Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

FES uçot dərəcəsini yaxın 20 ildə tədricən artıracaq

FES uçot dərəcəsini yaxın 20 ildə tədricən artıracaq

 

 

ABŞ-da uçot dərəcəsinin tarixi maksimal həddi 1979-1980-ci illərdə 20% təşkil edib. 
Xeberinfo.com:  Buna səbəb həmin illərdə qeydə alınan yüksək inflyasiya olub. Belə ki, 1973-cü ildə başlayan istehlak qiymətlərindəki artım 1980-ci ilə qədər davam edib.
Ümumiyyətlə, ABŞ-da uçot dərəcəsi tarixən 2-5% diapazonunda olub. 1971-2016-cı illər arasında isə uçot dərəcəsinin orta qiyməti 5,85% təşkil edib. Faizlərdə dəyişiklik inflyasiya və resessiya (durğunluq) amillərinə görə formalaşıb.
ABŞ-da uçot dərəcəsinin tarixi minimal həddi isə 2008-ci il dekabrın 17-də 0% səviyyəsində qeydə alınıb və 7 il faizlər 0-0,25% diapazonunda qalıb. Lakin 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 faiz bəndi artırmaq qərarına gəlib.
"Report"un analitik qrupu FES-in uçot dərəcəsini mərhələli şəkildə artırmağa başlayacağını və ən azı 5%-ə çatdıracağını ehtimal edir. Belə olacağı halda, ABŞ dollarının digər valyutalarla müqayisədə möhkəmlənəcəyi gözlənilir. Əsas valyuta cütlüyü sayılan USD/EUR-un paritetdən aşağı enməsi ehtimal olunur, neft və digər əmtəələrin ucuzlaşması proqnozlaşdırılır. 
ABŞ-da uçot dərəcəsinin qrafikinə nəzər yetirdisək görərik ki, dolların möhkəmlənməsinin uzun müddət davam edəcəyi anlaşılır. Yaxın 20 ildə FES-in mərhələli olaraq uçot dərəcəsini artıracağı və dolların məzənnəsinin güclənəcəyi qaçılmazdır.
Prosesin ABŞ istisna olmaqla dünyanın əksər ölkələrinə, eləcə də Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcək. Maliyyə vəsaitlərinə çıxışın yaxın 20 il ərzində çətinləşməsi nəticəsində əsasən inkişaf etməkdə olan ölkələrin likvidlik problemi ilə üzləşəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə maliyyə böhranları, devalvasiyalar və aktivlərin ciddi ucuzlaşması proqnozlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam