Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qızıl ehtiyatları azalıb -10%

man-sitting-on-gold

Azərbaycanın qızıl ehtiyatları bu ilin iyun ayında 2 ton yaxud 10% azalaraq 18 tona düşüb.
Yenixeber.org:  Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb.

Şuranın məlumatına görə, Azərbaycan qızıl ehtiyatlarına görə qlobal reytinqdə bir pillə geriləyərək 62-ci yerdən 63-cü yerə düşüb.
Qızıl ehtiyatının ümumi ehtiyatlarda olan payı isə 2,7 faiz bəndi azalıb və 9,4%-ə enib.
Ötən aylarda olduğu kimi, siyahıya ABŞ, Almaniya və Beynəlxalq Valyuta Fondu (IMF) liderlik edir.

Qeyd edək ki, bu göstərici ötən ilin sentyabrından bəri Azərbaycanın qızıl ehtiyatlarının 40,4% azaldığını göstərir.
Xatırladaq ki, ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. Qurumdan “Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: “Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam