Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ASİYANIN PAYIZDA GƏLƏN “QAFQAZ BAHARI”: -Rusiya onun üçün qalanan odu söndürə biləcəkmi? - TƏHLİL

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 08 oktyabr 2020-ci il

 

Son dövrdə Suriyada başlayan gərginlik Aralıq, Egey və Qara dənizə, oradan da Azərbaycana sıçrayıb.

Yenixeber.org: Sadə insanlar baş verənlərin tamamilə təsadüf olduğunu düşünə bilərlər. Buna deyəcək elə bir sözümüz də ola bilməz. Ancaq hadisələri izləyənlər bilməlidir ki, dünya öz halına buraxılmaz. Yer üzündə çox ağıllı insanlar yaşamaqdadır. Daha önəmlisi də odur ki, onlar ağıllarını birləşdirməkdədir. Nəticədə ortaya qarşısıalınmaz bir güc çıxmaqdadır.

Gedən mübarizəyə heç vaxt şəxslər üzərindən baxmıram. Əlbəttə, şəxslər önəmlidir. Rolları da vardır. Bu da qüvvələr balansını anlamaq üçün dəyərlidir. Ancaq “Nə olacaq?” və ya “Haraya gedirik?” sualının cavabı 1-2 şəxs vasitəsilə açıqlana bilməyəcək qədər qarışıqdır.

Azərbaycan bir anda erməni hücumuna məruz qaldı. Cavab gecikmədi. Türkiyə köməyə tələsdi. Güc balansı dəyişdi. Beynəlxalq gücü arxasına alan Ermənistan öz məqsədinə çata bilmədən geri çəkildi. Yaxşı, bəs, Ermənistan Azərbaycan torpaqlarını işğal edə bilərdimi? Xeyr. Azərbaycan Ermənistanı xəritədən silə bilərmi? İzin verməzlər. Yəni, xeyr. Yaxşı, bəs, durum belədirsə, o zaman nə etmək istəməkdədirlər? Məncə, üzərində durmalı olduğumuz məsələ də budur.

Ermənilər Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəfə alacaqlardı. Yazdım. Dünən hədəfə aldılar. “İpək dəmir yolu” önəmli idi. Onu da hədəfə aldılar. Əsil hədəf nə idi?

Hələ Ermənistanın oyununu tam olaraq anlada bilmədən Qırğızıstan qarışdıAlmazbek Atambayev həbsdən çıxarıldı. Prezident Sooronbay Jeenbekova yaxın olan partiyaların səsləri satın alması səbəb göstərilərək, seçkinin nəticələrinə etiraz edildi. Xalq küçələrə çıxdı. Ortalıq qarışdı. Seçkinin nəticələri ləğv edildi. Qırğızıstan yeni bir marşuruta yelkən açdı.

Dünən də altını cızdığım kimi, baş verənlərin hamısı eyni ağıl tərəfindən, eyni ssenari əsasında səhnəyə qoyulmaqdadır. Lakin biz hadisələrə hissə-hissə, parça-parça baxırıq. Bu səbəblə, əsil ssenarini gözdən qaçırırıq.

Qırğızıstanın nə qədər önəmli bir ölkə olduğunu dünən detalları ilə çatdırdım. Gəlin, bu gün miqyası böyüdək. Hadisələrə başqa pəncərədən baxaq. Başqa bir tezliyə keçək… Nəticədə mütləq Türkiyəyə təsir edəcək bir təlatümdən bəhs edərək başlayaq.

Aralıq dənizində baş verənləri anladarkən, tez-tez “Ərəb baharı”na vurğu etdim. Yəqin xatırlayırsınız. Yaxın dövrün miladı odur. “Ərəb baharı” 2010-cu ildə başlayanda bəziləri atəşin həmən sönəcəyini düşünürdü. Elə olmadı. Tunis, Liviya, Yəmən, Bəhreyn, Misir, Suriya, Əlcəzair, İordaniya, Livan, Oman və Səudiyyə Ərəbistanına təsir etdi. Həm də dərinliklərdə böyük sarsıntı yaradaraq təsir etdi. Doğrudurmu? Doğrudur. O halda davam edək.

Hadisələrdən ayrı-ayrı olaraq bəhs edildiyi bir vaxtda, əslində, bölgə yenidən dizayn edilirdi. Liviya lideri Qəddafi, Misir lideri Mübarək, Yəmən lideri Salih və Tunis lideri Bin Əli öz vəzifəsindən istefa verməyə məcbur edilirdi.

Tunisin devrilmiş lideri Zeynal Abidin Bin Əli 83 yaşında sürgündə olduğu Səudiyyə Ərəbistanında həyatını itirdi. 23 il iqtidarda olan Bin Əlinin etirazlar nəticəsində öz postundan əl çəkməsi “Ərəb baharı” adlandırılan etiraz nümayişlərini başlatmışdı. Özünü yandıran universitet məzunu gənc Buazizi bölgənin taleyini dəyişdirirdi… Devrilən liderlərin bəziləri də ortadan qaldırılırdı. O gün hədəf “İpək yolu” idi. Bu gün də hədəf dəyişməyib. Nə üçünsə heç kim buna baxmırdı. Görünür, daha önəmli məsələlər var idi.

Hətta 2014-cü ildə Rokfeller Türkiyəyə gəlir və Aralıq dənizini istədiyini vurğulayırdı. Məncə, biz gözdən qaçırırdıq.

“Ərəb baharı”na baxdıqda, 4 liderin öldürüldüyünü görməkdəyik. Necə olmasından asılı olmayaraq, öldülər. Müsəlman torpaqları parçalanırdı, lakin bir səs belə çıxmırdı. Bəlkə də ən acı olanı bu idi.

“Ərəb baharı”nın ilk məqsədi İsrail idi. İsrailin bölgənin tamamında qəbul edilməsi istənilirdiTrampın son dövrdəki “Qüds açılımı”na da bu prizmadan baxmaqda fayda vardır. Səfirliklərini Qüdsə köçürməyi düşünənlər, o cümlədən Serbiya və Kosova da bu “səmt küləyi”nə qapıldı… ABŞ önlərini açır, arxasınca digər ölkələr sıraya düzülürdü.

Ancaq hekayə İsrailin qəbul edilməsilə bitməyəcək. Bu, başlanğıcdır“Ərəb baharı”nın yaşandığı ölkələrdə 143 siyasətçi siyasətdən əl çəkdi, əslində, əl çəkməyə məcbur edildi. Baş nazirlər, nazirlər, millət vəkilləri getdi. Yerlərinə gələnlər maraqlı bir formada yavaş-yavaş İsraillə yaxınlaşmağa başladı. Sizə görə bu, təsadüfdürsə, sözüm yoxdur.

Bu gün baxdıqda, görürük ki, əməliyyat davam edir. Elə ötən günlərdə sarsıdıcı hadisə olaraq təqdim edilən nə idi? Yada salın. BƏƏ, Misir, İordaniya, Oman, Sudan və Bəhreynin İsraillə anlaşması. Doğrudurmu? Bəli, doğrudur. Bəlkə, sabah olmayacaq, lakin qısa zaman sonra, böyük ehtimalla, Mərakeş, Qətər, Əlcəzayir və Liviya da İsraillə münasibətləri normallaşdıracaq.

Yaxşı, bəs, “Ərəb baharı” ilə Azərbaycan-Ermənistan müharibəsinin və ya Qırğızıstandakı qarışıqlığın nə əlaqəsi vardır? Çox əlaqəsi vardır. Gəlin, məsələni bir az açaq.

“Ərəb baharı”, “İpək yolu” üçün həyata keçirilən ilk əməliyyat idi. İndi növbədə “Asiya baharı” var. Ona “Qafqaz baharı” da deyilə bilər.

Azərbaycanla Ermənistan arasında gərginliyin artırılması fitilin yandırılması idi. Ardınca bir sınaq da Qırğızıstanda keçirildi. Ancaq proses “Ərəb baharı”nda olduğu kimi, sürətlə yayılmayacaq. İndi “Qafqaz baharı”nı Gürcüstan, Şimali Osetiya və Dağıstanda gərginlik kimi görəcəyik. Ardınca Özbəkistan, Türkmənistan və Tacikistanda gərginlik artacaq. “Asiya baharı”nda hədəf Çinin “İpək yolu” olacaq.

Bu bölgədə Rusiyanın təsirini tamamilə ortadan qaldıracaq bir od yandırılacaq. Burada Moskvanın atacağı addımlar önəmlidir. Rus agentlərinin Asiyada öz fəaliyyətlərini artırmasının səbəbi “Asiya baharı”nı görmələridir. Burada Putinin əli güclü deyildir. Yeni illə birlikdə “Asiya baharı” ilə tanış olmağımız sürpriz olmayacaq. Qırğızıstanda baş verənləri düzgün oxuyan Kreml artıq “Hərbi seçim yoldadır” dedi. Lakin deyəsən, gücləri yetməyəcək.

“Kanal İstanbul”dan Qəddafiyə, Mübarəkdən Azərbaycana, Makrondan Ermənistana, Paşinyandan Çinədək uzanan hər bir hadisənin altında “İpək yolu” vardır. Mübarizənin əsas səbəbi budur. Daxilində pulu və enerjini də ehtiva etdiyi üçün gedən böyük savaş “İpək yolu” uğrundadır.

Somalidən olan dəniz quldurlarının Çin gəmilərinə əl qoyduğu gün başlayan savaş hazırda pik həddinə çatıbdır. Yaxşı izləyin, bu savaşın şiddəti daha da artacaq.

Türkiyə də ən önəmli, ən həyati, ən kritik bölgəni tutduğuna görə hədəfdir. Üstümüzə iqtisadi əməliyyatlarla gələrək nəticə almaq istəyəcəklər. Hal-hazırda olan da budur. Hadisələrə bunu nəzərə alaraq baxarsaq, Türkiyənin apardığı mübarizənin nə qədər böyük olduğu anlaşılar.

Bir də Çinin nə edəcəyi önəmlidir. İzləyək, görək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam