Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

YENİ DÜNYA NİZAMININ TALEYİNİ MÜƏYYƏNLƏŞDİRƏN 5 MƏSƏLƏ: hesablamalarında yanılan hansı güc olacaq? -ARAŞDIRMA

 

YENİ DÜNYA NİZAMININ TALEYİNİ MÜƏYYƏNLƏŞDİRƏN 5 MƏSƏLƏ: hesablamalarında yanılan hansı güc olacaq? - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 14 sentyabr 2019-cu il

 

Yenixeber.org: ABŞ Prezidenti Tramp Con Boltonu vəzifədən azad etdi. Ardınca “Çox da ağıllı biri deyildi” dedi. Biriləri də vaxt itirmədən, “vəzifədən sui-istifadə etmə” ittihamıyla Tramp üçün bir dalğa başlatmaq niyyətilə hərəkətə keçdi. Ötən gün Boltonu vəzifədən uzaqlaşdıran gücü və adını açıqladım. Ağ Evdə heç tanınmayan bir şəxsin və arxasındakı nəhəng gücün nə olduğunu çatdırdım. Avi Berkovitsi anlatdım. Bu gün də məsələni davam etdirərək, bir neçə cümlə əlavə edək.

Bolton gedərkən boş durmadı. Tramp üçün çətin bir prosesin fitilini yandırdı. O, gedərkən əlindəki sənədləri bir jurnalistə verdi. “Dərin İsrail”in, yəni Rotşild ailəsinin mobil telefonlara qulaq asmaq üçün Ağ Evin yaxınlıqlarına casusluq cihazları yerləşdirdiyini və hər yerə qulaq asdığını çatdırdı. Getməkdə olan burulğanlı prosesdən xəbərdar olanlar “Bolton Rotşildlərdən intiqam alır” şərhini verdilər. Yəni, mübarizə bütün gücü ilə davam edir. İzləyənlər bilir.

Çox uzun zamandır ki, 5 əsas məsələni bu köşəyə daşımışam. Yeni dünya nizamının bərqərar olması üçün bu 5 məsələ qəti olaraq nəticələnməlidir. Bu məsələlər – “Brexit” və Avropa Biliyinin (AB) dağılması, Aralıq dənizinin patronunun kim olacağı, “İpək yolu”nun şəkillənməsində Vaşinqtonun, yoxsa Pekinin planının həyata keçəcəyi, Afrikada yenə də Fransanınmı hakim olacağı və dolların ehtiyat pul vahidi kimi qalıb-qalmayacağı məsələləridir.

Dünyadakı hər bir gərginliyin arxa planında bu 5 məsələnin tamamı, ya da, ən azı, biri yatmaqdadır. Bu 5 məsələ nəticələnmədən yeni dünya nizamı qurulmayacaq. Qurulacaq nizam, əlbəttə, çox ağıllı olacaq. Ancaq bu məsələlər mübarizə aparmaqda olan hər iki güc üçün də fərqli nəticələrə hamilədir. Məsələn, Vaşinqtonun hesablarına görə, “Brexit”dən sonra AB dağılacaq. Yaxşı, bəs dağılmazsa nə olacaq? AB dağılmazsa, üstəlik, Avropa Ordusunu qurarsa, İngiltərə yeni dünya nizamında orta miqyaslı bir yer tutar.

Aralıq dənizində ABŞ, AB, Türkiyə, Rusiya və İsrail böyük güc olmaq üçün addımlar atır. Yeni dünya nizamında enerji mərkəzi olacaq Aralıq dənizi “İpək yolu”nu da şəkilləndirəcəkƏgər Türkiyə və Rusiya Aralıq dənizində təsirli olarlarsa, “İpək yolu” layihəsi Çinin planlarına əsasən irəliləyəcək. Çünki Çin öz enerji ehtiyacını asanlıqla Rusiya, İran və Aralıq dənizindən təmin edə biləcək.

Bir önəmli məsələ də Afrikadır. 10-dan artıq mədənə ev sahibliyi edən Afrika da hədəfdədir. İllərdir Afrikanı əlində saxlayan Fransa ABŞ-la qarşı-qarşıya gəlib. Regionda ciddi savaş gedir. Bu savaşın nəticələri yeni dünya nizamında rolların paylaşdırılması üçün önəmlidir.

Önəmli bir məsələ də, əlbəttə, dolların ehtiyat pul vahidi olaraq qalıb-qalmaması məsələsidir. Vaşinqton rəqəmsal dollar vasitəsilə ehtiyat pul vahidini yenidən özünə bağlamaq istəyir. Daha doğrusu, dollar sisteminin rəqəmsal kodla eyni gücdə qalmaqda davam etməsi planlaşdırılır. Vaşinqton dolları rəqəmsal formaya salaraq dünyada nəğd pulun istifadə edilməyəcəyi şəraitin yaradılması məqsədilə bir plan üzərində işləyir. ABŞ-ın sabiq prezidenti Bill Klinton dövründə Maliyyə naziri olmuş Larri Sammer nəğd pulun dünya bazarından çəkilməsini təklif edibBu, milyardlarla şəxsin nəzarət altına alınmasını da təmin edəcək. Çünki nəğd pul bazarlardan çəkilərsə, hər kəs bir bank hesabı açmağa məcbur olacaq. Dünyada yeganə mərkəzi bank olacaq. Bütün ölkələrin mərkəzi bankları ona bağlanacaq. Sonra da hər bir vətəndaşın xərclədiyi hər bir dolların hesabı alqoritm sayəsində hesabat halına salınacaq. Fərdlər, ailələr, məhəllələr, qəsəbələr, şəhərlər, beləliklə, bütün ölkələr nəzarət altına alınacaq. Yaradılması nəzərdə tutulan bu gələcək sistemə “rəqəmsal köləlik” adı verənlər haqsız deyil.

Deutsche Bankın sabiq Baş icraçı direktoru Con Krian 5-10 il içində nəğd pulun tarix olacağını söyləyib. Özlərinin və dünyadakı bütün maliyyə sisteminin buna hazırlıq gördüyünü anladıb. Bu sistemin tarixin ən böyük dəyişikliyi olacağını bildirən Krian, ondan nə üçün bank sektorunda işləməyi buraxıb adi bir ingilis kibertəhlükəsizlik şirkətinə direktor olduğunu soruşduqda, “Gələcək çox dumanlıdır” cavabını verib.

Görəsən, hansı mərkəzi bankın nəğd pulsuz bir dünya hazırlığı vardır? Həqiqətənmi rəqəmsal dollar gələcək sistemin ən güclüsü olacaq? Yeni dünyada kriptopullar, bitkoin və digərlərimi təsirli olacaqlar?

Hazırda ABŞ-ın Vaşinqton vektorlu yeni dünya nizamı planı mövcuddur. İngiltərənin də ABŞ-la ortaq bir plan içində olduğunu anlaya bilirik. Ancaq İngiltərənin iki parça olduğunu da bilirik. Kraliça II Yelizaveta Vaşinqtonla birgə qərar verməyə başlayıb.

2016-cı ildə İngiltərə şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton ABŞ Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanı Kensinqton sarayında qəbul etdi. Sarayda 21 xüsusi otaq olduğu halda, qonaqlar üçün seçdikləri otaqdakı “Zənci xidmətçi” adlı tablo xüsusilə Obama üçün nəzərdə tutulmuşdu. “Zənci xidmətçi” yazısının üstü bir saxsı ilə örtülsə də, mesaj açıq idi. Kraliça II Yelizaveta o gün ABŞ-la birgə yürümək istəmirdi. Oğlu şahzadə Çarlz və nəvəsi şahzadə Uilyam da eyni fikirdə idilər. Tablo ortada idi. ABŞ Prezidenti Obama Kensinqton sarayında alçaldılırdı. Bu, böyük bir güc nümayişi idi.

Ancaq indi Kraliça II Yelizaveta Vaşinqtondan yanadır. Çünki hazırda güc balansı sürətlə dəyişməkdədir. Londondakı önəmli ailələr isə ABŞ-a qarşıdır. İngiltərə daxilindəki savaşda kim qalib gələcəksə, əlbəttə, yeni dünya nizamındakı təsiri də fərqli olacaq.

Son 100 il içində ABŞ-ın İngiltərə daxilində təsirli olmadığı dövrü ilk dəfədir yaşayırıq. Əvvəllər Vaşinqtonda bir qərar alınmadan Londonda təsdiq edilirdi. Ancaq hazırda bu, keçərli deyil. Düzdür, Vaşinqtonun London üzərindəki təsirini də görürük. Bir neçə il ərzində Londonda 3 baş nazir dəyişdi. Bu, Vaşinqtonun gücünü göstərir.

Əlbəttə, Londonda gücü təmsil edən ailələr də Vaşinqtonda – Ağ Evdə nəticələr verən hərəkətlər etməkdədirlər. Nəticələri də ortadadır. Ancaq Kraliça özünə yaxın olan ailələr kimi düşünməməyə başlayıb. Bunun işarətləri də yox deyil. Rus oliqarx Abramoviçin Londona girə bilməməsi ən güclü göstəricidir. Agent Skripal hadisəsilə başlayan proses də…

Həm Kraliça, həm ailələr, həm də Vaşinqton burada güclüdür. Bu güclərin hər biri burada önə keçmək istəyəcəkdir. Bu, təbiidir. Xüsusilə buradakı ittifaqlar yeni nizamın qurulmasını təmin edəcəkdir. Bu, aydındır. Kim burada Ankaranı razı salacaqsa, yanına alacaqsa, o da qazanacaqdır. Çəkilən sıxıntıların səbəbi budur. Müvəqqətidir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam