Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İqtisadçıdan yanvar ayının neqativ tendensiyaları haqqında

 

“2015-ci ilin yanvar ayında dünya və Azərbaycan iqtisadiyyatı üçün spesifik olan məqam məhz neftin qiymətinin dünya bazarında aşağı səviyyədə qalması oldu”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov 2015-ci ilin ilk ayının yekunlarını qiymətləndirərkən deyib.

 

Onun sözlərinə görə, neftin qiymətinin aşağı səviyyədə qalması fonunda neft ölkəsi olan Azərbaycanın ilin ilk ayının yekunlarını müsbət qiymətləndirmək olar:

 

“Azərbaycan qlobal böhrana baxmayaraq, bu ayda manatın sabitliyini və büdcə gəlirləri ilə xərclərində əvvəlki tendensiyanı qoruyub saxlaya bildi.

 

Qonşu ölkələrdə əməkhaqlarının, təqaüdlərin verilməsində bır sıra problemlərin müşahidə olunmasına baxmayaraq, ölkəmizdə yanvar ayında bu ödənişlərdə hər hansı gecikmə olmadı”.

 

İqtisadçı yekun vurduğumuz ayın neqativ tendensiyalarından da danışıb:

 

“Mərkəzi Bank ay ərzində manatın məzənnəsini qoruyub saxlamaq üçün təxminən 1,5 milyard dollar xərclədi ki, bu da bankın rezervlərinin azalmasına gətirib çıxardı. Mərkəzi Bankın 2014-cü ildə olan 17 milyard dollar rezervi 13 milyon dollara qədər azaldı.

 

Təəssüf ki, neftin dünya bazarında qiyməti yüksək olan dövrdə Mərkəzi Bank mərhələli və yumşaq məzənnə siyasəti həyata keçirmədi. Buna görə də 2015-ci ilin ilk ayı dolların manata təzyiqinin artması və intervensiya xərclərinin kəskin şəkildə yüksəlməsi ilə yadda qaldı”. 

 Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam