Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Neft və rublun ucuzlaşmasının manata təsiri

 

Neftin qiymətinin enməkdə davam etməsi və Rusiya rublunun çökməsi manatın devalvasiyasına səbəb olmayacaq.

"Xeberinfo.com":  Məlumata görə, Mərkəzi və Şərqi Avropada, Yaxın Şərqdə Standard Bankın, Afrika iri bank qrupunun strategiyası üzrə məsul ekspert Demetrios Efstafiu bu fikirdədir.

“Hazırkı Azərbaycan manatı əvvəllər dəyərdən düşməyib, indi düşüb-düşməyəcəyi böyük sual altındadır”, – “Amerikanın səsi” onun sözlərindən sitat gətirib.

Azərbaycan valyutasının qiymətdən düşməsi ehtimalı var, lakin hadisələrin bu cür gedişi daha çox Qazaxıstanda mümkündür.

“Azərbaycan keçmiş sovet respublikaları arasında daha etibarlı balansa malik ən böyük neft ixracatçılarından biridir və son on ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir”, nəşr qeyd edir.

Bazarlar növbət üç-altı ayda təngənin daha 20% devalvasiya olacağını gözləyirlər. Qazaxıstan valyutası ötən il 19% qiymətdən düşmüşdü.

Eyni zamanda bu, Ermənistan dramına, Gürcüstan larisina da aiddir. Analitiklər həmin ölkələrdə istiqraz bazarı ilə yanaşı bu valyutaların da enməkdə davam edəcəyini gözləyirlər.

“Görünür, rublun məzənnəsinin və neftin qiymətinin enməsi bu ölkələrə güclü təsir göstərir” , – Niderland Rabobank-da inkişaf etməkdə olan bazarlar üzrə strateq Pyotr Matis bildirib.

Qazaxıstanın neft gəlirlərindən asılılıq xarakteristikası Azərbaycandakı vəziyyətdən kifayət qədər fərqlənir. Xüsusilə, bu, məzənnə siyasətində əksini tapır. /”contact.az”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam