Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Əmanətlərlə bağlı Mərkəzi Banka təklif

 

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən Mərkəzi Banka (MB) fiziki şəxslərin bütün əmanətlərinin 3 il müddətinə sığorta olunması ilə bağlı təkliflər təqdim edilib. 

Xeberinfo.com:   Məlumta görə, bunu APA-ya müsahibəsində ABA sədri Zakir Nuriyev deyib.

Z. Nuriyev bildirib ki, bütün Avropa ölkələrində və dünyanın bir çox dövlətlərində devalvasiya zamanı əhalinin əmanətlərinə müvəqqəti olaraq 100 faizlik təminat verilib. Bunu əsas gətirən Z. Nuriyev əlavə edib ki, beynəlxalq təcrübədə qəbul olunmuş bu formatdan çıxış edərək ABA belə bir təkliklə çıxış edib: “Bizim hökumətə təqdim etdiyimiz və təklif etdiyimiz məsələ bütün əhali əmanətlərinin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığorta olunması ilə əlaqədardır. Bununla bağlı biz Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Mərkəzi Bank da öz növbəsində təkliflər paketini hökumətə təqdim edib. Buna görə Əmanətlərinin Sığortalanması Fondu haqqında qanuna müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif etmişik”.

Z. Nuriyev qeyd edib ki, ABA tərəfindən kommersiya banklarının öhdəliklərinin, problemli kreditlərin, eləcə də devalvasiya nəticəsində xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılanması ilə bağlı heç bir quruma müraciət olunmayıb: “Biz bununla əlaqədar Azərbaycan Mərkəzi Bankına müraciət etməmişik. Bu, bankların və Mərkəzi Bankın məsələsi deyil. İqtisadçı ekspertlərdən bəziləri təklif edib ki, devalvasiya fərqindən Mərkəzi Bankda yaranmış 3 milyard əlavə vəsait hesabına bu məsələyə baxıla bilər. Amma biz hökumətə müraciət edə bilmərik ki, kiminsə hesabına bizə pul verin. Çünki, dövlət kommersiya banklarının öhdəlikləri üzrə məsuliyyət daşımır. Ona görə də bizim elə bir müraciət etməyimiz və belə yardım istəməyimiz düzgün olmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam