Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə kredit faizləri reallıqlara uyğun deyil

 

“Mərkəzi Bank kommersiya banklarının fəaliyyətini tənzımləyən normativ aktlarda dəyişikliklər etməlidir”

 

"Xeberinfo.com":   "Azərbaycanda mövcud olan maliyyə sabitliyi şəraitində kommersiya banklarının verdikləri kreditlərin faizlərinin optimallaşdırılması zərurətə çevrilib. Elə buna görə də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə Fərmanda Mərkəzi Bankına aidiyyatı tapşırıq verdi".
Bu fikirləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib. Həmin Fərmanın 11-ci bəndini xatırladan professor Mərkəzi Banka verilən tapşırığa diqqət çəkib: “Kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Mərkəzi Bankın uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görərək altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırığı illərdən bəridir ölkəmizdə formalaşmış möhkəm iqtisadi və buna uyğun olan sabit maliyyə durumunun real vəziyyətindən qaynaqlanır”. 
F.Yisifovun sözlərinə görə, son 6-7 il ərzində dünya bazarlarında neftin qiymətlərinin iki dəfə (2008 və 2014-cü illərdə) kəskin şəkildə aşağı düşməsi  Azərbaycandakı maliyyə sabitliyinə heç bir təsir edə bilmədi. Belə olan halda, növbəti ilin büdcəsinin təsdiqi ilə eyni vaxtda Prezidentin Mərkəzi Banka belə bir tapşırığı tamamilə məntiqidir:  “Fikrimizcə, bu tapşırığın reallığa çevrilməsi üçün Mərkəzi Bank kommersiya banklarının fəaliyyətini tənzimləyən müvafiq normativ aktlarda zəruri dəyişikliklər etməlidir. Əks halda bu məsələnin bir başqa formada reallaşdırılması gerçək görünmür. Bu gün bəzi banklarda istehlak kreditlərinin faiz dərəcələri elə həmin banklarda əhalinin yerləşdirdiyi depozitlərin faiz dərəcələrindən bir sıra hallarda 3 dəfəyə qədər yüksək ola bilir. Mərkəzi Bankın uçot dərəcəsinin 3,5%, əhalinin kommersiya banklarında yerləşdirdiyi depozitlər üzrə ödənişlərinin 8-10% səviyyəsində olduğunu nəzərə alsaq, istehlak kreditlərinin illik 25-30%-ə və bəzi banklar tərəfindən isə hətta 38% -ə qədər təklif edilməsi anlaşılan deyil. Banklar belə yüksək faizləri istehlak kreditlərinin təminatsız olması ilə izah etməyə çalışırlar. Ancaq nəzərə alınmalıdır ki, belə kreditlərin həcmi bütövlükdə bankın ümumi kredit portfelində    böyük xüsusi çəkiyə malik olmur və bu kreditlər əsasən insanların müvəqqəti maliyyə çətinliklərinin aradan qaldırılmasına yönəldilir. Əgər krediti götürən vətəndaş əvvəlcədən qarşısına onu geri ödəməmək məqsədləri qoyubsa, bu, tamamilə başqa bir məsələdir. Belə hallarda bəzən zəmanət verilməsi də məsələnin həllinə bankların arzuladığı kimi kömək edə bilmir. Kreditlərin ödənişində başqa çətinliklərin də baş verməsi mümkündür. Öz ehtiyacları üçün kredit götürərkən bütün hesablamalarla onun vaxtında və tam ödənilə biləcəyinin real olduğunu düşünən insanlar  sonradan kreditin ödənilməsində çətinliklərlə üzləşə bilirlər. Məsələn,bir müddətdən sonra onlardan asılı olmayan fors-major səbəbindən kreditin ödənilməsində problem yarana bilir. Adətən belə hallara az rast gəlinir.   Bank bu kreditləri verəndə artıq onların az olan bir qisminin sonda pis və ya çətin qaytarılan kreditlərə çevriləcəyini bilir və bunu öncədən planlaşdırır. Ona görə də bu gün ölkəmizdə illərdən bəri mövcud olan maliyyə sabitliyi şəraitində bankların istehlak kreditlərinin verilməsindən  əldə etdikləri qazancın  onların əhalinin depozitlərinə ödədikləri faizlərdən 2-3 dəfə çox olmasının heç bir iqtisadi əsası yoxdur”. 
F.Yusifov deyir ki, istehlak kreditləri ilə yanaşı iqtisadiyyatın real sektoruna verilən kreditlərin də faizlərinin bu günün reallıqlarına uyğunlaşdırılması çox zəruridir: “Prezidentin müvafiq Fərmanla Mərkəzi Banka verdiyi tapşırıq ilk növbədə əhalinin maddi maraqlarının təmin edilməsinə və özəl sektorun inkişafına istiqamətlənmiş bir addımdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam