Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Qara bazar”ın gəlirləri artır

Снимок

Azərbaycanda dollara tələbatın artması banklarla  “qara bazar” arasındakı fərqdən daha çox hiss edilir.

Xeberinfo.com:  Fins.az-ın məlumatına görə, bu gün banklarda dolların ən baha alış qiyməti 1.8260 manat, ən baha satış qiyməti 1.8278 manatdır. Bankların böyük hissəsi dolları ən yüksək məzənnə ilə satır.

Dollar “qara bazar”da  7-10 manat bahadır

“Qara bazar”a gəlincə bu gün dolların alış qiyməti 1.9000 manat, satışı isə 1.9300 manat olub.  Bu isə o deməkdir ki, “qara bazar” dolları banklardan 4% baha alır və 5,5% baha satır. Yəni, hər 100 dollara görə  alış və satışda 7-10 manat fərq yaranır.

Avroda fərq 5-8 manatdır

Avronun banklarda ən baha alışı 1.9000 manat, satışı isə  1.9078 manatdır. “Qara bazar” isə avronu 1.9500 manata alıb, 1.9850 manata satır. Başqa sözlə, əldən dollar alışı 2,6%, satış isə 4% bahadır. Yəni, fərq hər 100 avroya görə 5-8 manatdır.

Banklarda dollara tələbat spredi kəskin daraldıb

Maraqlıdır ki, alış və satış üzrə banklarda spred daraldığı halda, “qara bazar”da bu spred  xeyli böyükdür. İqtisadi ekspert Cəfər İbrahimli fins.az-a bildirib ki, təcrübədə spredin daralması banklar arasında əməliyyatların yüksək səviyyədə olduğu zaman rəqabətlə bağlı olar. Azərbaycanda isə vəziyyət fərqlidir. Banklarda spredin daralması dollara tələbatın yüksəl olması ilə bağlıdır. Banklar dollar almaq istədiyi üçün alış kursunu maksimal həddə saxlayır, satış kursu isə o qədər böyük əhəmiyyət daşımır. Çünki onsuzda dollar satmırlar.

“Qara bazar”da gəlirlilik  yüksəkdir

“Qara bazar”da spredin böyük olmasına gəlincə, bununla bağlı dəqiq rəqəmlər demək çətindir. Bununla belə, əməliyyatların “qara bazarda” operativ olması və gəlirliklik səviyyəsinin yüksək olması spredin böyük olmasına şərait yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam