Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rubl xilas edilə biləcəkmi?

 

th064225586

     Rusiyanın Mərkəzi Bankı noyabrın 10-dan rublun məzənnəsini tənzimləmək kursundan imtina edib.

   "Xeberinfo.com": Qərarı “Media forum” saytına şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, əslində rubl 1-2 aydır qeyri-rəsmi üzən məzənnəyə keçib: “Çünki Mərkəzi Bank bir ay ərzində 30 dəfədən çox dəhlizin yuxarı sərhədini artırmağa məcbur olub. Bazara isə ilk əvvəl ciddi müdaxilə etsə də, sonrakı dövrlərdə gündəlik 350 milyon dollar həcmində intervensiya ilə kifayətlənib. Mərkəzi Bank təkcə oktyabrda 30 milyard dollar həcmində intervensiya etdi, ancaq bunun nəticəsi olmadı. Ona görə Mərkəzi Bank qəfildən rublun başını buraxdı.

    Ancaq Mərkəzi Bank rublu tam bazarın öhdəsinə buraxmayıb. Digər alətlərdən istifadə etməklə onu tənzimləməyə çalışacaq. Bankın açıqlamasında qeyd edilir ki, ölkənin maliyyə sabitliyi üçün təhlükə yaranarsa, bazara müdaxilə ediləcək. Bundan başqa Mərkəzi Bankın rəhbəri bildirib ki, bazarda rubla olan təzyiqi azaltmaq üçün banklara rublla təmin edilən likvidlik məhdudlaşdırıla və yenidən maliyyələşmənin həcmi azaldıla bilər. İqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən rubl valyuta bazarında milli valyutanın ucuzlaşmasını şərtləndirir. Noyabrda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri tarixi rekord həddə – 6,5 trilyon rubla qalxıb”.

    Samir Əliyev deyib ki, Rusiya Mərkəzi Bankı valyuta likvidliyini təmin etmək üçün oktyabrdan başlayaraq repo əməliyyatlarını gücləndirib: “Artıq noyabrın 17-də ilk valyuta hərracı keçiriləcək və hərraca 10 milyard dollar çıxarılacaq. Mərkəzi Bank bununla bankları valyuta qıtlığı problemini həll etmək istəyir.

   Rublun üzən məzənnəyə keçməsi xəbəri ilk olaraq bazara müsbət təsir göstərib. Ancaq bu təsir uzunmüddətli olmayıb. Çünki rubla dünya bazarında neftin qiyməti və ölkəyə tətbiq edilən sanksiyalar mənfi təsir göstərir. Bu isə ən azı ilin sonuna kimi müsbət siqnalların gəlməsini istisna edir. İlin sonuna kimi dolların kursunun 60 rubla (hazırda 1 dollar 45 rubla satılır) qalxacağı gözlənir.

Bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən sanksiyalar rublu güclü təzyiq altında saxlayır. 2014-cü ildə rubl dollara münasibətdə 36 faiz ucuzlaşıb. Əhalinin rublda olan əmanətləri (13,9 trilyon rubl) dollar ifadəsində 115 milyard dollar dəyərsizləşib. Ölkənin beynəlxalq ehtiyatları 2014-cü ildə 15,9 faiz azalaraq 509,6 milyarddan 428,6 milyard dollara düşüb. Bu isə son 5 ildə ən aşağı həddir. Mərkəzi Bankın proqnozuna görə, ölkədən kapital axını bu il 128 milyard, gələn il 100 milyard dollar təşkil edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam