Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklar dolların kursunu qaldırdılar

Mərkəzi Bank dolların rəsmi məzənnəsinin aşağı düşdüyünü açıqlasa da, banklarda dolların alış və satış qiymətləri artır.

Xeberinfo.com:  “Marja” xəbər verir ki, bazar ertəsindən etibarən banklar dolların qiymətini artırıblar. Məsələn, ötən cümə günü 1 dolları 1.6250 alan və 1.6500-dan satan Amrahbank, bu gün kursu “alış:1.6350 manat, satış: 1.6530 manat” səviyyəsində müəyyən edib.

Həmçinin ötən cümə günü dolları 1.6300-dan alan və 1.6500-dan satan Bank of Baku, bu gün 1 dolları 1.6350 manatdan alır, 1.6650 manatdan satır.

Dolların qiymətini az sayda bank cüzi aşağı salıb. Bir sıra bank dolların alış və satış qiymətini dəyişməyiblər.

Qeyd edək ki, Mərkəzi Bank və Neft Fondu son iki hərracda banklara 378,1 milyon dollar satmış, bundan sonra dolların ucuzlaşmağa başlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam