Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Sığortalanmayan əmanətlərin qaytarılma ehtimalı sıfıra bərabərdir”

 “Sığortalanmayan əmanətlərin qaytarılma ehtimalı sıfıra bərabərdir” - ekspertdən bəd proqnoz

 

“Bu pullar məsuliyyətsiz və korrupsion şəraitdə kredit kimi verilib və batırılıb” 

 

 

Xeberinfo.com:  Hazırda bank sektorundakı ən böyük problemlərdən biri sığortalanmayan əmanətlərlə bağlıdır. Müflis olmuş banklardakı dövlət tərəfindən sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılsa da, sığortalanmayan əmanətlərin taleyi bəlli deyil. Bununla bağlı nə hökumətdən, nə də bank sektrorundan kimsə məsuliyyəti öz üzərinə götürmür. 
 
Bank sektoru üzrə mütəxəssis, uzun illər banklarda rəhbər vəzifədə çalışmış təcrübəli  hüquqşünas Əkrəm Həsənov bildirdi ki, sığortalanmayan əmanətlərin qaytarılma ehtimalı olduqca aşağıdır, faktiki sıfıra bərabərdir. Ekspert fikrini belə izah etdi: “Tutaq ki, bağlanan (müflisləşmiş) bankın 100 milyon manat ekvivalentində borcu qalıb: 45 milyon sığortalanmış əmanətlər, 30 milyon sığortalanmamış əmanətlər, 20 milyon sahibkarların bank hesablarındakı vəsaitlər, 4 milyon digər banklara borcu, 1 milyon işçilərinin əmək haqqı, habelə dövlətə vergi borcu. Bankın özünün isə cəmi 70 milyon manat əmlakı var: 60 milyon ona borcluları tərəfindən ödənilməli olan kreditlər, 10 milyon isə daşınmaz əmlakı, avtomobilləri və digər daşınar əmlakı. Göründüyü kimi, 30 milyon çatmır ki, bank bütün borclarını ödəsin. 
Deməli, bank sahiblərinin və menecerlərin fəaliyyətinin nəticəsində zərər yaranıb, əslində isə faktiki olaraq mənimsənilib. Yəni bankın kreditorlarından kimsə pulunu qismən və bəlkə də hətta tam ala bilməyəcək. Bankın ləğvedicisinin vəzifəsi ondan ibarətdir ki, banka olan kreditləri yığsın, əmlakını isə satsın ki, əldə edilən 70 milyon manatı kreditorlar arasında bölüşdürsün. Bu necə olmalıdır və reallıqda necə olur? Əvvəla, ona deyim ki, 45 milyon sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu uzağı 6 ay ərzində əmanətçilərə qaytarmalıdır. 
Bundan sonra ləğvedici ilk növbədə fondun ödədiyi həmin 45 milyon manatı fonda qaytarmalıdır. Tutaq ki, 60 milyon manatlıq kreditdən ləğvedici 45 milyon manatı qaytara bildi. 10 milyon manatlıq əmlakı isə 5 milyon manata satdı. Deməli, nəticədə 70 milyon əvəzinə cəmi 50 milyon əldə edildi. Burada 20 milyon manatın hara getdiyi də önəmli məqamdır. Ancaq əvvəlcə 50 milyon manatın necə bölüşdürülməsinə nəzər yetirək: 45 milyon Əmanətlərin Sığortalanması Fonduna qaytarılacaq. Yerdə qalır cəmi 5 milyon. 
Image result for Əkrəm Həsənov
Onun 3 milyon manatı ləğvedicinin bu işdəki xərcinə çıxılacaq: əmək haqqı, inzibati xərclər və s. Təbii, şişirtmələrin olacağı da istisna edilmir. Çünki ləğvedici, bir qayda olaraq, müflis bankı yeyinti mənbəyi kimi baxır. Yerdə qalan 2 milyon manatdan 1 milyon manatı ləğvedici ilə dil tapa bilən hansısa banka qaytarılacaq. Qalan 1 milyon manatdan isə bankın işçilərinin maaşı və dövlətin vergisi ödəniləcək. Beləliklə, 30 milyon sığortalanmamış əmanətlərin sahiblərinə, bank hesablarındakı 20 milyon vəsaitin sahibi olan sahibkarlara və 3 milyon vəsaitin sahibi olan banklara 1 qəpik belə qaytarılmayacaq. Halbuki arada itən 20 milyon manat da ortada olsaydı və ləğvedici xərclərini şişirtməsəydi, bu 53 milyon manatın sahibləri də qismən də olsa pulunu geri ala bilərdi”. 
Ortada yoxa çıxan 20 milyon manata gəlincə, Əkrəm Həsənov bildirdi ki, bankın milyon manatlıq əmlakının 5 milyon manata satılmasının izaha ehtiyacı yoxdur: “Fikrimcə, ləğvedici, sadəcə, ”otkat" müqabilində əmlakı bilərəkdən ucuz satır və sənədlərində qeyd edir ki, guya yüksək qiymətlə alıcı tapa bilməyib, hətta hərrac da keçirib. Kreditlərə gəldikdə isə qeyd edildiyi kimi, banka olan kreditlər 65 milyon təşkil edirdi, amma ləğvedici cəmi 50 milyon qaytara bilib. Səbəb isə odur ki, ləğvedici bəzi borcalanlarla işbirliyinə daxil olub rüşvət alaraq krediti tam geri almayıb.  Məsələn, krediti restrukturizasiya edərək bir hissəni guya bağışlayıb. 
Yaxud da bilərəkdən məhkəmə prosesində zəif çıxış edərək qismən məğlub olub. Yaxud məhkəmə qərarından sonra borc alanı sonadək təqib etməyib və guya müflis olması ilə barışıb. Və ya kredit üzrə girov əmlakı bilərəkdən xeyli ucuz qiymətə satıb və s. Üsulları, yolları çoxdur təbii".
Hüquqşünasın fikrincə, bunun yeganə yolu müvafiq şəxslərin kütləvi şəkildə məhkəməyə verilməsindən keçir: “Nəticədə bankın sahibləri və menecerləri 30 milyon  manatı mənimsəyərək bankı müflis edir və buna görə cəzalanmır, müştərilər 30 milyon manatı itirir. Digər tərəfdən, bank nəzarəti orqanının təyin etdiyi ləğvedici olan-qalan əmlakı da talan edir və müştərilər əlavə olaraq da 23 milyon itirir. 
Beləliklə, sığortalanmamış əmanətlərin qayıtması ehtimalı çox azdır, demək olar ki, yoxdur. Bu pullar məsuliyyətsiz və korrupsion şəraitdə kredit kimi verilib və batırılıb. Buna görə də bu əmanətçilərin yeganə şansı odur ki, həmin bankların sahiblərini, rəhbərlərini, habelə Mərkəzi Bankın o banklara nəzarət etmiş şəxslərini məhkəməyə verib vurulmuş zərərin əvəzini tələb etsinlər. Amma bunun üçün də həmin əmanətçilərin birləşmələri zəruridir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam