Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TBC Research:"Rusiyadan Gürcüstana uçan sərnişinlərin sayı 78,6 faiz azalıb"

 

İyulun 8-dən Rusiya hökumətinin Gürcüstana uçuşlara müvəqqəti qadağa qoymasından sonra hava nəqliyyatı ilə bu istiqamətdə hərəkət edən rusiyalı sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 78,6 faiz azalıb.

Yenixeber.org: Bu məlumatı Gürcüstandakı iqtisadi vəziyyətin təhlili ilə məşğul olan gürcü TBC Research internet nəşri yayıb.

Məlumatda bildirilir ki, iyulun ikinci həftəsində 2,3 min Rusiya vətəndaşı Tbilisi beynəlxalq aeroportuna gəlib ki, bu da ötənilki göstərici ilə müqayisədə 75,2 faiz azdır. Kutaisi şəhərinin beynəlxalq aeroportu iyulun ikinci yarısında RF-dən 129 nəfərə (68,2 faiz azalma) xidmət göstərib. Batumi beynəlxalq aeroportuna isə həmin ölkədən cəmi 449 sərnişin gəlib (88,1 faiz azalma).

Bundan başqa, iki ölkə arasında yeganə gömrük-buraxılış məntəqəsi olan “Kazbeqi-Yuxarı Lars”dan keçən rusiyalıların sayında da kəskin azalma qeydə alınıb. İyulun ikinci həftəsində bu məntəqə vasitəsilə Rusiyadan Gürcüstana 24,5 min nəfər daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam