Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstan - üzərindən yük daşımaları artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi 11,9 mln. ton təşkil edib. 

Yenixeber.org:  Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton çoxdurş 

Hesabat dövründə qonşu ölkə üzərindən daşınan yüklərin 8,4 mln. tonu avtomobil yollarının payına düşüb ki, bu da illik müqayisədə 0,1mln. ton çoxdur. Gürcüstanın dəmir yolları vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,1 mln. ton artaraq 3,4 mln. tona çatıb. Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 1,1 mln. ton artaraq 7,1 mln. tona bərabər olub. 

Dəniz liman və terminalları vasitəsilə isə, ümumilikdə, 5,3 mln. ton yük daşınıb. Batumi və Poti limanlarından emal olunan TEU konteynerlərin sayı 182 363 ədəd təşkil edib ki, bu da illik müqayisədə 49 194 ədəd çoxdur.

Bu ilin ilk dörd ayı ərzində qonşu ölkədə daşınan sərnişinlərin ümumi sayı 119,6 mln. nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,5 mln. nəfər çoxdur. Sərnişinlərin 117,4 mln. nəfəri avtomobil yolları, 0,8 mln. nəfəri dəmir yolu, 1,4 mln. nəfəri isə hava nəqliyyatı vasitəsilə daşınıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam