Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İKİ İL ƏRZİNDƏ NEFTİN QİYMƏTİ 100 DOLLARI AŞACAQ –“2025-ci ildə biz 150 dolların üzərinə qalxa bilərik”

“The Wall Street Journal”: “Bəzi analitiklər neftin qiymətinin hətta 150 dollara qalxacağını güman edir” 

Yenixeber.org: Koronavirus pandemiyası dünya iqtisadiyyatının bütün sahələri kimi neft sənayesinə də ciddi zərbə vurub. Müasir dünyamızın iqtisadi-təsərrüfat sisteminin qan damarı sayılan neftin hasilatındakı kəskin azalma iri neft ölkələrinin və eləcə də bu sektorun nəhəng şirkətlərinin gəlirlərini xeyli azaldıb.

Ancaq artıq pandemiya ilə bağlı tətbiq edilən iqtisadi məhdudiyyətlər buxovu bir qədər zəiflədildiyindən neftin qiymətində müsbət dinamika hiss olunmağa başlayıb. Biznes dünyasının nüfuzlu nəşrlərindən sayılan ABŞ-ın “The Wall Street Journal” qəzeti “Bəzi analitiklər neftin qiymətinin 150 dollara qalxacağını güman edirlər” başlıqlı məqaləsində iri banklarda çalışan mütəxəssislərin neft bazarında nələrin yaşanacağı barəsində proqnozlarına yer ayırıb.

Məqalədə deyilir: ”İndi investorlar və analitiklər yaxın on il ərzində neft bazarında onları nələr gözlədiyini aydınlaşdırmaq istəyirlər. Analitiklərin bəziləri neft-qaz sahəsindəki investisiyanın tükəndiyini və böhrandan sonrakı dövrdə qiymətlərdə sıçrayış olacağını, qiymətlərin 100 dolları keçəcəyini proqnozlaşdırırlar. İnvestisiya qoyuluşu üzrə “Northen Trace Capital” fondunun direktoru Trevor Vuds mövcud vəziyyəti və perspektivləri dəyərləndirərək deyib: ”Maliyyələşmənin istehsalçılar üzərindəki təzyiqi çox böyük olacaq və bəzi istehsalçılar üçün həqiqətən də asan olmayacaq. 2025-ci ildə biz 150 dolların üzərinə qalxa bilərik”.

Digərləri isə əksinə, hesab edirlər ki, pandemiya ucuz neft dövrünü “sementlə” bərkidib. Dünyanın mühüm enerji mənbəyinin uzunmüddətli perspektivi mübahisəlidir. Neft bazarının xeyli dəyişkən xüsusiyyətləri var və ona görə də, nələr baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Uzunmüddətli perspektivdə vəziyyətin hansı şəkil alacağını proqnozlaşdırmağa çalışan əksər analitiklər belə düşünürlər ki, hasilatçılar tələbi qarşılamaq üçün kifayət qədər neft hasil edib, gəlir götürə bilərlər. Amma iş ondadır ki, “Covid-19” bu hesabları mürəkkəbləşdirib. İnvestorlar nəqliyyat və istehlak strukturunun hansı istiqamətdə dəyişəcəyini tam bilmirlər. Çünki ola bilər yaranacaq vəziyyət daha təmiz enerjiyə keçidə təkan versin.

Çin iqtisadiyyatının canlanması, OPEK ölkələri ilə Rusiya və Şimali Amerika istehsalçılarının hasılatı azaltma yolunda əldə etdikləri razılaşmadan sonra mənfiyə düşmüş neft qiymətləri sürətlə yüksəldi. Lakin koronavirusun yenidən partlaması fonunda tələbin böyüməsi ləngidi. Ona görə də ABŞ-ın cənub və qərb ştatlarında yanacağa olan tələbat azaldı. Hazırda “West Texas Intermediate” markalı neftin bir bareli 40 dollardan satılır.

Qiymətin qalxmasının səbəbi investorların və bankların istər mövcud və istərsə də perspektiv neft yataqlarına lazımi maliyyə ayırmaqdan imtina etmələridir. Elə bu səbəbdən də bazarda müəyyən neft qıtlığı yaranır. Pandemiya üzündən gəlirləri aşağı düşən neft şirkətləri öz smetalarını sabitləşdirmək üçün xərcləri azaldıblar. İkinci rübdə böyük itkilər olacağını gözləyən “Exxon Mobil Corp” şirkəti 2020-ci il üçün kapital xərclərini 10 milyard dollar (30%) azaltmağı planlaşdırır. ”BP PLC” öz investisiya planını 25% (12 milyard dollar) azaldıb və yalnız hazır vəziyyətdəki neft yataqlarında işləməyi düşünür.

Ümumiyyətlə, gözlənilir ki, kəşfiyyat-qazma işləri və neft-qaz hasilatı aktivlərinə qoyulan investisiya bu il 32% azalacaq. May ayında Beynəlxalq Enerji Agentliyi bəyan etmişdi ki, bu, son on ilin ən aşağı göstəricisidir.

“JP Morgan” bankının analitiki Kristin Malek deyir ki, bu vəziyyət neftin hasilatına ciddi təsir edəcək. Onun hesablamasına görə, gündəlik hasilat 5 milyon barrel aşağı düşür və bu gedişlə 2030-cu ildə tələbə cavab vermək üçün yataqların kəşfiyyatına əlavə 625 milyard dollar qoyulmasına ehtiyac yaranacaq.

K.Malekin sözlərinə görə, neftin hasilatının stimullaşdırılması nəticəsində qiymətlər daha tez qalxacaq. Çünki investorlar şirkətlərə daha keyfiyyətli neft çıxarmağı məsləhət görürlər. Keyfiyyətli neftin çıxarılması isə daha çox xərc tələb edir. Malekin fikrinə görə, yaxın iki il ərzində neftin qiyməti 100 dolları aşacaq.

Londonun “Matilda Capital management” investisiya fondunun direktoru Riçard da Fullarton hesab edir ki, neftin qiyməti 2020-ci illərin ortasında 100 dolları keçəcək: ”Fiziki baxımdan neft qurtarmayıb. Biz onu əldə etmək üçün kapital axıdacağıq”.

Amma bu cür proqnozlar fyuçers bazarları ilə uyğun gəlmir. Fyuçers bazarlarında belə güman edirlər ki, irəlidəki on il ərzində brent markalı neftin qiyməti 60 dollardan yüksək olmayacaq. “Northen Trace” şirkətinin əməkdaşı Trevor Vuds düşünür ki, dünyanın faydalı qazıntılardan alınan yanacaqdan sürətlə uzaqlaşa biləcəyi proqnozları hədsiz şişirdilib. O, bildirir ki, qiymətlər qalxaraq, hətta 2008-ci ildəki 148 dollar həddini də keçə bilər.

Vuds deyib: ”Əlbəttə, biznes liderləri külək, günəş enerjisi kimi “yaşıl enerji”yə keçidi dəstəkləyirlər, lakin bu siyasət Avropa Birliyi sərhədlərindən kənarda çox nadir hallarda reallaşdırılır. Elə ona görə də, ənənəvi yanacaqdan istifadə irəlidə də artacaq”.

Digər bir çox analitiklər üçün isə 100 dollar həddinə qayıdış fantastik görünür. “Citigroup”-un analitiki Edvard Morsenin sözlərinə görə, istehsalçılar bir barrelinin qiyməti 50 dollar olan nefti kifayət qədər hasil edə bilərlər. Onun məntiqinə görə, texnoloji yeniliklər istehsal xərclərinin azalmasına imkan verir. Bundan başqa, pandemiya zamanı avtomobildən daha az istifadə olunur, səyahətə az çıxılır, insanlar evdən işləyirlər. Və bütün bunlar neftə olan tələbatı məhdudlaşdırır.

“Morgan Stanley”-nin analitiki Marteyn Raçın fikrinə görə isə, hazırda OPEK neft bazarını nəzarət altında saxlamağı bacarır. Onun fikrincə, nə vaxt tələbin zirvə nöqtəsi üfüqdə görünsə, onda Səudiyyə Ərəbistanı və ucuz neft hasil edən digər ölkələr daha çox alıcılar əldə etmək naminə “kran”ın ağzını açacaqlar”.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam