Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Nazirlikdən təkzib: “Unun qiyməti qalxmayıb“

 

“Apardığımız monitorinqlər zamanı unun qiymətində artım müşahidə olunmayıb”

 

"Xeberinfo.com":  Məlumata görə,bunu  İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.
Unun qiymətinin artması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirən A. Əliyev qeyd edib ki, nazirlik tərəfindən monitorinqlər həyata keçirilib, rəsmi şəkildə qiymət artımı qeydə alınmayıb.
A.Əliyev həmçinin yumurtanın qiymətinin bahalaşmasında da aydınlıq gətirib: “Yumurtanın qiyməti nə vaxt 4-5 qəpik qalxıb? Orda hansı artımı nəzərdə tuturlar? Bu il, yoxsa keçən il yumurtanın qiyməti qalxıb? Biz bilmirik”.
Nazirlik rəsmisi bazarda süni qiymət artımının qarşısını almaq üçün lazımı tədbirlərin görüləcəyini qeyd edib: “İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafləsi Dövlət Xidməti mütəmadi olaraq monitorinqlərini davam etdirəcək. Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq dekabrın ikinci ongünlüyündən başlayaraq bir sıra ərzaq məhsulları üzrə istehlak bazarında nəzarət tədbirləri daha da intensiv aparılacaq. Nəticədə əhali həm keyfiyyətli ərzaq məhsulları ilə təmin olunacaq, həm də süni qiymət artımının qarşısı alınacaq”.
Qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, yerli bazarda unun qiymətində artım müşahidə edilir. Belə ki, satıcıların birldirdiyinə görə, bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam