Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Banklar hər gün 500-700 min dollar arası qazanc əldə edirlər” -EKSPERTDƏN ŞOK AÇIQLAMA

Dolların alışı ilə satışı arasındakı fərq 15%-ə qalxdı

“İndiki spred (alış ilə satış arasındakı fərq) əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər”

Xeberinfo.com:   Bunu açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, banklar da aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar: “Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz – 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.

Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb”.

Samir Əliyev bildirib ki, banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar: “Göründüyü kimi banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar: “Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam