Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Banklar kredit şərtlərini dəyişdirir

 

Azərbaycanda manatın kəskin ucuzlaşması bankları kredit şərtlərinə 2-ci dəfə baxmağa vadar edib. 

"Xeberinfo.com":  Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bivalyutalı səbətə keçdikdən sonra, bankların bir qismi manatla kredit ayırmaqdan imtina etmişdi.
Bu həftənin əvvəlindən isə yalnız dollarla kredit ayıran bankların sayı bir qədər də artıb, bəzi banklar isə ümumiyyətlə kreditləşməni dayandırıb. Bu barədə fins.az-a banklardan bildirilib.
Ümumiyyətlə kredit vermirlər
Belə ki, yaxın günlərə qədər krediti ancaq manatla ayıran “AFB Bank”, “Azərbaycan Sənaye Bankı”, “Kapitalbank”, dollarla ayıran “Amrahbank”, “Bank Standard” hazırda kredit vermir.
“AFB Bank”dan bildirilib ki, kreditləşmənin dayandırılmasına səbəb son günlər Azərbaycan manatı ilə bağlı yaranmış vəziyyətdir: “Kursa görə hələ ki, kredit verilməsini saxlamışıq. Yalnız dollarla kredit xətti açmağa icazə var”.
“Azərbaycan Sənaye Bankın”dan isə bildirilib ki, manat-dollar münasibətlərindəki yeniliyə görə hələlik müştərilərdən yalnız müraciətlər qəbul olunur: “Müştərilərin sənədlərini götürürük, kreditləşmə bərpa olunan kimi baxıb qərar verəcəyik. Yəgin ki, gələn aydan o yana qalmaz”.
“Kapitalbank”ın da kreditləşməni dayandırması manatın ucuzlaşması ilə bağlıdır. Bankda kreditlərin verilməsinin nə vaxt bərpa olunacağını bilmirlər.
“Amrahbank”da isə kreditlərə fasilə verilməsini bankın problemlərlə üzləşməsi ilə izah edirlər: “Manatla verilmiş kreditlərə görə problemlər çıxdı, ona görə hələlik saxlanılır, dəqiq bilinmir nə vaxt bərpa olunacaq”.
“Bank Standard”da isə kreditləşmənin dayandırılmasının konkret səbəbi açıqlanmır. Bank işçiləri prosesin nə vaxt bərpa olunacağı barədə məlumatsız olduqlarını deyirlər.
Dollara üz tutan bankların sayı artıb
İndiyə qədər krediti ancaq manatla ayıran “AG Bank”, “Parabank” eləcə də həm manatla, həm də dollarla kredit verən “Atabank”, “Turanbank” isə milli valyutadan imtina edib. Manatın dəyərini itirməsi əsas gətirilərək hazırda müştərilərə yalnız dollarla kredit ayrılır.
“AGBank”dan fins.az-a verilən məlumata görə, kredit yalnız dollarla, maksimum 3 min dollar olmaqla ayrılır: “Valyuta risklərinə görə müəyyən limit qoyulub. Müştərilərə illik 22-36%-lə kredit verilir. Komisyon haqqı müddətdən asılı olaraq (1-3 il) 5-9%-dir”.
“Parabank” isə müştərilərinə yalnız lombard krediti verir: “Digər kreditlər dayandırılıb. Bərpa olunan kimi manatla da kredit verəcəyik. Hələlik yalnız qızıl-zinyət əşyaları girov qoymaqla 3 ilə qədər, illik 20-36%-lə kredit ayrılır. Komisyon haqqı yoxdur”.
Atabank”da uzun müddət mövcud olan şərtlərə uyğun dollara kredit verilir: “Müştərilər 48 ay müddətinə, illik 22-24%-lə və 2,5% komiyon haqqı ödəməklə dollarla kredit götürə bilər. Manatla kreditin nə vaxt veriləcəyini deyə bilmərik”.
Turanbank”da da indiyə qədər mövcud olan şərtlərə uyğun kredit ayrılır: “Maksimum 30 ay olmaqla, illik 20-29%-lə kredit veririk. Komisyon haqqı müddətdən asılı laraq 4-5%-dir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam