Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanın itirdiyi pullar

 

Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan hökumətini çox çətin duruma salıb. Mərkəzi Bankın manatın məzənnəsini saxlamaq üçün ötən iki ay ərzində valyuta rezervlərinin 15 faizini xərclədiyi barədə məlumat vermişdik. Belə ki, ötən ilin dekabr ayında Mərkəzi Bank manatın xərclənməsinə rezervinin 8 faizini, yəni 1.2 milyard dollar vəsait xərcləyib. 

 

"Xeberinfo.com":  “Azadlıq” qəzetinə istinadən xəbərə görə, eyni proses bu ilin yanvar ayında da təkrarlanıb. Bu dəfə də Mərkəzi Bankın xərcləmələri eyni səviyyədə olub. Nəticədə iki ay ərzində Mərkəzi Bank neftin ucuzlaşmasına görə 2.3 milyard dollar ziyana düşüb. Amma neftin qiymətinin ucuzlaşması Neft Fonduna da ciddi zərər vurur. Belə ki, təkcə yanvar ayında Azərbaycanın Dövlət Neft Fondu təxminən 450 milyon manat ziyana düşüb. 2015-ci ilin yanvar ayının nəticələrinə görə, Dövlət Neft Fonduna düşən mənfəət neftinin həcmi təxminən 1.927 milyon ton olub. Bu, “Supsa” və “Ceyhan” kəmərlərilə ölkədən ay ərzində ixrac olunan neftin (2.734 milyon ton) 70.5 faizi deməkdir.

Yanvarda “Azerlight” markalı neftin orta aylıq qiymətinin hər barrel üçün 51 dollar (hər ton üçün 319 dollar) olduğunu nəzərə alsaq, deməli, yanvarda Dövlət Neft Fondunun büdcəsinə mənfəət neftinin satışından 614 milyon dollar daxil olub. Fondun büdcə gəlirlərinin 10 faizdən bir qədər az hissəsinin də digər mənbələrdən formalaşdığını nəzərə alsaq, Fondun aylıq gəlirləri ən yaxşı halda, 680 milyon dollar (530 milyon manat) təşkil edə bilər.

Halbuki, 2015-ci ildə Fond təkcə dövlət büdcəsinə hər ay orta hesabla 865 milyon manat transfert etməlidi.

Bundan əlavə, hər ay orta hesabla 118 milyon manat Fondun öz xərclərinin icrasına tələb olunur.

Qısası, 2015-ci ildə orta hesabla hər ay Fonda xərcləmək üçün (əgər büdcəsini ixtisar etməyəcəksə) 983 milyon manat vəsait lazımdı. Ilk ayın nəticəsinə görə isə büdcə gəliri bundan az qala 2 dəfə az - təxminən 530 milyon manat olması ehtimal olunur.

Bəs neft böhranı başlayandan sonra Neft Fondunun gəlirlərində nə qədər azalma qeydə alınıb?

İqtisadçı İlham Şaban bildirdi ki, neftin qiymətinin düşməsi Neft Fonduna bir sıra texniki itkilərə səbəb olub. NF-nin aktivlərinin 55 faizinin dollarda saxlanıldığını deyən İ.Şaban vurğuladı ki, 35 faiz avroda, 10 faiz isə digər valyutalarda saxlanılır: “2015-ci ildə maraqlı hadisəni müşahidə etdik. Avronun kursu kəskin ucuzlaşdı. Kursun oynaması Neft Fondunun aktivlərinə təsir edir. Neft Fondu aktivlərini açıqlayanda onu manatla göstərir. Yaranan fərqi də Neft Fondu texniki itki kimi göstərir. Neft Fondunun bu məqsədlə göstərdiyi 1.6 milyard manat texniki itki sayılır. Bu birbaşa itki sayılmır. Çünki Neft Fondunun valyuta zənbilində müxtəlif valyutalar var. Həmin valyutanın bir müddət sonra kursunun yenidən tənzimlənməsi həmin itkinin yerinə gəlməsinə səbəb olacaq”.

İ.Şabanın sözlərinə görə, real olaraq neftdən gələn gəlirin azalması iki amil ilə bağlıdır. Birinci amil 2011-ci ildən başlayaraq Azərbaycanın neft hasilatının azalmasıdır. Bu səbəbdən Neft Fonduna gələn gəlir azalır. Digər bir səbəb isə dünya bazarında neftin qiyməti ilə bağlıdır. 

Onu da qeyd edək ki, I.Şaban bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, 2015-ci ildə neftin ortaq qiyməti 60 dollardan çox olmayacaq. Çünki ilin birinci ayı 50 dollardan aşağı olub. 

Qiymət 60 dollar olduğu təqdirdə neft sektorundan ancaq vergilərdən büdcəyə daxilolmalar 600 milyon manatdan aşağı olacaq. Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5,5 milyard dollaradək proqnozdan aşağı gəlir əldə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam