəyə, siyasi, mədəni, humanitar təsiri cənubda müstəqillik arzusunu və çağırışlarını gücləndirə bilər. Məlumdur ki, Türkiyənin bu ölkədəki çoxmilyonluq türklər arasında böyük nüfuzu var. Tehran bu nüfuzun gələcəkdə yeni siyasi reallıqlara çevriləcəyindən ehtiyatlanır. 

Rusiyaya gəldikdə, onun regiondan tezliklə çəkilib gedəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma Moskvanın təsir imkanları getikcə zəifləyəcək, Kreml öz maraqlarını ayaqda tutmaq üçün daim səy göstərəcək. Bu, region ölkələri və burada mövcud olan başqa xarici güclərlə normal əməkdaşlıq da ola bilər, indiki təzyiq siyasətinin bir qədər fərqli formada davam etdirilməsi də. Bütün hallarda Rusiya regiondakı yeni reallıqlarla barışmağa məcburdur. Sərhədləri yaxınlığında sonu görünməyən qarşıdurma, sabitsizlik bu ölkənin milli maraqları üçün başlıca təhdid mənbəyidir. 

Qarabağ münaqişəsinin güc yolu ilə həll olunması postsovet məkanında bu tipli münaqişələrin “don”unu aça bilər. Əlbəttə, Gürcüstanın, Ukraynanın, Moldovanın Rusiyaya qarşı savaş açacaqları inandırıcı deyil. Amma onların problemlərin həlli yönündə səyləri Türkiyədən, Qərbdən daha ciddi dəstək tapa bilər ki, nəticə etibarilə Rusiya münaqişləri çözmək üçün bu dəfə vasitəçi qismində çıxış etməyə məcbur ola bilər. Çünki etnik-ərazi münaqişələrindən əziyyət çəkən ölkələr bir-birləri ilə dərin inteqrasiyada maraqlıdırlar. Bu, həm Rusiyanın təzyiqlərinə duruş gətirmək, həm də ortaq iqtisadi, siyasi maraqları reallaşdırmaq üçün vacibdir. Regionda daha böyük imkanlara sahib olan Türkiyənin onlara hərtərəfli dəstəyi bölgəni tamamilə fərqli halda, yenidən şəkilləndirə bilər.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam