Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Banklar borclulara və zaminlərə qarşı qanunsuz tələblər irəli sürürlər"

bank1Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bəzən həm borclulara, həm də onların zaminlərinə qarşı qanunsuz addımlar atır.

Xeberinfo.com:  Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumun ikinci günündə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən banklar vəfat etmiş şəxsin zaminindən borcu ödəməyi tələb edir ki, bu da düzgün deyil: “Doğrudur, insan vəfat edəndə bank qarşısında öhdəliyini yerinə yetirə bilmir, amma bu o demək deyil ki, həmin vəziyyətdə pulu zamin ödəməlidir. Və yaxud kredit müqaviləsinin müddətini uzadarkən, bunu zaminlə razılaşdırmırlar, halbuki onun da razılığı alınmalıdır”.

“Həm borcalan, həm də zamin həmin bankdan maaş alırlar, amma nədənsə vaxtı keçmiş borc zaminin bank hesabından (maaş kartından) tutulur. Bəzən isə borclunun kartından o qədər pul tuturlar ki, vətəndaş özü banka müraciət edir ki, məni verin məhkəməyə, borcumu aylıq gəlirimin bir hissəsi olmaqla qaytarım”, – deyə hakim qeyd edib.

P.Hüseynov əlavə edib ki, banklar uzun müddət kredit ayırarkən borclunun ödəniş qabiliyyətini düzgün qiymətləndirməyib: “Elə adam var ki, bir neçə banka borclu olmasına baxmayaraq, ona yenə də kredit verilib, hazırda işi məhkəmədir. Həmçinin, təminat məsələsinə banklarda fikir verilməyib, son nəticədə borcları almaq problemə çevrilib”.

“Bəzən isə avtomobil kreditini ödəyə bilməyən vətəndaş maşını banka təqdim edir. Amma bəzən banklar bunu rəsmiləşdirmir və borcluya faiz, cərimə hesablanması davam edir”, – deyə hüquqşünas bildirib.

(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam