Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qiymət artımı ilə bağlı yayılan məlumatlar şayiədir - Millət vəkili

Qiymət artımı ilə bağlı yayılan məlumatlar şayiədir - Millət vəkili

“Ölkədə ərzaq məhsullarının qiymətinin artması ilə bağlı yayılan məlumatlar şayiədir. Hər gün bazara, marketə gedənlər heç bir artımın olmadığını müşahidə edə bilər”.

Yenixeber.org: Bu sözləri açıqlamasında millət vəkili Aydın Hüseynov son vaxtlar ölkədə bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə edilməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu məlumatları yaymaqda məqsəd sonuncu əmək haqqı və pensiyalardakı artımı gözdən salmaqdır.

“Əməkhaqqı, pensiyalar, tələbə təqaüdlərində artım oldu, minimum əmək haqqı 130 manatdan 180 manata qaldırıldı. İnsanların bu sevinci yaşadığı dövrdə müəyyən mərkəzlər dövlətin həyata keçirdiyi sosial siyasəti gözdən salmaq, cəmiyyətdə narahat fon yaratmaq istəyir. Sosial şəbəkədə bu cür yalan məlumatlar yayan,məsuliyyətsiz insanların təbliğatına uymamalıyıq. Bu şayiələrə inanmaqdansa, birbaşa satış məntəqələrinə gedib vəziyyəti müşahidə edə bilərlər.

Bu gün ən çox istehlak edilən məhsul çörəkdir və onun qiymətində heç bir artım baş verməyib. Dünya bazarında taxılın qiyməti artdığı halda, Azərbaycanda çörəyin, un məmulatlarının qiyməti sabit qalmaqdadır. Hər bir vətəndaş dövlətin qayğısını həyatında hiss edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam