Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı Limanında niyə xeyli sayda TIR toplanıb? - Səbəbi açıqlandı

Bakı Limanında niyə xeyli sayda TIR toplanıb? - Səbəbi açıqlandı

Hazırda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda (Bakı Limanı) xeyli sayda TIR-ın toplanması müşahidə edilir.

Yenixeber.org: Bu barədə “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun müşaviri Tural Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVID-19) yayılması fonunda Türkiyə TIR-larının İran ərazisi ilə Türkmənistana keçidinə məhdudiyyət qoyulmasıdır.

"Bakı Lımanı keçid prosedurlarını asanlaşdırmaq məqsədilə çox gözləmədən TIR-ların qarşı tərəfə keçməsi üçün bütün lazımi tədbirəri həyata keçirir", - deyə T. Əliyev qeyd edib.

O, koronavirusun yükdaşımalara mənfi təsir göstərdiyini, bu səbəbdən limandan keçən müəyyən tranzit yüklərin bəzi ölkələr tərəfindən qəbul edilməməsinin problem yaratdığını söyləyib.

T. Əliyev onu da əlavə edib ki, ötən il liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-dək artım qeydə alınıb. Liman bu il də bütün istiqamətlər üzrə artım gözləyir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam