Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"n yükaşırması -27 faiz artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanın yükaşırması 27 faiz artıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) 2020-ci ilin I yarım illiyini uğurla başa vurub.

Yenixeber.org: Bu barədə Bakı Limanından xəbər verilir.

Məlumata görə, hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə cari ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 mln 524,8 min ton təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 mln 981,2 min ton) 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87%-i və ya 2 mln 192,8 min tonu tranzit yüklərin payına düşüb.

2020-ci ilin I yarım ili ərzində ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında dəfə artım olub və 401 min ton təşkil edib. Eyni dövürdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4% artaraq 17 173 ədəd olub. Bunlardan 11 776 ədədi (68,6 faiz) Bakı-Türkmənbaşı-Bakı, 5 397 ədədi isə (31,4 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteynerlərin aşırılmasında da artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 18 547 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artım deməkdir (2019-cu ilin I yarım ilində 15 210 TEU). COVID- 19 pandemiyasına görə ölkə sərhədlərinin bağlanması səbəbindən Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz azalma qeydə alınıb və 13 776 nəfər təşkil edib.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının əvvəllərindən etibarən Liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam