Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"Neft gəlirlərinin azalması problem yaratdı" -EKSPERT

 

 

Caspian PlatForum növbəti ictimai mühazirəni elan edib.

Yenixeber.org:   2016-cı ilindən etibarən fəaliyyətə başlayan forum, gənclərin müxtəlif sahələrdə ekspertlərlə, diplomat və rəsmi şəxslərlə görüşlərini təşkil edərək, onların bu sahədə biliklərinin artırılmasına çalışır.

Hər həftənin müxtəlif günlərində təşkil edilən təlim, mühazirə və film axşamları gənclərin bilik, bacarıq və dünyagörüşünü artırmaqla yanaşı, onların asudə vaxtının səmərəli keçirilməsinə də kömək edir.

Bu dəfə iqtisadçı ekspert Natiq Cəfərli "İqtisadi aktivliyin artırılması yolları" adlı mühazirədə Azərbaycan iqtisadiyyatı ilə bağlı müşahidələrini, proqnozlarını tələbə və gənclərlə bölüşüb.

Ekspert bir çox məsələlərə toxunub: "Əslində iqtisadi aktivlik normal ölkələrdə bir neçə parametrlərdən asılıdır. Təbii ki, Azərbaycan gərçəkləri bir az fərqlidir. Digər ölkələrdə nümunəsi olan bəzi addımlar Azərbaycanda da atılmışdı. Məsələn, iqtisadi aktivliyin sürətini artırmaq üçün istifadə edilən ən geniş üsul büdcə xərclərini artırmaqdır. Bu üsuldan neft qiyməti zirvələrdə olanda Azərbaycanda da istifadə edildi. 2003-cü ildə Azərbaycanın büdcəsi 1.5 milyard dollara bərabər idi. 2007-2008-ci illərdə 8,5 milyard, 2013-2014 26 milyard dollara qalxdı. Beləcə təbii ki, tikintilər artdı, yollar çəkildi, binalar ucaldıldı.

Tikinti sektoru əgər inkişaf edirsə deməli yeni iş yerləri açılır. Azərbaycan bu sistemlə bir müddət işlədi. Tikintiyə milyonlar ayrıldı, insanlar tikintidə işləməyə başladılar. İqtisadiyyatda canlanma yaşandı. Bu, dünya üzrə sınanmış bir üsuldur.

İkinci yol kreditləşmədir. Bank kreditləşməsi ilə, iqtisadiyyata böyük pul axınının cəlb edilməsi ilə aktivliyi artırmaq mümkündür. Buna nümunə olaraq ABŞ-ı göstərmək olar. 2008-ci ildə yaşanan böhranda federal rezerv sistemi hər ay əvvəlcə 60, sonra isə 80 milyard dollarlıq təşviq proqramları həyata keçirirdilər. Çox aşağı faizlərlə verilən kreditlər sayəsində iqtisadiyyatda canlanma yaşandı. Şirkətlə bu fürsətdən istifadə edib işlərini böyütdülər, yeni iş yerləri yarandı, canlanma başlandı. Avropa ölkələri də bu sistemlə işləyir.

Üçüncü yol xarici investisiyalardır. Bir çox ölkələr xarici inestorları cəlb etmək üçün təşviq kampaniyaları keçirirlər. Yatırımçı şəxs öncə ölkəni incələyir. Yatırım qoymaq istədiyi ölkənin qanunlarını, qanunların işləmə formasını, hüquqları, gəlir qazanma şanslarını incələdikdən sonra qərar verir. Bu investorlar sayəsində ölkənin iqtisadiyyatına nəfəs gəlir. Hansı ölkə bu 3 parametrlərə cavab verirsə, həmin ölkənin iqtisadiyyatı inkişafda olur.

N.Cəfərli çıxışı zamanı ölkə iqtisadiyyatının hansı durumda olduğunu, məsələnin səbəblərində də danışıb:"Azərbaycanda uzun zaman iqtisadi aktivlik 2 yolla həyata keçirilirdi. Bizdə üçüncü yol yox idi. Birinci büdcə xərcləmələri... Sürətlə artan büdcə xərcləri istər-istəməz iqtisadi aktivliyi özü ilə paralel gətirirdi. Və analoqu olmayan inkişaf sözü də elə həmin zamanlarda yarandı. Ümumdaxili məhsul birdən-birə 32, sonra isə 36 faiz artması həqiqətən də analoqu olmayan bir şey idi. Dünyada bunun bənzəri olmayıb. Yeni məktəblər tikildi, xəstəxanalar açıldı, yolla çəkildi və s. Bütün bunlar yeni iş yerlərdi deməkdir. Düşünün ki, karxanadan daş götürüb, tikinti yerinə aparan şəxs özü də bilmədən yeni iş yerləri yaradırdı. Burada həm karxana işləyirdi, işçilər maaş ala bilirdi. Sürücü yolda dayanıb, çay içirdi, beləcə çayxana pul qazanırdı. Bu, xırda bir misaldır.

Bununla paralel banklar da sürətli şəkildə kreditləşmə həyata keçirirdilər. Və bunun problemləri indi yaşanır. Nə baş verirdi? Manat sabit idi. Azərbaycanda 1 dollar 78 qəpiyə bərabər idi və banklar xarici mənbələrdən çox ucuz, aşağı faizlərlə pul götürüb borclana bilirdilər. Çünki Azərbaycanın reytinqi yüksək idi. Xarici borc ümumi daxili məhsula nisbətdə maksimum 8 faiz idi. Bu da yaxşı göstərici hesab edilir. Neft fondundan kifayət qədər vəsait var idi. Nə qədər pul xərcləsələr də, neftdən gələn pullar bunu ört-basdır edirdi. Bütün bunlar ölkənin reytinqinə müsbət təsir edirdi. Banklar xaricdən 2-3 faizlə borclanıb, onu manata çevirib, yüksək, 16-30 arasında dəyişən faizlə kredit verirdilər. İnsanların da iş yeri olduğu üçün çox rahat şəkildə kredit götürüb, iş görürdülər, ev alırdılar və s. Kredit götürən vaxtı-vaxtında ödənişini edirdi. Mağazalar, banklar qazanclarını artırırdı. 2003-2014 illər, yəni 11 il bu formada iqtisadi aktivlik var idi. Bu aktivlik həm də ölkədə orta təbəqənin formalaşmasına yardımçı olurdu.

Hə, bu çıxış yolu ola bilməzdi. Bu addım uzun müddətli, dayanıqlı deyildi. Həmin zamanlarda bunu deyirdik, yazırdıq, amma inanan yox idi. Çünki görüntü bu idi ki, belə də davam edəcək. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün bu aktivliyi azaltdı, bir çox sahələrdə problemlər yaratdı. Ümumi səbəb isə idarəetmədə köklü problemlərin olmasıdır. Ölkədə baş verən iqtisadi ayıbları neftdən gələn pullar örtürdü. Neftdən gələn gəlir azalan kimi sanki kosmetika silindi və hər şey ortaya çıxdı".

Ekspert bank sistemində olan problemlərdən də söz açıb: "Problem nədir? Problem odur ki, büdcə azalmalıdır, çünki gəlir azalır. Büdcə azaldıqca iqtisadi aktivlik də azalır. Çünki bütün sistem neft pulları üzərində qurulmuşdu. 2017-ci ilin dövlət büdcəsi 9,5 milyard dollara düşüb. Rəqəmlər təqribən 10 il bundan öncəyə qədər olan büdcəyə qədər enib. Mərkəzi bank manat dövriyyəsini azaldır. Bu, tipik sovet yanaşmasıdır. Manat dövriyyəsi 11.6 milyarddan 6.7 milyarda qədər enib. Mərkəzi bank anlayır ki, ölkədə gələcəyə doğru güvən yoxdur. Bilirlər ki, insanlar əllərinə külli miqdarda manat düşən kimi dollara çevirirlər, sonra oturub o pulla nə edəcəklərini düşünürlər. Heç kim pulu manat şəklində əlində saxlamır. Mərkəzi bank manatın dövriyyəsini azaltmaqla dollara qaçışın sanki qarşısını alır. Bir yandan bunu edir, tamam, amma bu addım ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Manat kütləsi azaldıqca iqtisadi aktivlik azalır, banklar kredit verə, kredit götürənlər ödəyə bilmirlər. Problemli kreditlərin faizi həddən artıq yüksəkdir. Bəzi banklarda problemli kreditlərin faizi 70-ə çatıb. Dünyada bankın problemli kreditlərinin həcmi 3 faizə çatanda artıq bu ciddi problem sayılır. Beynəlxalq bankın problem kreditlərini başqa banka transfer edərək, guya problemi həll ediblər".

Daha sonra müzakirələr sualların cavablandırılmasıyla davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam