Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kommunist Çin:səfalətdən tərəqqiyə

 

 Qurucu lider Maonun uğursuz eksperimentlərindən sonra aclıqla üzləşən ölkə bu gün dünyanın ikinci böyük iqtisadi gücüdür

              “Bu gündən Çin dövləti Çin Kommunist Partiyası tərəfindən idarə olunacaq”.

Yenixeber.org: 21 sentyabr 1949-cu ildə Kommunist Partiyasının Pekində keçirilən toplasında Milli Çin Höküməti ilə uzun sürən vətəndaş müharibəsindən qalib çıxan kommunistlərin lideri Mao Tszedun belə demişdi.

Çində vətəndaş müharibəsi 1920-ci illərdən davam edirdi. ABŞ-ın milli rejimə verdiyi tam dəstəyə baxmayaraq, sovet kommunistlərinin dəstəklədiyi Mao Tszedun 1949-cu ildə qələbəyə nail oldu və Milli Çin Hökümətini Tayvan adasına sığınmağa məcbur etdi. Mao ölkə Konstitusiyasını və ideologiyasını yenidən yazdı, “xalq inqilabı”nı qoruyacağına and içdi. Yeni ideologiyada Mao “Xalqın demokratik diktatorluğu dövlət sistemi və xalq inqilabının meyvələrini qorumaq üçün güclü bir silahdır” şüarını səsləndirərək bu ideologiyaya qarşı çıxanları “imperialist və yerli irticaçılar” adlandırdı. Maonun rəhbərliyi altında 1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikasının əsası qoyuldu.

Hakimiyyətin ilk illərində Mao SSRİ mütəxəssislərinin köməyi ilə ölkədə kollektivləşmə siyasətinə başladı. Kəndlilərə məxsus torpaqlar, eləcə də bütün mülkiyyət milliləşdirildi, iri sənaye müəssisələri quruldu.

Mao Tszedun

                                        “Yüz çiçək açsın” kampaniyası

Ölkədə fərqli düşünənlərə qarşı amansız repressiyalar həyata keçirən Çin Kommunist Partiyası funksionerləri arasında Stalinin ölümündən sonra liberallaşma meylləri başlayır. Mao vəziyyətin ağırlaşdığını görüb, 1957-ci ildə gözlənilmədən Çin ziyalılarına müraciət edərək onları açıq şəkildə fikirlərini bildirməyə, tənqid etməyə və bunun da sayəsində ölkə idarəçiliyini daha da təkmilləşdirməyə öz töhfələrini verməyə, sənayedə və istehsalatda artıma nail olmağa səsləyir. Bu təşəbbüs “Yüz çiçək açsın” şüarı altında hərakata çevrilir.

Hərəkat qısa müddət içərisində ölkənin ziyalıları, tələbələri, məktəbliləri və digər qruplar arasında populyarlıq qazanır. Kommunist Partiyası qərargahına milyonlarla məktub daxil olur. Məktublarda Kommunist Partiyasının ideologiyası, söz azadlığının boğulması, hətta Mao Tszedun tənqid olunur. Hərəkat cəmi bir neçə ay sonra Mao tərəfindən qəflətən geri çevrilir və hakim ideologiyanı bəyənməyənlərə qarşı yeni təqiblər başlayır. Fərqli fikirlər bildirmiş hər kəs aşkara çıxarılır, repressiya maşını işə düşür. Minlərlə insan məhkəmə hökmü olmadan ölüm cəzasına məhkum edilir, tələbələr ali məktəblərdən xaric edilərək kəndlərə sürgün olunur.

Beləliklə, ikinci beşilliyin sonunda aparılmış “islahatlara” baxmayaraq, kənd təsərrüfatı sahəsində iqtisadi durğunluq yaranır. Bunu hiss edən rəhbər xalqın sosializmə olan inamını artırmaq və tezliklə dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərinə çatmaq üçün yeni plan hazırlayır, onu “Böyük Sıçrayış” adlandırır.

                                   “Böyük sıçrayış” siyasəti

Mao Tszedun 1958-ci ildə Kommunist Partiyasının qapalı toplantısında aqraq ölkə olan Çini sənaye ölkəsinə çevirmək üçün marksizmə əsaslanan sənayeləşmə və kollektivləşmə strategiyasını qarşıya məqsəd kimi qoyur. Proqramın icrası başa çatdıqdan sonra Çin Böyük Britaniya və digər inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinə çatmağı hədəfləyirdi. İstehsalat sahələri genişləndirilməli, kənd təsərrüfatı və sənaye sahələri yenidən təşkil edilməli idi. Proqrama əsasən növbəti 10-15 il ərzində qarşıya qoyulmuş iqtisadi hədəflərə çatmaq üçün bütün kənd və şəhər əhalisi əlahiddə “kommunalar”da birləşdirilir, əmək qabiliyyətli əhali kollektiv şəkildə əmək düşürgələrinə səfərbər edilirdi. Kommunalar bu şəkildə kollektiv şəkildə yaşayaraq həm özlərini, həm də kommunaya daxil olmayan digər iri şəhərləri ərzaq və digər sənaye məhsulları ilə təmin etməli idilər.

“Dörd ziyanvericinin məhv edilməsi”

“Böyük sıçrayış” planının həyata keçirilməsi dövründə Çində olduqca axmaq bir qərar da alınır ki, bu da dünya siyasi ədəbiyyatına “Dörd ziyanvericinin məhv edilməsi” kimi daxil olur. Belə ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin hesablamasına görə, bəzi zərərvericilərin il ərzində yediyi buğda, çəltik və digər dənli bitkilər 35 milyona qədər insanın qidalanmasına bəs edərdi. Ölkə boyunca siçovulların, ağcaqanadların, milçəklərin və sərçələrin öldürülməsi üçün kampaniya başlanır, təbliğat aparılır. Amma sərçələrin öldürülməsi xalq arasında məhz dənli bitkilərin qorunması üçün daha populyar olur. Bu məqsədlə ölkənin bütün məktəbliləri, fəhlələri, kəndliləri səfərbər olunur. Nə qədər çox sərçənin öldürülməsi üzrə kommunalar arasında rəqabət başlayır.  Hər kəs əlinə müxtəlif dəmir parçaları alaraq tarlalara, kəndlərə, evlərin damına yollanır. Səsdən qorxan və heç yerə qona bilməyən sərçələr yerə tökülür, oradaca kəndlilər tərəfindən öldürülür, şəkilləri çəkilərək yerli qəzetlərdə dərc edilir.

Növbəti ildə hökümətin Plan Komitəsi buğda artımında əhəmiyyətli dərəcədə artım qeydə alsa da, daha sonra təbiət qisasını amansızcasına alır. İki il dalbadal ölkədə əlverişsiz keçən hava şərtləri və 1960-cı ildə Yantszı çayında daşqınlar məhsuldarlığa ciddi ziyan vurur. Məhsuldarlığın azalmasına təkcə təbii fəlakətlər səbəb olmur, həm də sərçələrin kütləvi qırılmasından sonra tarlalarda çəyirtkələrin sayının kəskin artmasına heç bir təbii amil maneə törətmir. Bu dəfə çəyirtkələr çinlilərin başına bəla olur. Nəticədə Çində kütləvi aclıq başlayır. 1959-1962-ci illər arasında  baş vermiş dəhşətli aclıq zamanı rəsmi rəqəmlərə görə 15 milyon, qeyri-rəsmi məlumatlara görə isə 30-40 milyon insan acından ölür. Növbəti illərdə Çin höküməti SSRİ və Kanadadan kütləvi şəkildə sərçə idxalına başlayır.

Kəndlərin sürətlə sənayeləşməsi, eləcə də kənd təsərrüfatındakı tədbirlər “Böyük sıçrayış” zamanı iqtisadiyyatın böyüməsinə heç bir töhfə vermir. Yerli məmurlar daha öncələr baş vermiş “Yüz çiçək” kampaniyasındakı təcrübədən qorxaraq məhsuldarlığın az olması barədə yuxarı instansiyalara məlumat vermir, yoxlamalar zamanı digər kəndlərdən topladıqları buğdanı və çəltiyi müfəttişlərə təqdim edib, öyünürdülər. Çin höküməti hətta SSRİ-də kənd təsərrüfatı məhsuldarlığının artırılmasında istifadə edilmiş təcrübələrdən istifadə etsə də (SSRİ-də də alınmamışdı əslində), heç bir nəticəyə nail ola bilmir. Üç il ərzində kənd təsərrüfatı məhsuldarlığı artmaq əvəzinə, geriləyir. Bəzi tarixçilərin hesablamalarına görə, həmin dövrdə Çin iqtisadiyyatına 70 milyard dollar ziyan dəyir.

Sənayeləşmədə əsas problem isə polad istehsalı olaraq qalır. Sıçrayış kampaniyası dövründə ölkənin hər yerində filizdən polad almaq üçün istehsalat emalatxanaları tikilir. Üstəlik, heç bir təməl bilik, infrastruktur, ən əsası isə polad istehsal sobaları sayılan Martin sobaları olmadan. Ölkədə 100 milyona yaxın kəndli tamamilə kustar üsulla düzəldilmiş, odunla yandırılan sobalarda polad istehsalına səfərbər edilir. Nəticədə əldə edilmiş metal polad deyil, sadəcə, kənd təsərrüfatında istifadə edilə bilən kotan və ya balta çuqunu olur. Beləliklə, Kommunist Partiyasının “Böyük sıçrayış” kampaniyası sənayedə də özünü doğrultmur.

Ölkə iqtisadiyyatının kiçilməsi, müflisləşmə Çin Kommunist Partiyası elita arasında liberal meyllərin artmasına səbəb olur. Partiya rəhbərlərindən Den Syaopin və Lyu Şao Çi-nin regionlara səfərləri “Böyük sıçrayış” siyasətinin dəhşətli fəsadlarının açıqlanmasına səbəb olur. Nəticədə partiya məmurlarının əksəriyyəti “liberallar”ın tərəfinə keçir. Yerli kommuna başçıları açıq ya da gizli Mao Tszeduna dəstək verməməyə başlayır. Rəhbər günahlarını qismən etiraf edir, sonralar isə partiya iclaslarına qatılmayaraq iqtisadi müşavirələrə müdaxilə etməməyə başlayır.

                                                  Mədəni İnqilab  

“Böyük sıçrayış” hərəkatı iqtisadi baxımdan uğursuzluğa düçar olandan sonra Kommunist Partiyasının funksionerlərindən olan inqilabçı Lyu Şao Çi 1959-cu ildə Mao Tszedunu əvəzləyir. Lyu Şao Çi ictimaiyyət arasında “Böyük sıçrayış” hərəkatını dəstəkləsə də, bu çərçivədə qəbul olunmuş qərarları ləğv etməyə qismən nail olur. Lyu və ətrafındakılar Maonun siyasətinə şübhə etməyə başlayır, ölkənin iqtisadi və sosial siyasətini kiçik sahibkarlığın inkişafı üzərində qururlar. Digər tərəfdən isə hələ də hökümətdəki yüksək vəzifəsini saxlayan, de-fakto ölkənin sükanı arxasında olan Mao Tszedun alınmış iqtisadi qərarları kommunist ideyalarına xəyanət hesab edir.  Rəsm qəzetlər əvvəlcə üstüörtülü, sonra isə açıq şəkildə Lyu Şao Çini tənqid etməyə başlayır, liberal baxışlarına görə onu “Çinin Xruşşovu” adlandırırlar.

1965-ci ildə Mao bu dəfə də partiyadaxili “düşmən”lərini təmizləmək üçün yeni plan fikirləşir və “Çin Mədəni İnqilabı”nın başlandığını elan edir. Ölkədə yenə də partiya daxilində fərqli düşünənlərə, ziyalılara, tələbələrə, həmkarlar ittifaqlarına qarşı amansız repressiyalar başlayır. İri şəhərlərdə tələbələr və gənc fəhlələrin birləşdiyi xunbeyvinlər tərəfindən fərqli düşünənlərə qarşı “əcinnə ovu”na başlanılır. Rəsmi qəzetlər isə “Maoya qarşı olanlar siçovuldur, nə qədər çox öldürə bilirsinizsə, öldürün” yazırlar. İctimai təhlükəsizlik naziri Çin milisləri toplantısındakı çıxışında ümumiyyətlə, xunbeyvinlər tərəfindən törədilən qətllərə, cinayətlərə müdaxilə etməyin milisin işi olmadığını bildirir, faktiki olaraq, ölümlərə yaşıl işıq yandırır. Liberal dünyagörüşlü partiya funskionerləri, o cümlədən Lyu Şao Çi də “Mədəni inqilab”ın” qurbanı olur. Lyu Şao həbs edildikdən sonra tam izolyasiya edilir, sonrakı aqibəti haqqında heç bir məlumat verilmir. Yalnız 1974-cü ildə rəsmi qəzetlərdən birində onun həbsxanada ölməsi ilə bağlı xəbər dərc edilir.


“Mədəni İnqilab” zamanı ictimai edam

Böyük “Mədəni İnqilab” zamanı Çində öldürənlərin sayı bir milyonu keçir, ümumi repressiyaya məruz qalanların sayı 100 milyondan yuxarı olur. Ölkənin bir çox tarixi və mədəni irsi məhv edilir, ziyalıların əksəriyyəti repressiya qurbanı olur. İqtisadiyyatın, elm və mədəniyyətin inkişafına ağır zərbə vurulur.

“Mədəni İnqilab” 1976-cı ildə Mao Tszedunun ölümündən sonra sona yetir.

 

                                              Tərəqqiyə gedən yol

Ölkə rəhbərlərinin axmaq qərarlarından əziyyət çəkən Çin Xalq Respublikasında iqtisadi inkişaf 1978-ci ildə lider Den Syaopinin hakimiyyətə gəlməsindən başlayır.

“Böyük Mədəni İnqilab”dan sonra vətəndaş müharibəsi astanasında olan Çində ölkənin sükanı arxasına keçən Den Syaopin yeni ideologiya ilə “çinsayağı kommunizm”in əsaslarını qoyur, iqtisadi islahatlar həyata keçirilməsinə nail olur və xarici siyasət kursunda müəyyən yumşalmalara imza atmaqla ölkənin dünyaya açılmasında mühüm rol oynayır. Çin iqtisadiyyatı özünəməxsus inkişaf strategiyası əsasında sürətlə böyüməyə başlayır. Mao dövründə yaradılmış kommunalar ləğv edilir, kəndlilər ailə təsərrüfatına yönəldilir. Sonradan isə ümumiyyətlə, İqtisadi Plan Komitəsi ləğv edilir və ölkə yavaş-yavaş kapitalizmə doğru ilk addımlarını atmağa başlayır. Yaradılmış xüsusi iqtisadi zonalara Qərb investisiyası və texnologiyası cəlb edilir.

Çin iqtisadiyyatının modernləşməsi dövründə həyata keçirilən iqtisadi islahatlar ölkənin sosial-iqtisadi inkişafının müasir göstəricilərinin əldə olunmasında təməl rol oynayır. Den Syaopindən sonra ÇXR liderləri tarixi ənənələrə bağlı qalmaqla, ölkənin qapılarını xarici bazarlara açıq saxlamaq ənənəsini davam etdirirlər. Nəticədə 1990-cı illərin əvvəllərindən başlayaraq Çin höküməti transmilli şirkətlərin ölkənin daxili bazarlarına girməsinə icazə verir və “bazar əvəzinə texnolgiya” siyasətini həyata keçirir. Bu siyasət nəticəsində Qərb transmilli şirkətləri Çin bazarlarında ucuz işçi qüvvəsindən bəhrələnməklə kütləvi şəkildə öz istehsal müəssisələrini açır, sonra isə elmi-tədqiqat mərkəzlərini qururlar. 90-cı illərdə Honqkonqun ÇXR tərkibinə xüsusi statusla qatılması və 2001-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına üzv olmasıyla ölkədə əsl iqtisadiyyat bumu yaşanır. Çin idxal dövlətindən dünyanın ən böyük ixracatçı dövlətinə çevrilir. 1978-ci ildə Den Syaopinin ölkənin lideri olduğu zaman 10 milyard dollarlıq ixrac göstəricilərinə sahib olan ÇXR bu gün 4,3 trilyon dollarlıq göstərici ilə dünyanın ən böyük ixracatçı ölkəsinə çevrilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam